müştəri sözü azərbaycan dilində

müştəri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müştəri • 82.4063%
  • Müştəri • 17.5648%
  • MÜŞTƏRİ • 0.0288%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müştəri
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (dəqiqləşdirmə)
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ay müştəri... (film, 1986)
Ay müştəri... qısametrajlı sənədli süjeti rejissor Ceyhun Mirzəyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə zavodlarda istifadəsiz qalan artıq avadanlıqlardan düzgün istafadə edilməməsindən bəhs edilir. == Məzmunu == Filmdə zavodlarda istifadəsiz qalan artıq avadanlıqlardan düzgün istafadə edilməməsindən bəhs edilir. == Film üzərində işləyənlər == Müəllif: C. Məlikov Rejissor: Ceyhun Mirzəyev Operator: Vaqif Muradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması sistemi
Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması sistemi (CRM -CRM system - ing. Customer Relationship Management) şirkətin hazırkı və potensial gələcək müştərilər ilə əlaqələrinin idarə edilməsi üçün bir yanaşmadır. Bu yanaşmada şirkət ilə müştərilərin əlaqələri tarixi haqqında verilənlər bazası təhlil edilməsinə və müştərilər ilə biznes əlaqələrini inkişaf etdirilməsinə çalışılır və əsasən müştərilərin əldə saxlanılmasına və şirkətin gəlirlərinin artırılmasına önəm verilir.CRM yanaşmasının mühüm bir aspekti şirkətin internet saytı, telefonu, email ünvanı, canlı yayım, marketinq materialları və son zamanlarda çox istifadə olunan sosial media vasitələri daxil olmaqla müxtəlif rabitə kanalları ilə məlumatları tərtib edən CRM sistemləridir. CRM yanaşması və onu asanlaşdırmaq üçün istifadə olunan sistemlər vasitəsilə biznes müəsssisələri öz hədəf auditoriyaları və onların ehtiyaclarını ən ayxşı yolla necə qarşılayacağı barəsində məlumat alırlar. Lakin CRM yanaşmasını qəbul etmək həmçinin istehlakçı auditoriyasında favoritizmə də gətirib çıxara bilər ki, bu da müştərilər arasında narazılığa səbəb olacaqdır və CRM-in məqsədlərini məğlub edəcəkdir. == Tarixi == === Müştəri Münasibətlərinin İdarə Edilməsi proqramının yaradılması === Müştəri Münasibətlərinin İdarə Edilməsi ilə bağlı ilkin ideyalar 1970-ci illərin əvvəllərində müştəri məmnunniyyəti illik sorğular aparmaqla və ya qeydiyyatda müştərilərdən soruşmaqla yaranmağa başladı. Bu zaman, biznes müəssisələri satışın avtomatlaşdırılması üçün müstəqil meynfreym sistemlərinə etibar etməli idilər, lakin texnologiyanın inkişafı onlara müştəriləri elektron cədvəllərdə və siyahılarda kateqoriyalaşdırmağa imkan yaratdı. Bu mərhələdə ən önəmli dönəm 1982-ci il idi, bu zaman Keyt və Robert Kestnbaum Məlumat bazası marketinqi anlayışını təqdim etdi. Bu anlayış müştəri məlumatlarını toplamaq və analiz etmək üçün statistik metodları tətbiq edirdi.4 il sonra Dallasdan olan Pat Sullivan və Mayk Möhne ACT adlanan müştəri qiymətləndirmə sistemləriniyaratdılar. Bu sistem ilk dəfə olaraq düzgün formalı əlaqə idarə xidmətini təklif edən rəqəmsal roleks prinsiplərinə əsaslanırdı.Bu trend 1993-cü ildə ilk dəfə CRM məhsulları Sibel sistemini CRM product Siebel Systems imzalayan Tom Sibel də daxil olmaqla bir sıra təsisçilər tərəfindən potensialdan maksimum səviyyədə istifadə edə bilmək üçün izlənilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 49.84 dəfə / 1 mln.
2002 6.85
2003 1.18
2004 •• 7.41
2005 •• 7.42
2006 •• 12.16
2007 ••• 14.59
2008 •••• 21.44
2009 •••• 25.28
2010 ••••• 32.13
2011 ••••• 32.26
2012 ••••• 30.20
2013 ••••• 31.80
2014 ••••••••• 58.18
2015 •••••••••••• 78.77
2016 ••••••••••• 76.70
2017 ••••••••••••• 92.35
2018 •••••••••••••••••••• 142.33
2019 ••••••••••••••• 103.20
2020 •••••••• 55.83

müştəri sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. bax alıcı1 1-ci mənada. Müştərilərə mədəni xidmət. Bu malın müştərisi yoxdur. – [Hacı Qara:] Buların qumaşı özgə qumaşdır, müştəri macal vermir, göydə götürür. M.F.Axundzadə. Bu arada müştərilər hərlənir, qiymət üstündə uzunuzadı çəkişirdilər. S.Rəhimov. 2. Daimi alıcı, sifarişçi və ya bir iş üçün gələn. Atelyenin müştərisi. – Əti də Şeyx Şaban hər qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Ə.Haqverdiyev. Usta bir müştərinin başını qırxıb, qurtarıb qanatdığı yerlərə pambıq düzürdü. C.Məmmədquluzadə. 3. Pul müqabilində su, elektrik, telefon, radio və s.-dən istifadə edən, habelə qəzet, jurnal və s.-yə abunəçi olan şəxs. Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı və qeyri şəhərlərdə varımızdır. C.Məmmədquluzadə. [Cənnətəli] axırda qəzetlərə bir qədər müştəri toplayıb, Bakıya gedib ki, görsün, onun kəlamını niyə çap eləməyiblər. Çəmənzəminli. 4. məc. İstəyən, arzu edən, həvəskar. [Hacı Fərəc:] Zinyət xanıma müştəri çoxalacaq, yatma, sərhesab ol, kişi! N.Vəzirov. Adına min yerdən min müştəri var. S.Vurğun. □ Müştəri çıxmaq – 1) yiyələnmək, mənimsəmək istəmək. Kitaba müştəri çıxmaq; 2) bax müştəri olmaq. Müştəri olmaq – istəmək, almağa hazır olmaq, almaq istəmək. Varın verən, deyərlər, utanmaz, məsəldi bu; Can nəqddi əldə, oldum o canənə müştəri. S.Ə.Şirvani. Camalın görən olur müştəri; Misirdə Yusifin bazarı kimi. Aşıq Ələsgər. ◊ Müştəri gözü ilə baxmaq zar. – bir həvəskar, maraqlanan bir adam alıcı gözü ilə baxmaq, qiymətləndirmək. Səlimnaz hər gün [Püstəxanımı] iş gördürmək bəhanəsi ilə evinə çağırır, altdan-altdan, oğrun-oğrun müştəri gözü ilə ona baxırdı. M.Hüseyn. [Əşrəf:] Ümid, … bir o həkim qıza müştəri gözü ilə baxarsan. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / müştəri
  • 2 is. [ər.] Ərəb astronomiyasında: Yupiterin adı. Dəst tutsun Ütarid, Zöhrə, Müştəri; Fələkin şəmsilə mahı oynasın. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / müştəri

müştəri sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 I MÜŞTƏRİ O hərdən tək-tük, büzməli arxalıq geymiş kiçik müştərilərinə şabalıd verib yola salır, tiyançıya bir qədər də çiy şabalıd tökür və müştəri səsləyir, malını tərifləyirdi (Ə.Cəfərzadə); ALICI Amma oğlanın qarşısında alıcı yox idi (Ə.Cefərzadə); XİRİDAR (kl.əd.) Baş mühəndis kitab həvəskarı, qəzet xiridarı, jurnal tamarzısı idi (Ə.Vəliyev). II müştəri bax yupiter 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / müştəri

müştəri sözünün rus dilinə tərcüməsi

  • 1 1. покупатель; 2. клиент; 3. юпитер (планета);

    Azərbaycanca-rusca lüğət / müştəri
  • 2 I сущ. 1. разг. покупатель, покупательница. Müştərilərin tələbi требования покупателей 2. клиент: 1) постоянный покупатель, заказчик, посетитель. Atelyenin müştəriləri клиенты ателье 2) лицо или учреждение, обслуживаемое какой-л. кредитной, торговой или промышленной организацией 3. человек, желающий, жаждущий чего-л. Müştəri çoxdur желающих много II прил. покупательский. Müştəri tələbatı покупательский спрос; müştəri olmaq, müştəri çıxmaq желать приобрести что-л.; müştəri gözü ilə baxmaq смотреть на кого-, на что-л. оценивающим взглядом; müştəri başının altındadır nəyin желающих чего хоть отбавляй

    Azərbaycanca-rusca lüğət / müştəri

müştəri sözünün inglis dilinə tərcüməsi

müştəri sözünün fransız dilinə tərcüməsi

müştəri sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. муьштери (1. кил. alıcı 1); 2. затӀ къачудай, расиз гудай ва я са кар патал къведай кас; 3. цикай, электрикдикай, телефондикай ва мс. пулунихъ менфят къачузвай ва я газетдин, журналдин ва мс. абонент тир кас; 4. пер. кӀандайди, гьевескар; müştəri olmaq муьштери хьун, кӀан хьун, къачуз гьазур хьун, къачуз кӀан хьун); ** müştəri gözü ilə baxmaq зар. муьштеридин виливди килигун, са гьевескардин, къачудайдан (кӀанидан) виливди килигун, къимет гун.

    Azərbaycanca-ləzgicə lüğəti / müştəri
  • 2 [ər.] сущ. Юпитердин тӀвар (арабрин астрономияда).

    Azərbaycanca-ləzgicə lüğəti / müştəri

müştəri sözünün türk dilinə tərcüməsi

müştəri sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

MÜŞTƏRİ1 ə. alıcı, şey alan. MÜŞTƏRİ2 ə. Yupiter (planet).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Terminlər lüğəti

Yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxs

Terminlər lüğəti

"müştəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müştəri nədir? #müştəri sözünün mənası #müştəri nə deməkdir? #müştəri sözünün izahı #müştəri sözünün yazılışı #müştəri necə yazılır? #müştəri sözünün düzgün yazılışı #müştəri leksik mənası #müştəri sözünün sinonimi #müştəri sözünün yaxın mənalı sözlər #müştəri sözünün əks mənası #müştəri sözünün etimologiyası #müştəri sözünün orfoqrafiyası #müştəri rusca #müştəri inglisça #müştəri fransızca #müştəri sözünün istifadəsi #sözlük