münasibətlər sözü azərbaycan dilində

münasibətlər

Yazılış

  • münasibətlər • 91.8852%
  • Münasibətlər • 8.0918%
  • MÜNASİBƏTLƏR • 0.0231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Münasibətlər
Münasibət və ya Münasibətlər bu mənaları ifadə edə bilər:
Beynəlxalq Münasibətlər
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi.
Qruplararası münasibətlər
Qruplararası münasibətlərin tədqiqi problemləri— Qruplararası münasibətlərin öyrənilməsi psixoloji və sosioloji tədqiqatlarla sıx əlaqədardır. Əvvəla, bu sahədə aparılan tədqiqatlar ardıcıl surətdə nəzərdən keçirdildikdə məlum olur ki, bilavasitə qruplararası münasibətlər psixologiyası ilə məşğul olmayan, lakin sosial psixologiyanın digər müxtəlif sahələrini tədqiq edən alimlərin əsərlərində qruplararası münasibətlər probleminin müxtəlif aspektləri də ayırd edilir: Q. Lebonun (1896) — Qruplararası aqresiya Mak Dauqollun (1916) — Sosial davranış instinkti nəzəriyyəsi — sosial konfliktlər Z. Freydin (1925) — "Yadlara" olan düşmənçilik münasibətləri və qorxu Dollardın (1939) Qruplararası aspektdə aqressiv davranış (frustrasiya və aqressiyanın neobiheviorist nəzəryyəsində) Bu işlər bilavasitə qruplararası münasibətlərin tədqiqinə həsr olunmasa da onlarda qruplararası münasibətlərin bəzi məsələləri öz əksini tapmışdır. Qruplararası münasibətlər psixologiyasının qanunauyğunluqlarına diqqət yetirən alimlərdən biri U. Samner olmuşdur. O, 1906-cı ildə nəşr olunan "Xalq adətləri" əsərində etnosentrizm fenomenlərini təsvir etmişdir. Məlumdur ki, etnosentrizm öz etnik qruuna üstünlük vermək, digərinə münasibətdə isə ədavət hissi və qərəzli mövqe tutmaqla özünü göstərir. U. Samnerin "başqa etnoslarla münasibətdə pozitiv xarakteristikaların şişirdilmiş etnosentizm" konsepsiyasında öz etnosunun başqa etnoslardan üstünlüyü hissi, ədavət və neqativ münasibətlərin büruzə verilməsi təhlil olunur. Bu zaman öz etnik qrupunun mədəniyyəti, adət və ənənələri, dəyərləri və başqa psixoloji xüsusiyyətləri etalon kimi götürülür. U. Samner başqa etnoslarla münasibətdə yaranan ədavət və neqativ münasibətləri öz etnosu çərçivəsində qrupdaxili birliyi saxlamaqda zəruri şərt kimi qiymətləndirərək etnosentrizmə etnik qrupların qarşılıqlı əlaqəsinin universal mexanizmi kimi baxır. Ziqmund Freydin qruplararası münasibətlər aspektində iki tezisini qeyd etmək olar: autqrup ədavətin qaçılmazlığı, qrupun stabilliyinin və identifikasiyasının saxlanması vasitəsi kimi autqrup ədavətinin funksiyasının müəyyən olunması. Freyd autqrup düşmənçiliyinin — mexanizmini erkən ailə münasibətlərinin emosional ambivalentliyində görürdü.
Xüsusi münasibətlər
Xüsusi münasibətlər (ing. special relationship) — Böyük Britaniya və ABŞ, yaxud onların siyasi liderləri arasında siyasi, sosial, diplomatik, mədəni, iqtisadi, hüquqi, ekoloji, dini, hərbi və tarixi əlaqələri təsvir etmək üçün istifadə olunan termindir. Termin ilk dəfə 1946-cı ildə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin çıxışında istifadə edildikdən sonra məşhurlaşmışdır. Hər iki ölkə XX və XXI əsrlərdə I Dünya müharibəsi, II Dünya müharibəsi, Koreya müharibəsi, Soyuq müharibə, Körfəz müharibəsi və terrora qarşı müharibə də daxil olmaqla bir çox münaqişələr zamanı yaxın müttəfiq olublar. Hər iki hökumətin bir çox digər dövlətlərlə də yaxın əlaqələri olmasına baxmayaraq, Böyük Britaniya və ABŞ arasında ticarət və kommersiya, hərbi planlaşdırma, hərbi əməliyyatların icrası, nüvə silahı texnologiyası və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın səviyyəsi böyük dünya gücləri arasında "analoqu olmayan" kimi təsvir edilmişdir. Marqaret Tetçer və Ronald Reyqan kimi Britaniya və Amerika hökumət başçıları, eləcə də Toni Bleyr, Bill Klinton və Corc Buş arasında sıx əlaqələr qeyd olunub. Diplomatik səviyyədə xüsusiyyətlərə münasibətlərin "xüsusi", tez-tez və yüksək profilli siyasi səfərlər və diplomatik iş səviyyəsində geniş məlumat mübadiləsi kimi təkrarlanan ictimai təmsilçilik daxildir. Bəzi tənqidçilər "xüsusi münasibətlər"in mövcudluğunu inkar edir və bunu mif adlandırırlar. 1956-cı il Süveyş böhranı zamanı ABŞ prezidenti D. Eyzenhauer İngiltərənin Misirə hücumu səbəbiylə funt sterlinqi müflis etməklə təhdid etmişdi. Tetçer 1983-cü ildə ABŞ-ın Qrenadaya hücumuna qarşı çıxmış və Reyqan əvvəlcə 1982-ci il Folklend müharibəsinə qarşı uğursuz təzyiq etmişdi .
Beynəlxalq iqtisadi münasibətlər
Beynəlxalq iqtisadi münasibətlər — maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemi. Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. Beynəlxalq iqtisadi münasibətlərin predmeti kimi iki əsas tərkib hissəsi çıxış edir: Beynəlxalq iqtisadi münasibətlərin özü və bu münasibətlərin reallaşdırılması mexanizmi. Beynəlxalq iqtisadi münasibətlər bir elm kimi xarici ölkələrin iqtisadiyyatını deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir. Beynəlxalq iqtisadi münasibətlər, ümumilikdə iqtisadi münasibətlər kimi insan fəaliyyətinin bir sferasıdır və o, təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. Beynəlxalq iqtisadi münasibətlər obyektiv olaraq əmək bölgüsü prosesindən, istehsalın və elmin beynəlxalq ixtisaslaşmasından, təsərrüfat fəaliyyətinin beynəlmiləlləşməsindən çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri sistemi kimi də baxıla bilər. Beynəlxalq iqtisadi münasibətlərin formalaşması və inkişafı ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir. Bununla belə, bütün bu qarşılıqlı yaxınlaşma və əməkdaşlıq prosesləri ziddiyyətli, dialektik xarakter daşıyır. Beynəlxalq iqtisadi münasibətlərin dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata keçirdikləri məqsədyönlü tədbirlər son nəticədə dünya təsərrüfatının daha çox beynəlmiləlləşməsinə, milli iqtisadiyyatların xarici aləm üçün daha çox açılmasına, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.
Realizm (beynəlxalq münasibətlər)
Realizm — beynəlxalq münasibətlər nəzəriyyəsinin ənənələrindən biri. Beynəlxalq anarxiya və güc siyasəti məsələlərini diqqət mərkəzində saxlayan realizm, əsasən, Tomas Hobbes və Nikcolo Makiavellinin yaradıcılığına əsaslanaraq fəlsəfi cəhətdən qurulmuşdur. Realizm beynəlxalq münasibətlər yanaşması olaraq 20-ci əsrdə müharibələr dövründə ortaya çıxdı. Realizm, əsasən, dörd təklifə əsaslanan beynəlxalq münasibətlər ənənəsidir. Realizmə görə, beynəlxalq sistem anarxikdir. Dövlətlərin davranışlarını və qarşılıqlı əlaqələrini tənzimləyə biləcək aktyorlar yoxdur. Dövlətlər digər dövlətlərlə münasibətlərini tənzimləyirlər. Realizmin anarxiya təsəvvürünə görə, beynəlxalq sistemdəki anarxiya dövlətlərin öz suverenliyinin nəticəsidir. Müvafiq olaraq, anarxiyanın olmaması həm də dövlət suverenliyinin olmaması deməkdir. Beynəlxalq sistemdə daimi düşmənçilik var.
Neorealizm (beynəlxalq münasibətlər)
Neorealizm və ya struktural realizm — beynəlxalq münasibətlərdə güc siyasətinin rolunu vurğulayan, rəqabəti və münaqişəni davamlı xüsusiyyətlər kimi görən və əməkdaşlıq üçün məhdud potensial görən nəzəriyyə. Beynəlxalq sistemin anarxik vəziyyəti o deməkdir ki, dövlətlər başqa dövlətlərin niyyətlərinə və onların təhlükəsizliyinə əmin ola bilməzlər və bununla da onları güc siyasəti ilə məşğul olmağa sövq edir. Bu, ilk dəfə Kennet Valts tərəfindən 1979-cu ildə "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabında təsvir edilmişdir. Neoliberalizmlə yanaşı, neorealizm beynəlxalq münasibətlərə ən təsirli iki müasir yanaşmadan biridir. 1960-cı illərdən 1990-cı illərə qədər beynəlxalq münasibətlər nəzəriyyəsində bu iki perspektiv üstünlük təşkil edirdi. Neorealizm Şimali Amerikanın siyasi elm intizamından yaranmış, Edvard Karr, Hans Morgentau, Corc Forst Kennan və Reynhold Niburun klassik realist ənənəsini yenidən formalaşdırır. Neorealizm müdafiə və hücumçu neorealizmə bölünür. Xarici müdaxiləçilik Merkantilizm Waltz, Kenneth N. (1959). Man, The State, and War: A Theoretical Analysis ISBN 978-0231125376. Walt, Stephen (1990).
Qütblülük (beynəlxalq münasibətlər)
Beynəlxalq münasibətlərdə qütblülük beynəlxalq sistem daxilində hakimiyyətin bölüşdürülməsinin müxtəlif yollarından hər hansı biridir. O, hər hansı bir zaman çərçivəsində beynəlxalq sistemin xarakterini təsvir edir. Ümumilikdə, üç sistem növü ayırd edilir: birqütblülük, ikiqütblülük və üç və ya daha çox güc mərkəzini bildirən çoxqütblülük. Sistemin növü dövlətlərin biləvasitə regionda və ya qlobal miqyasda güc və təsir bölgüsündən asılıdır. Alimlər arasında ikiqütblülük və ya birqütblülüyün sabit və sülhsevər nəticələrə səbəb olub-olmaması ilə bağlı fikir ayrılıqları var. Kennet Vals və Con Mirşaymer ikiqütblülüyün nisbətən daha çox sabitlik yaratmağa meylli olduğunu iddia edənlər arasındadır. Əksinə, Con Aykenberri və Vilyam Volfors birqütblülüyün sabitləşdirici təsirini müdafiə edənlər arasındadır. Karl Doyç və David Singer kimi bəzi alimlər çoxqütblülüyün ən sabit struktur olduğunu müdafiə edirlər. Soyuq müharibə dövrü ABŞ və SSRİ kimi dünyanın iki fövqəldövlətin simasında ikiqütblülük dövrü kimi geniş şəkildə başa düşülür. Soyuq müharibənin sonu - 1990-2000-ci illər dünyanın yeganə supergücü kimi ABŞ-ın simasında birqütblülüyə gətirib çıxardı.
İdealizm (beynəlxalq münasibətlər)
İdealizm — xarici siyasət kontekstində milli dövlətin öz daxili siyasi fəlsəfəsini beynəlxalq məsələlərdə davranış və ritorikasının məqsədinə çevirməli olduğunu hesab edən yanaşma. İdealistlər hesab edirlər ki, ölkədə yoxsulluğa son qoyulması xaricdə yoxsulluqla mübarizə ilə birləşdirilməlidir. Həm ABŞ daxilində, həm də onun hüdudlarından kənarda ABŞ Prezidenti Vudro Vilson geniş şəkildə idealizmin erkən müdafiəçisi və onun praktik mənasının kodlaşdırıcısı hesab olunur. Qeyd olunan xüsusi tədbirlərə məşhur "On dörd maddənin"nin verilməsi daxildir. 1880-ci illərdən etibarən beynəlxalq münasibətlərdə Ser Alfred Zimmern, Norman Encell, Con Meynard Keyns, Con Atkinson Hobson, Leonard Vulf, Gilbert Mürrey, Arnold Toynbi və Lester Pirson kimi bu idealist düşüncə ənənəsinin əsas yazıçıları haqqında tədqiqatlar çoxalır. Xarici siyasət kontekstində idealizmin kodlaşdırıcı simalarından biri hesab olunan Vudro Vilsonun fikirləri bəşəriyyətin gələcək rifahına əsaslanırdı. O, dünyanı təhlükəsiz demokratiyaya çevirməyə çağırmış və bu, siyasi, iqtisadi və sosial standartlar ətrafında təşkil edilmişdir. Bu prinsiplər onun 14 maddədən ibarət sülh proqramında öz əksini tapmışdır. Vilson bu proqramı insanlara azadlıq yolunu göstərmək üçün ABŞ-nin öhdəliyi kimi düşünürdü. Vilsonun proqramının əsasını sülhə sadiq olan və müharibənin kökü sayılan tiranlığı devirmək niyyətində olan Millətlər Liqası təşkil edirdi.
Beynəlxalq münasibətlər nəzəriyyəsindəki feminizm
Beynəlxalq münasibətlər nəzəriyyəsindəki feminizm — beynəlxalq münasibətlərin klassik nəzəriyyələrinə etirazla 1960-cı illərdə beynəlxalq proseslərin öyrənilməsinə tənqidi yanaşma kimi meydana çıxmışdır. Bu gün beynəlxalq münasibətlərə feminist yanaşma sürətlə inkişaf edən, beynəlxalq münasibətlər sahəsini yenidən təyin edən və onlara öz töhfəsini verən bir sahədir. == Tarixi == Beynəlxalq münasibətlər nəzəriyyəsində feminist cərəyan 1960-cı illərin ortalarında beynəlxalq münasibətlərin klassik nəzəriyyələrinə müxalifət kimi formalaşmağa başladı. Lakin 1980-ci illərə qədər feminizm alimlərin araşdırmalarının periferiyasında qaldı, qender fərqləri, yəni cinsin sosial aspektləri ilə bağlı olan fərqlər nəzərə alınmadı. Feminist hərəkatın nümayəndələri elmdə mövcud olan beynəlxalq münasibətlərin bütün nəzəriyyələrinin kişilər tərəfindən dünyagörüşünə əsaslandığını, qadınların baxışının və siyasi inkişafındakı töhfələrinin nəzərə alınmadığını iddia etdilər. Ona maraq 1980-ci illərin sonlarında beynəlxalq münasibətlər elmində "Üçüncü mübahisə" ilə birgə artdı. Bu zaman, intizam sahəsinin həm epistemoloji, həm də ontoloji əsaslarını etiraz edən tənqidi nəzəriyyə və postmodernizm ilə bağlı elmi nəticələrin əhəmiyyətli dərəcədə yeni bir kütləsinin ortaya çıxması ilə yadda qaldı.. Bundan əlavə, SSRİ-nin dağılmasından və iki qütblü sistemin dağılmasından sonra dünyada beynəlxalq münasibətlər, xüsusilə də milli təhlükəsizlik haqqında elm üçün əsas olan müharibə və sülh məsələlərinin yeni tədqiqatları meydana gəldi. Feminizm məktəbi də bu tədqiqatlara öz töhfəsini vermiş, məsələn, realist paradiqmada, kişi mövqeyini daha çox əks etdirən təhlükəsizlik hərbi-siyasi terminlərdə dövlətin xarici müdaxiləsindən və bütövlüyündən sərhədlərin qorunmasını təmin etmək kimi müəyyən etmişdir. Feminizm "təhlükəsizlik" termini hər hansı bir zorakılıq kimi başa düşülür.
Dövlət və İctimai Münasibətlər (ADA)
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.
İntim münasibətlər haqqında İslami normalar
İntim münasibətlər haqqında İslami normalar cinsi münasibətlər haqqında İslam qanunlarını izah edir. Kişi və qadınların evlilik münasibətlərindəki cinsi fəaliyyətlərinə qoyulan məhdudiyyətlər böyük ölçüdə Quran, hədis və fətvalara əsaslanır. Əksər ənənələr bütün cinslər arasında hər hansı bir əlaqə ilə bağlı ciddi iffət, təvazökarlıq, təşviq və subaylıqdan çəkindirir. İntim münasibətlər haqqında İslami normalar əsasən evlilik üçün nəzərdə tutulmuşdur. Nikahdankənar cinsi münasibətlərə və əlaqələrə qarşı bu həssaslıq, həmçinin də İslamda qadın və kişilərin geyimlərinin şərhi və cinsi ayrı-seçkiliyin dərəcələri kimi mövzular İslamın indiki əsas aspektlərində görünə bilər. Nikahdankənar cinsi əlaqəyə qadağalar güclü olsa da, İslamda cinsi fəaliyyət tabu deyildir. Cinsi əlaqənin icazəli formaları Quran və hədislərdə açıqlanır. Evləndikdən sonra bəzi məhdudiyyətlər mövcuddur: Kişi arvadının heyz və menstruasiya dövründə cinsi əlaqəyə girməməlidir. Anal seks günah sayılır. Abort (tibbi baxımdan hamilə qadının səhhəti üçün risk istisna olmaqla) və homoseksuallıq qəti qadağandır; Kontrasepsiya dərmanlarından (doğum əleyhinə olan dərmanlar) istifadəyə yalnız doğuşun qarşısının alınması məqsədi ilə icazə verilir.
Ermənistan–Filippin münasibətləri
Filippin—Ermənistan münasibətləri — Filippin və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 20 may 1992-ci ildə başladıqdan sonra tədricən yaxşılaşmışdır. Xarici İşlər Naziri Edvard Nalbandyan 2012-ci ildə Filippini ziyarət etmişdir. Bu onu bu günə qədər Filippini ziyarət edən Ermənistan hökumətindəki ən yüksək vəzifəli məmur halına gətirmişdi. Ermənistan səfiri Raisa Vardanyanın 19 mart 2015-ci il tarixində Xarici İşlər Nazirliyinə etdiyi səfərdən sonra Ermənistan-Filipin münasibətləri daha da güclənir. Son diplomatik tədbirdə iki ölkə arasında ticarət, investisiya, təhsil və elmi əməkdaşlığın genişləndirilməsinə dair bir öhdəlik yer alır. Hər iki ölkənin hazırda qeyri-rezident səfirləri var. Ermənistan səfiri Manilaya Hanoyda, Filippinin İrəvandakı səfiri Moskvadan akkreditə olunmuşdur. Tarixən ermənilər Filippində ticarətdə əhəmiyyətli rol oynamışlar.
Ermənistan–Fransa münasibətləri
Fransa—Ermənistan münasibətləri — Fransa və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarixi == 24 fevral 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. 1998-ci ildə Fransa Milli Assambleyasının ölkənin 1915-ci ildəki erməni soyqırımını tanıdığına dair bir qərar qəbul edir. B addım Türkiyənin kəskin etirazına səbəb olur. 2006-cı ildə Fransada Ermənistan ili elan edilir. 2 oktyabr 2009-cu ildə Vigen Çiteçyan Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilir. Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Henri Reynaud 5 noyabr 2010-cu ildə etimadnaməsini Ermənistan Prezidenti Serj Sarkisyana təqdim edir. 1 dekabr 2011-ci ildə Vardan Sirmax Ermənistanın Marseldəki Baş Konsulu təyin edilir. 7 yanvar 2015-ci il tarixində Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Charlie Hebdo redaksiyasında baş verən atışma ilə bağlı bir press-reliz yayımladı: “Parisdəki Charlie Hebdo jurnalının ofisində törədilən terror aktını qətiyyətlə pisləyirik” və “ekstremistlərin bu cür dəhşətli hərəkətlərinə heç vaxt haqq qazandırla blməz və beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsində daha geniş həmrəyliyin göstərilməsinin lazım olduğunu bir daha sübut edir”. Ermənistan hökuməti ayrıca "xalqa, dost Fransanın səlahiyyətlilərinə, Charlie Hebdo jurnalının redaksiyasına və qurbanların yaxınlarına başsağlığı və dəstəyi" bildirdi.
Ermənistan–Gürcüstan münasibətləri
Gürcüstan–Ermənistan münasibətləri — Gürcüstan Respublikası və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 17 iyul 1992-ci ildə qurulmuşdur. Gürcüstan və Ermənistan arasında 80-dən çox anlaşma imzalanmasına baxmayaraq ikitərəfli münasibətlər bir mənalı deyildir. Ermənistan Rusiya ilə isti münasibbətlərə sahibdir və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən münasibətlərinə sahibdir. Gürcüstan isə Rusiya ilə ikitərfli münasibətlərə sahib deyildir, üstəlik Rusiyaya 2014-cü ildə tətbiq edilən sanksiyaya qoşulmuşdur. Gürcüstan isə həm Azərbaycan həm də Türkiyə ilə dost qonşuluq münasibətləri qurmuşdur. İki ölkə arasında dövlət sərhəddinin ümumi uzunluğu 219 km-dir. == Tarixi == Gürcüstan və Ermənistan əraziləri tarixən bir çox dövrlərdə eyni dövlətlərin tərkibi olmuşdur. XIII əsrə qədər hazır ki, Ermənistan ərazilərinin bir hissəsi Gürcülərin nəzarətində olmuşdur.
Ermənistan–Hindistan münasibətləri
Hindistan—Ermənistan münasibətləri — Hindistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == === Orta əsrlər tarixi === Moğol İmperatoru Əkbər şah (1556-1605) XVI əsrdə erməniləri Aqrada yerləşməyə dəvət edir. XIX əsrin ortalarında Hindistanda xeyli sayda erməni yaşayırdı. Erməni tacirlər Moğol İmperiyası dövründə Aqranı ziyarət etmişlər. Əkbər ermənilərə bir neçə imtiyaz, xeyli etiqad azadlığı və hökumətdə işləmək imkanı vermişdi. Əkbərin həyat ypldaşlarından biri olan Məryəm Zamani Bequm erməni idi. İmperator fərmanı ilə erməni tacirlər idxal etdikləri və ixrac etdikləri mallara görə vergi ödəməkdən azad edilmişdi. Moğol İmperiyası ərazilərində xaricilərin girişinin qadağan olunduğu ərazilərdə hərəkət etmələrinə icazə verilirdi. 1562-ci ildə Aqrada bir erməni kilsəsi tikildi. XVI əsrdən başlayaraq ermənilər (əksəriyyəti İrandan olanlar), Hindistanın qərb sahilində yerləşən dövrün ən fəal Hindistan limanı olan Suratda əhəmiyyətli bir ticarət birliyi qurmuşdular.
Ermənistan–Kanada münasibətləri
Kanada—Ermənistan münasibətləri — Kanada və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr Birləşmiş Millətlər Təşkilatının və Frankofoniyanın üzvləridir. == Tarixi == Kanada 1991-ci ildə Sovet İttifaqının dağılmasından bir müddət sonra Ermənistanı tanıyır. 1992-ci ildə ölkələr rəsmi olaraq diplomatik əlaqələr qurur. 1997-ci ildə Kanada İrəvanda fəxri konsulluq açır. Kanadanın Moskvadakı səfirliyi ölkənin maraqlarını Ermənistanda da təmsil edir. 1995-ci ildə Ermənistan Ottavada səfirliyini açır. 1999-cu ildə ölkələr arasında bir sıra müqavilələr imzalanmışdır: Ticarət və Kommersiya Sazişi; İnvestisiyaların Təşviqi və Qorunması Sazişi; Gəlir və Kapital vergiləri ilə bağlı ikiqat vergitutmanın qarşısının alınması və vergidən yayınma hallarının qarşısının alınması haqqında Saziş. Kanadanın Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistana regional layihələr vasitəsilə maliyyə yardımı göstərir. Kanada Fondu Moskvadakı Kanada səfirliyi vastəsi ilə ticarət siyasətinin potensialının artırılması, kənd yerlərinin inkişafı, səhiyyə layihələri və Ermənistanda ətraf mühit proqramları daxilində idarə olunur.
Ermənistan–Kipr münasibətləri
Ermənistan—Kipr münasibətləri — Kipr və Ermənistan arasında iki tərəfli diplomatik əlaqələr həmişə yaxın olmuşdur. Kipr Erməni Soyqırımının tanınması, iqtisadi sabitlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanı dəstəkləyir. Ermənistan 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra birləşmiş Kiprin tərəfdarıdır və Kipr münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bu gün Ermənistan və Kipr arasındakı münasibətlər ticarət, hərbi, kəşfiyyat xidmətləri, xarici siyasət və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir. == Çağdaş münasibətlər == === Ermənistan müstəqillik qazandıqdan sonra === ==== Dağlıq Qarabağ müharibəsi ==== Dağlıq Qarabağ Vilayətinin parlamenti 20 fevral 1988-ci ildə vilayətin Ermənistana birləşdirilməsinə səs verməsindən az sonra Ermənistan və qonşu Azərbaycan arasında millətlərarası qarşıdurmalar başlayır. Ermənistanda 1980-ci illərin sonlarında Qarabağı Ermənistanla birləşdirmək tələbi Sovet İttifaqı dağıldıqca tədricən Dağlıq Qarabağdakı etnik qruplar arasında şiddətli qarşıdurmaya çevrildi. 2011-ci ilin yanvarında Kipr və Ermənistan arasında verilmiş ortaq bəyannamədə, Kipr Respublikasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ölkələrin prezidentlərinin təklif etdiyi elementlər əsasında danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Ermənistanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün konstruktiv səylərini dəstəklədiyini ifadə etdiyi qeyd edildi. == İddia olunan erməni soyqırımının tanınması == Kiprin Xarici iİşlər naziri Spiros Kuprianou 25 yanvar 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında soyqırım məsələsini ilk dəfə qaldırır. Kipr eyni zamanda 24 aprel 1975-ci ildə Erməni Soyqırımını rəsmən tanıyan ilk Avropa ölkəsi (və Uruqvaydan sonra dünyada) olur. Daha sonra 24 aprel Kiprdə Erməni Soyqırımının Milli Anma Günü elan edilir.
Ermənistan–Livan münasibətləri
Livan—Ermənistan münasibətləri — Livan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Livan Qondarma Erməni Soyqırımını tanıyan ilk Ərəb Dövlətləri Liqasına üzv ola ölkədir. == İkinci Livan müharibəsində Ermənistanın rolu == 2006-cı ildəki İkinci Livan müharibəsi zamanı Ermənistan Livana humanitar yardım göndərmişdir: dərmanlar, ilk yardım ləvazimatları və s. == Qondarma Erməni Soyqırımının tanınması == 12 may 2000-ci ildə Livan Parlamenti Qondarma Erməni Soyqırımının tanınmasına səs verir. Livan qondarma soyqırımı tanıyan ilk ərəb dilli ölkə olur. == Mədəni əlaqələr == Livandakı erməni icmasının bir neçə siyasi partiyası var. Livandakı EİF Dashnaktsutyun Partiyası hazırda hökumətdə və 8 Mart koalisiyasındakı ən böyük erməni partiyasıdır. Bununla birlikdə 14 mart müxalifət koalisiyasını dəstəkləyən partiyalar da var. Ölkələr arasında viza rejimi yoxdur. Livanda onlarla erməni məktəbi, universiteti, uşaq bağçası və müxtəlif müəssisələr var.
Ermənistan–Meksika münasibətləri
Meksika—Ermənistan münasibətləri — Meksika və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Tarix == 26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 14 yanvar 1992-ci ildə Ermənistan və Meksika arasında rəsmi diplomatik münasibətlər qurulur. Münasibətlərin qurulmasından bəri ölkələr arasında təmaslar olduqca aşağı səviyyədə və əsasən Birləşmiş Millətlər Təşkilatı səviyyəsində diplomatik məsələlərlə əlaqəli olaraq davam etdirilir. 2002-ci ilin martında Ermənistanın Baş Naziri Andranik Marqaryan maliyyə inkişafı ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Monterreyə gəlir. Bu müstəqillik qazandıqdan sonra Ermənistan hökumətindən yüksək vəzifəli bir şəxsin Meksikaya ilk səfəri olur. 2002-ci ilin avqust ayında Ermənistan Xarici İşlər Naziri Vartan Oskanyan Meksikaya rəsmi səfər edir. Səfər zamanı Mədəniyyət və Təhsil sahəsində əməkdaşlıq haqqında saziş, habelə Rəsmi və Diplomatik pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalanmışdır. 2012-ci ilin oktyabrında Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan Meksikaya rəsmi səfər edir.
Ermənistan–Misir münasibətləri
Misir—Ermənistan münasibətləri — Misir və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. == Tarix == Ermənistan SSRİ-dən müstəqillik qazandıqdan sonra, Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olur. 1992-ci ildə İkitərəfli Diplomatik Münasibətlərin qurulması haqqında Konvensiya imzalanır. Misirin İrəvandakı səfirliyi 1993-cü ilin mayında, Ermənistanın Qahirədəki səfirliyi isə 1992-ci ilin martında açılır. İki ölkə arasındakı siyasi münasibətlərdə ən əlamətdar məqam ermənilərin Misirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bitərəf mövqeyini qiymətləndirməsidir. Eləcə də Misirin Qondarma Erməni Soyqırımı zamanı özlərinə qarşı baş verən qətllərdən qaçan erməniləri qəbul etməsi və onların Misir cəmiyyətinə inteqrasiyasıdır . Son 20 ildə Ermənistan və Misir əla siyasi, iqtisadi, mədəni, təhsil və elmi əməkdaşlıq qurmağı bacarmışlar. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ermənistan və Misir 40-dan çox ikitərəfli hüquqi sənəd imzalamışdır.
Ermənistan–Pakistan münasibətləri
Pakistan–Ermənistan münasibətləri — Pakistan və Ermənistan arasında iki tərəfli diplomatik əlaqələr. == Tarixi == Pakistan—Ermənistan arasında diplomatik əlaqələr hələ də qurulmamışdır. Bunun əsas səbəbi Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycana məxsus Dağlıq Qarabağ və onun ətrafında yerləşən əraziləri işğal etməsidir. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Üstəlik iddia olunan Erməni soyqırımını da tanımır. Pakistan Qarabağ müharibəsi zamanı və sonrası Azərbaycanı dəstəkləyən ölkələrdəndir. Ermənistan Hindistanla dost münasibətlərə sahibdir. Üstəlik Kəşmir problemində Kəşmiri Hindistanın ərazisi hesab edir. Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Pakistan dövləti bunu Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləmək üçün etdiyini açıq şəkildə bəyan edir.
Ermənistan–Portuqaliya münasibətləri
Portuqaliya—Ermənistan münasibətləri — Portuqaliya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrdə daimi səfirliklər yoxdur. Ermənistan Portuqaliyadakı maraqlarını onun İtaliyanın Roma şəhərindəki səfirliyi vasitəsilə həyata keçirir. Portuqaliya isə Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Bundan əlavə Portuqaliya Ermənistanda İrəvanın Nalbandyan küçəsindəki Fəxri Konsulluğu vasitəsilə təmsil olunur. Konsul — Samuel Samuelyandır. Portuqaliya 10 avqust 1920-ci ildə Ermənistan Demokratik Respublikasının müstəqilliyini rəsmən tanıdı və "yalnız hörmət deyil, həm də Ermənistanın ərazi bütövlüyünün və siyasi müstəqilliyinin xarici təcavüzündən qorunması barədə təntənəli bir müqavilə imzaladı …". Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Portuqaliyalı məşhur ermənilər == Portuqaliyada yaşayan ən məşhur ermənilərdən biri Qalust Gülbənkiyan idi. Lissabonu işinin mərkəzi qərargahına çevirən varlı bir erməni iş adamı və xeyriyyəçi olmuşdur.
Ermənistan–Qazaxıstan münasibətləri
Qazaxıstan-Ermənistan əlaqələri — Qazaxıstan və Ermənistan arasında iki tərəfli münasibətlər. İki tərəfli əlaqələrin əsası 27 avqust 1992 ildə qoyulmuşdur. Hər iki ölkə Müstəqil Dövlətlər Birliyi, Birləşmiş Millətlər Təşkilatı və ATƏT kimi təşkilat və qurumlarda təmsil olunurlar. == Tarixi == 1991—1992 illərdə Qazaxıstan Qarabağ münaqişəsinin həllində cəhdlər göstərmişdir. 1993 ilin avqustundan Qazaxıstanda Ermənistan səfirliyi fəaliyyətə başlamışdır. Qazaxıstanın Ermənistan ərazisində səfirliyi isə 2007-ci ildə açılır. Ermənistan prezidenti Robert Koçaryan Qazaxıstanı 1999 ilin sentyabr və 2006 ilin noyabrında ziyarət etmişdir. Ermənistan prezidenti Serj Sarkisyan 2008-ci ildən Qazaxıstana dəfələrlə səfərlər təşkil etmişdir. Qazaxıstanın lideri olan Nursultan Nazarbayev 2001-ci ilin mayında Ermənistana səfər edir. 2013-ci ildə Ermənistanın Qazaxstandakı səfiri Parlantin keçmiş spikeri Ara Saakyan olmuşdur.
Ermənistan–Rusiya münasibətləri
Rusiya—Ermənistan münasibətləri — Rusiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanla Rusiya arasında diplomatik münasibətlər 3 aprel 1992-ci ildə qurulmuşdur. Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqi hesab olunur. Rusiya və Ermənistanın əksər əsas beynəlxalq problemlərdə mövqeləri üst-üstə düşür və ya yaxındır. Ermənistan Rusiyanın MDB-nin gücləndirilməsinə yanaşmasını bölüşür. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında əməkdaşlığı, erməni tərəfinin fikrincə milli təhlükəsizliyinin vacib elementidir. Dövlətlərarası münasibətləri müəyyənləşdirən müqavilə və sazişlər arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi və Ermənistan ərazilərində Rusiya hərbi birləşmələrinin olmasını tənzimləyən bir sıra sənədlər var. == İqtisadi əməkdaşlıq == İqtisadi əlaqələr, siyasi və hərbi sahələrdə qarşılıqlı əlaqə səviyyəsinə görə ardıcıl olaraq yaxınlaşır. Ticarət balansı Rusiya üçün sistematik olaraq müsbətdir. Rusiya inamla Ermənistan iqtisadiyyatında ən böyük xarici investor mövqeyini qoruyur.
Ermənistan–Serbiya münasibətləri
Serbiya—Ermənistan münasibətləri — Serbiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur. Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Qondarma erməni soyqırımı == Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir.
Ermənistan–Sinqapur münasibətləri
Sinqapur—Ermənistan münasibətləri — Sinqapur və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrin ikitərəfli münasibətlərdə daimi səfirlikləri yoxdur. Ermənistanın Pekindəki səfirliyi Sinqapurda akkreditə olunmuşdur. Sinqapurun Ermənistanda nümayəndəliyi yoxdur. == Tarix == Malay yarımadasında ermənilərə aid ilk xatırlatmalar 1669-cu ilə aiddir. O dövrdə Sinqapurda 87 erməni yaşayırdı. XIX əsrin sonunda İrandan Sinqapura köçən Sarkis soyadlı dörd qardaş - Martin, Tiqran, Avet və Arşak həyatları boyunca otel işinin əsl əfsanəsinə çevrilir. 23 yaşındakı Tiqran Sarkis otel işində ilk addımlarını atmağa başlayır. Bir müddət sonra Martin və Avet ilə birlikdə, qısa müddətdə E. & O. adlanan The Eastern and Oriental Otelini qururlar. Ütəlik Sinqapurdakı ən qədim xristian kilsəsi erməni köçkünlər tərəfindən tikilmişdir.
Ermənistan–Suriya münasibətləri
Suriya—Ermənistan münasibətləri — Suriya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. Ermənistanın Şamda səfirliyi və Hələbdə isə konsulluğu var. 1997-ci ildə isə Suriya İrəvanda səfirlik açmışdır. == Tarix == Ermənistanla Suriya arasındakı münasibətlər uzun bir tarixə malikdir. VII əsrdə Kilikiya Ermənistanı Bizans və Ərəb xilafəti arasında sülh pozulana qədər müstəqilliyini qoruyur. II Yustinianın ərəblərlə müharibəni başladıqdan sonra Kilikiyadakı Slavyan köçkünlər onların tərəfinə keçir və nəticədə Kilikya Ermənistanı asanlıqla işğal edilir. Daha sonra hər iki tərəf də bu bölgəyə yürüşlər təşkil edir. 705-ci ildə Ermənistanın İşxanı Bizans imperatoruna kömək istəyi ilə müraciət edir.
Ermənistan–Səudiyyə Ərəbistanı münasibətləri
Səudiyyə Ərəbistanı—Ermənistan münasibətləri — Səudiyyə Ərəbistanı və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr yoxdur. Buna səbəb isə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsidir. Bununla belə iki ölkə arasındakı münasibətlərdə, türk nüfuzunun artmasına qarşılıq ümumi müqavimət üzündən 2010-cu illərdən bəri əhəmiyyətli dərəcədə istiləşmə müşahidə olunur. == Tarix == === 1990-cı illərdən 2010-cu illərin əvvəllərinə === Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı, Azərbaycanın Qarabağdakı mövqeyini dəstəklədiyi üçün Ermənistanla rəsmi münasibətlər qurmamışdır. Səudiyyə Ərəbistanı Azərbaycanın bir hissəsi olaraq Qarabağ bölgəsi ilə bağlı mövqeyində möhkəm qaldığından və əlaqələr qurmadığından bu məsələ bu formada qalır. === 2010-cu ilin ortalarından === Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən, Səudiyyə Ərəbistanı və Ermənistanla münasibətləri pis olan Türkiyə ilə artan düşmənçiliyindən sonra iki ölkə arasında münasibətlər yeni bir inkişaf səviyyəsini qədəm qoyur. Həm Səudiyyə Ərəbistanı, həm də Ermənistan Rəcəb Tayyib Ərdoğan dövründə türk ekspansionizminin bu ölkələr üçün bir təhdid kimi ortaq bir baxışa sahibdirlər. Səudiyyə Ərəbistanı 2019-cu ildə antitürk boykotu elan edir. Vəziyyəti Türkiyə hökumətinin Səudiyyə əleyhinə açıqlamaları ağırlaşdırır.
Ermənistan–Tacikistan münasibətləri
Tacikistan—Ermənistan münasibətləri — Tacikistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. İkitərəfli münasibətlər 12 oktyabr 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet ittifaqının müttəfiq respublikalarından olmuşdur. İki ölkənin heç birinin digəri ərazisində rezident səfirləri yoxdur. Tacikistan Rusiyanın Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Ermənistan Respublikasının Türkmənistandakı səfirliyi həm də Tacikistanda akreditə olunmuşdur. == Göstəricilər == == Tarix == Respublika başçılarının görüşləri ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan 2002-ci ilin aprelində Tacikistana rəsmi səfər edir. Tacikistan lideri Emoməli Rəhmonun rəsmi səfərləri 2003 və 2005-ci illərdə baş tutur.
Ermənistan–Türkiyə münasibətləri
Ermənistan–Türkiyə münasibətləri — Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər erməni soyqırımını tanımaq, Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir. İki dövlət arasında 311 km uzunluğa malik sərhəd olmasına baxmayaraq bağlıdır. == Osmanlı imperiyasında ermənilər == Ermənistan XV-XVI əsrlərdə Osmanlı İmperiyasının tərkibində idi. Ermənilərlə osmanlılar arasında münasibətlər qarışıq olmuşdur. Osmanlı hökmdarları Konstantinopolda erməni Patriarxlığının yaradılmasına təşəbbüs göstərmişdilər. Şəhərin erməni əhalisi artmırdı və sultanın dəstəyindən istifadə etməyərək daha pis vəziyyətdə idi. Kəndlərdə yaşayan ermənilər tez-tez yerli idarədən əziyyət çəkirdilər. Bundan əlavə cizyə kimi əlavə vergi ödəməli olurdular. Oğlan övladlarını isə döyüşçü olmaq üçün sultana verirdilər (Yeniçəri). Ancaq XVII əsrin əvvəllərindən Osmanlı İmperiyası zəyifləmələ başladı.
Ermənistan–Türkmənistan münasibətləri
Türkmənistan–Ermənistan münasibətləri — Türkmənistan və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə SSRİ adlanan ittifaqa daxil olan respublikadan biri olmuşdur. 1991-ci ildə müstəqillik əldə etmişlər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının üzvüdürlər. 2015-ci ildə Türkmənsitan və Ermənistan arasında iki anlaşma, beş görüş protokolu, 3 memorandum və iki deklarasiya imzalanmışdır. == Tarixi == Türkmənistan və Ermənistan arasında diplomartik əlaqələr 9 oktyabr 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında bir ilk olaraq 1993-cü ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ziyarət etmişdir. 1994-cü ilin iyulunda Ermənistanın Türkmənistanda səfirliyi açılır. 1997-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ikinci dəfə ziyarət etmişdir. 2000-ci ildə Türkmənistana Prezident Robet Koçaryan səfər etmişdir.
Ermənistan–Ukrayna münasibətləri
Ukrayna—Ermənistan münasibətləri — Ukrayna və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Bu münasibətləer 25 dekabr 1991-ci ildə qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə SSRİ tərkibində ittifaq respublikalarından biri idi. Bu gün Müstəqil Dövlətlər Birliyinin, Ümumdünya Ticarət Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Xüsusiyyətlərin müqayisəsi == == Tarix == 18 dekabr 1991-ci ildə Ermənistan Ukraynanın müstəqilliyini tanıyır. Ermənistanın Ukraynadakı səfirliyi 1993-cü ilin yanvarında açılır. Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyandır. Ukraynanın İrəvandakı səfirliyi 1996-cı ilin sentyabrından fəaliyyətə başlayır. Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili İvan Zaqorodnıdır. İkitərəfli münasibətlərin əsasını qoyan sənəd Ukrayna ilə Ermənistan Respublikası arasında 14 May 1996-cı ildə imzalanan Dostluq və Əməkdaşlıq Müqaviləsidir.
Ermənistan–Uruqvay münasibətləri
Uruqvay—Ermənistan münasibətləri — Uruqvay və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Cənubi Amerikanın bu kiçik dövləti böyük bir erməni icmasına ev sahibliyi edir. Uruqvayda təxminən 16.000 nəfər erməni icması yaşayır. == Tarix == Uruqvaya ilk ermənilər 1800-cü illərin sonlarında gəlirlər. 1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutur. 20 aprel 1965-ci ildə Uruqvay dünyada erməni soyqırımını rəsmən tanıyan ilk dövlət olur. 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açır. 26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edir.
Ermənistan–Xorvatiya münasibətləri
Xorvatiya—Ermənistan münasibətləri — Xorvatiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur. Ermənistan Xorvatiyada İtaliyanın Romadakı səfirliyi ilə, Xorvatiya isə Ermənistanda Yunanıstanın Afinadakı səfirliyi ilə təmsil olunur. 2011-ci ildə hər iki ölkə fəxri konsulluqlar açır: Ermənistan Zaqrebdə, Xorvatiya isə İrəvanda. Ermənistan Avrasiya İqtisadi Birliyinin, Xorvatiya isə Avropa İttifaqının (Aİ) üzvüdür. Ermənistan Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışdır. == Tarixi == Dubrovnik Respublikasının mərkəzi Dubrovnik, Xorvatiya-Ermənistan tarixi əlaqələrinin mərkəzi olmuşdur. Dubrovnikdə yaşayan çox sayda xaricinin arasında bir neçə erməni var idi. Dubrovnikin iki himayəçisi müqəddəs Zenobius və Zenobia Kilikiyadan olan erməni müqəddəslər idi. Raqusan Yepiskopu Raimondo Gallani 18-ci əsrin əvvəllərində Ankara və İstanbulun baş yepiskopu idi.
Ermənistan–Yaponiya münasibətləri
Ermənistan—Yaponiya münasibətləri — Ermənistan və Yaponiya arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yaponiya arasında ikitərəfli münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə qurulmuşdur. Ermənistan Prezidenti Robert Köçəryan 2001-ci ilin dekabrında Yaponiyaya rəsmi səfər etmiş, burada Yaponiyanın imperatoru və baş naziri ilə görüşmüşdür. Ölkənin ən qısa zamanda Tokioda səfirlik açmağı planlaşdırdığını bildirmişdir. Yaponiyada təxminən 20 ilə 100 arasında erməni əsilli insanın yaşadığı deyilir. == Tarix == 1918-ci ildə Ermənistan müstəqil bir dövlət olaraq qurulur və 1920-ci ilə qədər mövcud olur. Yeni dövləti tanıyan ölkələr arasında Yaponiyada olur. Diana Abqar Ermənistanın Yaponiyadakı ilk səfiri olur. Çağdaş Ermənistan və Yaponiya arasında münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə quruldu. Bundan əvvəl münasibətlər Sovet İttifaqı vasitəsilə həyata keçirilirdi.
Ermənistan–Yunanıstan münasibətləri
Ermənistan–Yunanıstan münasibətləri — Ermənistan Respublikası və Yunanıstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki xalq arasında güclü siyasi, mədəni və dini bağlar (ermənilərin və yunanların böyük əksəriyyəti Şərq xristian inancını qəbul edir) sayəsində Ermənistan və Yunanıstan bu gün mükəmməl diplomatik münasibətlərə malikdirlər. Bizans və Osmanlı İmperiyası dövründə dini və mədəni köklərə, birlikdə yaşamalarına görə həm emosional, həm də tarixən həmişə güclü münasibətlərdə olmuşlar. Ermənistanın hər üç prezidentinin Yunanıstana rəsmi səfəri olub və iki ölkə arasında yüksək səviyyəli əlaqələr qurulub. Yunanıstan 1996-cı ildə rəsmi olaraq Erməni soyqırımını, 2015-ci ildə isə Ermənistan rəsmi olaraq Yunan soyqırımını tanımışdır. == Tarixi == Qədim sivilizasiyalar olmaqla, ermənilər və yunanlar əsrlər boyu bir yerdə olublar. Yunan tarixçilərinin ermənilərin köklərinə işarə edən qədim qeydləri var. Ermənilər haqqında ən erkən məlumat 525-ci ildə Yunan tarixçisi Miletli Hekatey tərəfindən edilmişdir. XX əsrdə dilçilər tərəfindən irəli sürülən fərziyyəyə görə, erməni və yunan dillərinin ortaq bir əcdadı olmuşdur. Bu Proto-Hind-Avropa dilini tanıyan yunan-erməni dilinin təklifinə səbəb olur.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası — Azərbaycanda özəl ali təhsil müəssisəsi. == Haqqında == Kadr hazırlığı həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində olmuşdur. Kadr və fəalların ixtisasının artırılması və yenidən hazırlanması vəzifəsini 1952-ci ildən müxtəlif adlarla fəaliyyət göstərmiş həmkarlar ittifaqlarının tədris mərkəzi yerinə yetirmişdir. Eyni zamanda, ali təhsilli kadrlar hazırlamaq üçün 1962-ci ildə keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi — Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası yaradıldı. Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə"sinə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın üzvləri 17 nəfərdən ibarətdir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyası
Azərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyası — Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisəsi. == Tarixi və müasir vəziyyəti == 1952-ci ildə Bakıda peşə personalına və fəalların təlimə, yenidən hazırlıq və təkmilləşdirilməsi üçün təlim mərkəzləri təşkil edilir. 1962-ci ildə SSRİ Həmkarlar İttifaqı Ali Təhsil Məktəbinin Bakı Təhsil və Konsaltinq Mərkəzi yaradıldı. 1998-ci ildən isə Rusiya Əmək və Sosial Münasibətlər Аkаdemiyasının Bakı filialı olur. 2006-cı ildə isə filialın bazasında Аzərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyası təşkil edilir. Hazırda akademiyada 6000 tələbə təhsil alır. Tədris heyətinin sayı 57 nəfərdir. Bunlardan 5-i professor və elmlər doktoru, 31 elmlər namizədidir. Universitetin maddi-texniki bazası ən yüksək səviyyədə dərslər keçirməyə imkan verir. Binasının ümumi sahəsi — 12642,4 m², bunun 5500 m² təlim hissəsidir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.
Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyası
Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyası (QazAəvsm) (qaz. Қазақ еңбек және әлеуметтік қатынастар академиясы) — Almatı şəhərində yerləşən ali təhsil müəssisəsi. Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyası 1994-cü ildə tarix elmləri doktoru, professor Musa Besbayevin təşəbbüsü ilə qurulmuşdur. Akademiya 50 nəfər təhsil alan İqtisadiyyat və Hüquq Fakültələrindən ibarətdir. 1996-cı ildə universitetdə 282 tələbə, o cümlədən 225 əyani tələbə, 57 tələbə qiyabi oxudu. 1997-ci ildə akademiya, ABŞ hökumətinin təhsil ədəbiyyatı almaq üçün maliyyələşdirdiyi Avrasiya Fondundan bir qrant qazandı, universitetdə QazAəvsm Ural filialı olan Almatı İqtisad və Hüquq Kolleci (AİHK) yaradıldı. 4 fakültədə təhsil verən iqtisadiyyat, beynəlxalq iqtisadi, hüquq və şərqşünaslıq təhsili verən təsis edilmişdir [1]. 1999-cu ildə Şərqşünaslıq Fakültəsi ərəb, türk və yapon bölmələri ilə açıldı və "QazAəvsm Bülleteni" elmi jurnalının nəşrinə başladı. 2000-ci ildə QazAəvsm, Qazaxıstan Təhsil və Elm Nazirliyinin dövlət sertifikatından müvəffəqiyyətlə keçdi, siyasi elmlər şöbəsi olan bir ictimai və humanitar fakültəsi açıldı . 2001-ci ildə QazAəvsm-nun Ural filialı müstəqil bir universitetə ​​- Qərbi Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyasına çevrildi.
ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsi
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universiteti Elmi Şurasının tarixi qərarı əsasında 1991/92-ci tədris ilindən yeni bir fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı. Fakültənin tələbə kontingenti həmin ixtisaslar üzrə ilkin qəbulun, eləcə də BDU-nun Hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası və Tarix fakültəsinin və Lənkəran Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri hesabına formalaşdırıldı. Bolonya təhsil sisteminə keçidlə əlaqədar olaraq, fakültədə bir sıra struktur dəyişiklikləri aparılmışdı. 2011-ci ildə ilk əvvəl beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr Hüquq fakültəsinə köçürülmüşdü. 2011-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin tərkibində olan İqtisadiyyat ixtisası, 2013-cü ildə Politologiya ixtisası isə müvafiq ixtisasların bir mərkəzdə cəmləşdirilməsi məqsədi ilə fakültənin tərkibinə daxil edildi. Buna görə də, 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırıldı və buna müvafiq olaraq fakültədə beynəlxalq münasibətlər, maliyyə, iqtisadiyyat, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, dövlət və ictimai münasibətlər, politologiya ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. == Rəhbərlər == Fakültəyə ilk rəhbərlik prof. Mahmud Quliyevə (1991–1992) həvalə olundu. 1992–2006-cı illərdə fakültəyə dosent Sədiyar Zeynalov rəhbərlik etmişdir.
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi arasında münasibətlər
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi (MDB) arasında münasibətlər üçüncü ölkə ilə dövlətlərüstü təşkilat arasında çoxtərəfli beynəlxalq əlaqələrdir. == Tarix == 3 dekabr 1993-cü ildə Dövlət Başçıları Şurasının qərarı ilə Gürcüstan Birliyə qəbul edildi və 9 dekabr 1993-cü ildə Gürcüstan MDB Nizamnaməsinə qoşuldu. Gürcüstan 3 fevral 2006-cı ildə MDB-nin Müdafiə Nazirləri üzvlüyündən çıxdı, çünki bu qrupa üzvlük NATO -da iştirakla uyğun gəlmirdi. === Gürcüstanın MDB-dən çıxması === 12 avqust 2008-ci ildə Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan müharibəsi səbəbindən MDB-dən çıxmaq istədiyini açıqladı. 2008-ci il avqustun 14-də Gürcüstan parlamenti yekdilliklə (117 səs) Gürcüstanın təşkilatdan çıxması barədə qərar qəbul edib. MDB Nizamnaməsinə (I fəslin 9-cu maddəsi) əsasən, üzv dövlətin Birlikdən çıxmaq hüququ vardır. Dövlət çıxışdan 12 ay əvvəl bu Xartiyanın depozitarisinə belə niyyət barədə yazılı məlumat verir. Eyni zamanda, bu Xartiyada iştirak müddətində yaranmış öhdəliklər müvafiq dövlətləri onların tam yerinə yetirilməsinə məcbur edir. 9 oktyabr 2008-ci ildə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin avqustunda Gürcüstanın Birlik üzvlüyünə xitam verilməsi barədə rəsmi qərar qəbul etdiyini bildirdi. 2009-cu il avqustun 18-də Gürcüstan rəsmən MDB-dən çıxdı.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universiteti Elmi Şurasının tarixi qərarı əsasında 1991/92-ci tədris ilindən yeni bir fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı. Fakültənin tələbə kontingenti həmin ixtisaslar üzrə ilkin qəbulun, eləcə də BDU-nun Hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası və Tarix fakültəsinin və Lənkəran Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri hesabına formalaşdırıldı. Bolonya təhsil sisteminə keçidlə əlaqədar olaraq, fakültədə bir sıra struktur dəyişiklikləri aparılmışdı. 2011-ci ildə ilk əvvəl beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr Hüquq fakültəsinə köçürülmüşdü. 2011-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin tərkibində olan İqtisadiyyat ixtisası, 2013-cü ildə Politologiya ixtisası isə müvafiq ixtisasların bir mərkəzdə cəmləşdirilməsi məqsədi ilə fakültənin tərkibinə daxil edildi. Buna görə də, 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırıldı və buna müvafiq olaraq fakültədə beynəlxalq münasibətlər, maliyyə, iqtisadiyyat, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, dövlət və ictimai münasibətlər, politologiya ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. == Rəhbərlər == Fakültəyə ilk rəhbərlik prof. Mahmud Quliyevə (1991–1992) həvalə olundu. 1992–2006-cı illərdə fakültəyə dosent Sədiyar Zeynalov rəhbərlik etmişdir.
Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universiteti Elmi Şurasının tarixi qərarı əsasında 1991/92-ci tədris ilindən yeni bir fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı. Fakültənin tələbə kontingenti həmin ixtisaslar üzrə ilkin qəbulun, eləcə də BDU-nun Hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası və Tarix fakültəsinin və Lənkəran Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri hesabına formalaşdırıldı. Bolonya təhsil sisteminə keçidlə əlaqədar olaraq, fakültədə bir sıra struktur dəyişiklikləri aparılmışdı. 2011-ci ildə ilk əvvəl beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr Hüquq fakültəsinə köçürülmüşdü. 2011-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin tərkibində olan İqtisadiyyat ixtisası, 2013-cü ildə Politologiya ixtisası isə müvafiq ixtisasların bir mərkəzdə cəmləşdirilməsi məqsədi ilə fakültənin tərkibinə daxil edildi. Buna görə də, 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırıldı və buna müvafiq olaraq fakültədə beynəlxalq münasibətlər, maliyyə, iqtisadiyyat, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, dövlət və ictimai münasibətlər, politologiya ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. == Rəhbərlər == Fakültəyə ilk rəhbərlik prof. Mahmud Quliyevə (1991–1992) həvalə olundu. 1992–2006-cı illərdə fakültəyə dosent Sədiyar Zeynalov rəhbərlik etmişdir.
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.

"münasibətlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#münasibətlər nədir? #münasibətlər sözünün mənası #münasibətlər nə deməkdir? #münasibətlər sözünün izahı #münasibətlər sözünün yazılışı #münasibətlər necə yazılır? #münasibətlər sözünün düzgün yazılışı #münasibətlər leksik mənası #münasibətlər sözünün sinonimi #münasibətlər sözünün yaxın mənalı sözlər #münasibətlər sözünün əks mənası #münasibətlər sözünün etimologiyası #münasibətlər sözünün orfoqrafiyası #münasibətlər rusca #münasibətlər inglisça #münasibətlər fransızca #münasibətlər sözünün istifadəsi #sözlük