Macarıstan–Türkiyə münasibətləri
Macarıstan–Türkiyə münasibətləri — Türkiyə ilə Macarıstan arasında xarici əlaqələr. Macarıstanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu yerləşir. Macarıstanın Antalya, İzmir, Adana, Kütahya, Kayseri, Təkirdağ və Kocaeli də fəxri konsulluqları vardır. Türkiyənin Budapeştdə səfirliyi yerləşir.
Hər iki ölkə Avropa Şurası, İƏİT, NATO, ATƏT və ÜTT -nin tamhüquqlu üzvləridir. Həmçinin Macarıstan AB üzvüdür, Türkiyə də namizəddir. Macarıstan, Türkiyənin tam üzv olduğu Türk Şurasında müşahidəçi statusuna malikdir.
== Tarixi ==
Həm Macarlar, həm də Türklər sırasıyla Şimali və Orta Asiyadan qaynaqlanmış və sonra fərqli vaxtlarda qərbə doğru köç etmişlər.
Lakin Macarıstan 1541 - 1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə edildi. Macarıstan Krallığı ilə Osmanlı İmperiyası arasında ilk böyük toqquşma 1396-cı ildə Niqbolu döyüşündə baş verdi.