mürtəd sözü azərbaycan dilində

mürtəd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mürtəd • 77.1930%
  • Mürtəd • 14.0351%
  • MÜRTƏD • 8.7719%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Mürtədlik
Mürtədlik (ərəb. مُرْتَدّ‎‎) və ya irtidad (ərəb. اِرْتِدَاد‎‎ – "dönmə, üz döndərmə") — bir şəxsin rəsmi şəkildə dindən çıxması, onu tərk etməsi və ya dindən imtina etməsi. Bu, həm də daha geniş kontekstdə bir şəxsin əvvəlki dini inanclarına zidd olan fikri qəbul etməsi kimi müəyyən edilə bilər. Dindən dönən şəxs mürtəd kimi tanınır. Mürtəd olmuş şəxslər bu sözün mənfi çalarının olmasına görə özlərini mürtəd adlandırmaqdan çəkinirlər, lakin bu termin sosioloqlar tərəfindən texniki mənada, heç bir alçaldıcı məna daşımadan istifadə olunur. Bəzən bu termin həm də siyasi partiya, ictimai hərəkat və ya idman komandası kimi qeyri-dini inancdan və ya səbəbdən imtina etmək üçün metafor kimi istifadə olunur. Bir çox dini qruplar və bəzi dövlətlər mürtədləri cəzalandırır. Bu, müəyyən bir dini qrupun rəsmi siyasəti yaxud da sadəcə olaraq üzvlərinin könüllü hərəkəti də ola bilər. Bu cür cəzalara aforoz, şifahi təhqir, fiziki zorakılıq və ya hətta edam daxil ola bilər.

mürtəd sözünün leksik mənası və izahı

  • 1 is. və sif. [ər.] 1. Öz dinini (müsəlmanlığı) atmış; Allahsız, dinsiz, imansız, babi. Məsələn, mənə deyirlər filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. [Molla Vəli:] Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Ə.Haqverdiyev. // Dönük, xain. 2. məc. İnsafsız, zalım, mürüvvətsiz, rəhmsiz. [Möhtəkir:] Bu mürtədlər camaatın qanını şüşəyə tutacaqlar, camaat korluq çəkəcək. P.Makulu. // Söyüş məqamında. [Rüstəm bəy Sənəmə:] A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində! Ü.Hacıbəyov. [Fatma xanım:] Səni gücnən saxlayıram, a mürtəd oğlu! N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / mürtəd
  • 2 MÜRTƏD(D) ə. 1) dönük, məsləkindən dönmüş; 2) islam dinindən çıxıb öz əvvəlki dininə qayıtmış; 3) yüngül söyüş məqamında işlədilir.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mürtəd

mürtəd sözünün sinonimləri (yaxın mənalı sözlər)

mürtəd sözünün rus dilinə tərcüməsi

  • 1 ренегат, отступник, вероотступник

    Azərbaycanca-rusca lüğət / mürtəd
  • 2 сущ. 1. вероотступник (человек, отрёкшийся от мусульманской веры) 2. ренегат (человек, изменивший своим убеждениям), отступник, изменник 3. отщепенец (человек, отколовшийся от какого-л. общественного коллектива) 4. перен. деспот, тиран; самодур 5. употребляется как ругательство. Kəs səsini mürtəd balası! заткнись, сукин сын! Mürtəd oğlu mürtəd! ах ты, вероотступник!

    Azərbaycanca-rusca lüğət / mürtəd

mürtəd sözünün inglis dilinə tərcüməsi

mürtəd sözünün fransız dilinə tərcüməsi

mürtəd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ., прил. муртад (1. вичин дин (мусурманвал) гадарнавай; аллагьсуз, динсуз, имансуз, баби; // вичин меслекдилай элкъвенвай, хаин; 2. пер. инсафсуз, мирветсуз, залум, регьимсуз.

    Azərbaycanca-ləzgicə lüğəti / mürtəd

"mürtəd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mürtəd nədir? #mürtəd sözünün mənası #mürtəd nə deməkdir? #mürtəd sözünün izahı #mürtəd sözünün yazılışı #mürtəd necə yazılır? #mürtəd sözünün düzgün yazılışı #mürtəd leksik mənası #mürtəd sözünün sinonimi #mürtəd sözünün yaxın mənalı sözlər #mürtəd sözünün əks mənası #mürtəd sözünün etimologiyası #mürtəd sözünün orfoqrafiyası #mürtəd rusca #mürtəd inglisça #mürtəd fransızca #mürtəd sözünün istifadəsi #sözlük