* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] köhn. Görüşmə, görüşüb danışma, əlaqə saxlama. Həmçinin səninlə mülaqat da haramdır. Ə.Haqverdiyev. [Molla Nəcəf:] …Sən bu dəqiqədən laməzhəbsən. Səninlə mülaqat belə haramdır. M.Əliyev. □ Mülaqat etmək – görüşmək, görüşüb danışmaq, əlaqə saxlamaq, yaxınlıq etmək. [Molla Həmid:] Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq [mövlanaya] mümkün deyil. M.F.Axundzadə. [Səfi bəy:] Bir də Çingizlə mülaqat etsəniz, sizinlə başqa cür danışacağam. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / mülaqat1 сущ. устар. свидание, встреча; mülaqat etmək встречаться, встретиться
Azərbaycanca-rusca lüğət / mülaqat