mühyi sözü azərbaycan dilində

mühyi

Yazılış

  • mühyi • 75.0000%
  • Mühyi • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mühyiddin İbn əl-Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər) — İslam alimi. == Həyatı == İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. == Fəaliyyəti == Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Mühyiəddin Naxçıvani
Mühyiəddin Naxçıvani (tam adı: Əbu Abdulla Məhəmməd ibn Abdullah ibn Əhməd ən-Naxçıvani) — fəqih (hüquqşünas; XIII əsr-XIV əsrlər). == Həyatı == Əsli Tusdandır. Yaxın adamlarına bağlı və onların bütün işlərinə yardımçı olmuşdur.Mühyiəddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl-Fəvati 1305-1306-cı ildə onu Arranda gördüyünü, şəfiilərlə yaxınlığını xüsusi qeyd etmişdir. Şeyxlər nəslinə mənsub idi. Naxçıvanda əsaslı mövqeyə və var-dövlətə malik olmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. -333-334.

mühyi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. dirildən, canlandıran, həyat verən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Oxşar sözlər

#mühyi nədir? #mühyi sözünün mənası #mühyi nə deməkdir? #mühyi sözünün izahı #mühyi sözünün yazılışı #mühyi necə yazılır? #mühyi sözünün düzgün yazılışı #mühyi leksik mənası #mühyi sözünün sinonimi #mühyi sözünün yaxın mənalı sözlər #mühyi sözünün əks mənası #mühyi sözünün etimologiyası #mühyi sözünün orfoqrafiyası #mühyi rusca #mühyi inglisça #mühyi fransızca #mühyi sözünün istifadəsi #sözlük