müztərib sözü azərbaycan dilində

müztərib

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müztərib • 79.3103%
  • Müztərib • 13.7931%
  • MÜZTƏRİB • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

müztərib sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] klas. Sıxıntı və iztirab içində olan; çox təşvişli, rahatsız, narahat, iztirablı. Müztərib könül (qəlb). – Qoca tarzən Cavadın arvadı müztərib (z.) halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev. Müztərib muzdur vaqonların pəncərələrinə baxabaxa vağzalın axır başınacan getdi. S.M.Qənizadə. [Qurbanəli] sakit və müztərib oğluna baxır. H.Nəzərli. □ Müztərib etmək – iztiraba salmaq, rahatsız etmək, təşvişə salmaq. Bu hal o qadını daha artıq müztərib edəcəkdir. S.Hüseyn. Müztərib olmaq – iztirab keçirmək, rahatsız olmaq, narahat olmaq, təşvişə düşmək. Münəvvər xanım da təhsildən qalıb, … yoldaşları yadına düşüb, qayət müztərib olmuşdu. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / müztərib

müztərib sözünün sinonimləri (yaxın mənalı sözlər)

müztərib sözünün rus dilinə tərcüməsi

  • 1 устар. I прил. взволнованный, встревоженный, неспокойный. Müztərib könül неспокойное сердце II нареч. взволнованно, неспокойно. Müztərib halda baxırdı он смотрел взволнованно; müztərib etmək взволновать, встревожить; müztərib olmaq взволноваться, встревожиться

    Azərbaycanca-rusca lüğət / müztərib

müztərib sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) iztirab çəkən, sıxıntı çəkən; 2) qızışmış, həyəcanlanmış; 3) rahatsız; nigaran; 4) aydın olmayan; məchul; 5) dolaşıq, qarmaqarışıq; 6) həyəcanlı, iztirablı (yuxu haqqında); 7) çala-çuxur, kələ-kötür (yol haqqında).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müztərib" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müztərib nədir? #müztərib sözünün mənası #müztərib nə deməkdir? #müztərib sözünün izahı #müztərib sözünün yazılışı #müztərib necə yazılır? #müztərib sözünün düzgün yazılışı #müztərib leksik mənası #müztərib sözünün sinonimi #müztərib sözünün yaxın mənalı sözlər #müztərib sözünün əks mənası #müztərib sözünün etimologiyası #müztərib sözünün orfoqrafiyası #müztərib rusca #müztərib inglisça #müztərib fransızca #müztərib sözünün istifadəsi #sözlük