* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Aludə, düçar, giriftar, tutulmuş. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Füzuli. [Fərman:] Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Ə.Haqverdiyev. □ Mübtəla etmək (eləmək) – düçar etmək, giriftar etmək. Tökür sirişk əvəzində gözüm üzə al-qan; Olubdu çünki könül zarü mübtəlası gülün. X.Natəvan. [Əbdül:] Allah heç kəsi qumara mübtəla eləməsin. Ə.Haqverdiyev. Mübtəla olmaq – düçar olmaq, giriftar olmaq, tutulmaq. Əziz balalar! Biz anadan təvəllüd tapıb da bu mərtəbəyə yeriş etməkdə böyük zəhmətlərə, ağır məşəqqətlərə mübtəla olduq! N.Nərimanov. [Qurbanqulu:] Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq. T.Ş.Simurq. Mübtəla qılmaq – bax mübtəla etmək (eləmək). Az eyləmə inayətini əhli-dərddən; Yəni ki çox bəlalərə qıl mübtəla məni. Füzuli. Səbəb nə oldu məni hicrə mübtəla qıldın? X.Natəvan. 2. Bir şeyin həddindən artıq aludəsi, düşkünü, azarkeşi. Oğul da deyirdi: – Mən xəstəyəm, tiryəkiyəm, tərk edə bilməyirəm, mübtəlayəm. S.Hüseyn. Əkbər elm adamı, kitab mübtəlası da deyildi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / mübtəla2 ə. 1) giriftar, düçar; 2) aşiq, vurulmuş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mübtəla2 1. MÜBTƏLA Atasının ürək xəstəliyinə mübtəla olduğunu eşidən Rövşənək xanım ərinin işdən qayıtmağını gözləyə bilməyib.. şəhərə yollanır (F.Kərimzadə); ALUDƏ Biz ol aludeyi-dərdik ki, cəmi mey davamızdır (S.Ə.Şirvani); DÜÇAR [Qurban:] Vay, bəlaya düçar olan canım vay... (N.Vəzirov); GİRİFTAR Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən (S.Ə.Şirvani). 2. mübtəla bax vurğun
Azərbaycan dilinin sinonimlər lüğəti / mübtəla2 прил. 1. подверженный (предрасположенный к чему-л.). Xəstəliklərə mübtəla подверженный болезням; mübtəla olmaq nəyə подвергаться, подвергнуться чему, eşqə mübtəla olmaq влюбляться, влюбиться, qəmə mübtəla olmaq быть подверженным печали, mübtəla etmək подвергать, подвергнуть. Fəlakətə mübtəla etmək подвергать опасности 2. одержимый (находящийся во власти каких-л. чувств, идей). Elmə mübtəla одержимый наукой
Azərbaycanca-rusca lüğət / mübtəla1 s.: ~ olmaq to get* into; xəstəliyə ~ olmaq to fall* ill, to get* ill, to be* taken ill; məyusluğa ~ olmaq to reduce to despair; bəlaya ~ olmaq to get* into trouble; to come* to grief; eşqə ~ olmaq to fall* in love
Azərbaycanca-ingiliscə lüğət / mübtəla1 sif. exposé, -e à qch, sujet, -te à qch ; ~ olmaq être sujet, -te à qch ; xəstəliyə ~ olmaq être atteint, -e d’une maladie
Azərbaycanca-fransızca lüğət / mübtəla1 [ər.] прил. 1. са гьал (мес. азар, дерт ва мс.) галукьнавай, акатнавай, ктканвай; кьур; кьунвай (мес. дердини); mübtəla etmək (eləmək) куткурун (мес. къумарик); кьилел гъун (са кар, гьал); mübtəla olmaq куткун, акатун, гьатун; кьун (мес. дердини); 2. са затӀуник (мес. пӀапӀрусдик, улубдик ва мс.) акатнавай, ктканвай, вердиш кьунвай, са затӀунал гзаф рикӀ алай.
Azərbaycanca-ləzgicə lüğəti / mübtəla