* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] klas. 1. Qaranlıq, zülmətli. Müzlim bir gecə. 2. Məchul, şübhəli, qaranlıq. O məni özü ilə bərabər, sanki bildiyim və tanıdığım bu dünyadan daha müzlim, daha çirkin bir dünyaya sürükləyirdi. M.S.Ordubadi. Gənc qız bu alaqaranlıq otaqda müzlim kölgələr arasında doğma anasını belə Əminə ilə qarışıq salırdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / müzlim2 ə. 1) qaranlıq; 2) məchul; 3) mənhuş, mənfur.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müzlim1 прил. устар. тёмный: 1. лишённый света, освещения. Müzlim gecə тёмная ночь 2. такой, который трудно понять; неясный, непонятный
Azərbaycanca-rusca lüğət / müzlim