münəccim sözü azərbaycan dilində

münəccim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • münəccim • 82.4561%
  • Münəccim • 17.5439%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Münəccim
Münəccim — indiki astronom yaxud astroloq. Qədim zamanlarda və orta əsrlərdə Göy cisimlərinin vəziyyət və hərəkətlərini öyrənirdilər. Onlardan bir qismi bu cisimlərin vəziyyətinə əsasən gələcəkdən xəbər vermək iddiasında idilər.
Münəccimbaşı
Münəccimbaşı — Bir-çox tarixi İslam dövlət və imperiyalarında baş saray astroloqunun daşıdığı titul.
Münəccimbaşı Əhməd Dədə
Münəccimbaşı və ya Münəccimbaşı Dərviş Əhməd Dədə bin Lütfullah (Saloniki, XVII əsrin birinci yarısı – Məkkə, 27 fevral 1702) — Osmanlıda saray mənsubu, alim, təsəvvüf şairi və tarixçidir. Onun baş əsəri — "Cami əl-düval" dünya tarixi kitabıdır, Xəzər dənizinin cənub-qərbi sahili ətrafında qurulan orta əsr müsəlman sülalələrinin tarixi haqqında qiymətli məlumat verir. (Adərbaycan, Şirvan, Arran, Dərbənd) Türk ədəbiyyatında ondan Əhməd Lütfullah olaraq bəhs edilir. == Bioqrafiyası == Onun atası Lütfullah Konyanın Ereğli ilçəsindən idi, ancaq Əhməd XVII əsrin birinci yarısında Salonikidə doğulmuşdu (Encyclopaedia Britannicaya görə 1631-ci ildə). O, Kasımpaşa səmtindəki mövləvixanada təhsil almışdı və 15 ilini burada Şeyx Xəlil Dədənin nəzarətində keçirmişdi. Astronomiya və astrologiyanı öyrəndikdən sonra o, 1667/8-ci ildə münəccimbaşı vəzifəsinə gətirilmişdi. Münəccimbaşı Əhməd Dədə IV Mehmedin dövründə (1648-1687) sarayda önəmli şəxs idi. 1675/6-cı ildə IV Mehmed sarayın ən məhrəm çevrəsinə girişin ifadəsi kimi onu mühasib-i padişah vəzifəsinə gətirdi. IV Mehmedin 1687-ci ilin noyabr ayında hakimiyyətdən salınmasına qədər Münəccimbaşı vəzifədə qaldı. Daha sonra isə o, Misirə sürgün edildi.
Münəccimin Şagirdi (1983)
Münəccimin şagirdi (rus. Ученик звездочета) — Azərbaycan cizgi filmi. == Məzmun == Filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Film xalq nağılları əsasında yaradılmışdır. Yarı qabarıq kukladan ilk dəfə bu filmdə istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Mailə Muradxanova Rejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Anatoli Abarenov, Sergey Dyojkin, Vahid Talıbov, Firəngiz Quliyeva Rəssam: E.Məmmədov, Aydın Lazımov Redaktor: D.Tahirova Filmin direktoru: İ.Hüseynov Mətni oxuyan: Şahmar Ələkbərov (azərbaycanca versiyası), Zinovi Gerdt (rusca versiyası) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Münəccimin şagirdi (film, 1983)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2007 •••••••••• 0.21
2010 •••••••••••••••••••• 0.45
2011 •••••••••••• 0.26
2012 •••••••• 0.17
2013 ••••••••••••• 0.29
2016 •••••••• 0.17

münəccim sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] köhn. 1. Qədim zamanlarda və orta əsrlərdə: Göy cisimlərinin vəziyyət və hərəkətinə əsasən gələcəkdən xəbər vermək iddiasında olan şəxs; astroloq. Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəml atdırıb Məlikməmmədin bəxtinə baxdırdı. (Nağıl). [Cəlaləddin:] Onda mən cavan münəccim Mirzə Sədranı bir qara xəbərlə padşahın yanına göndərərəm. A.Şaiq. 2. Astronomun köhnə adı.

    Azərbaycan dilinin izahlı lüğəti / münəccim

münəccim sözünün rus dilinə tərcüməsi

münəccim sözünün inglis dilinə tərcüməsi

münəccim sözünün fransız dilinə tərcüməsi

münəccim sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. куьгьн. 1. астролог; цаварбан (виликра цава авай гъетерин везиятдиз ва юзунриз килигна къвезмай девирдикай хабарар гуз хьунин фикир авай кас); 2. астрономдин куьгьне тӀвар.

    Azərbaycanca-ləzgicə lüğəti / münəccim

münəccim sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. astroloq // astronom.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"münəccim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#münəccim nədir? #münəccim sözünün mənası #münəccim nə deməkdir? #münəccim sözünün izahı #münəccim sözünün yazılışı #münəccim necə yazılır? #münəccim sözünün düzgün yazılışı #münəccim leksik mənası #münəccim sözünün sinonimi #münəccim sözünün yaxın mənalı sözlər #münəccim sözünün əks mənası #münəccim sözünün etimologiyası #münəccim sözünün orfoqrafiyası #münəccim rusca #münəccim inglisça #münəccim fransızca #münəccim sözünün istifadəsi #sözlük