* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Yanınca getmə, ötürmə. □ Müşayiət etmək – 1) ötürmək, yola salmaq. [Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. S.Hüseyn; 2) bir yerə qədər yanınca getmək, bərabər getmək. Nümayəndələri müşayiət etmək. – Fabrik müdiri də bizi müşayiət edirdi. M.İbrahimov; 3) qorumaq, yaxud da yol göstərmək, bələdçilik etmək üçün yanınca getmək. Generalı müşayiət etmək. – Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər. M.S.Ordubadi. …müşayiəti ilə – 1) bərabər, bir yerdə, yanınca gedərək. Qətibə gözəl kənizlər və cariyələrin müşayiəti ilə daxil olub, böyük salonun ortasında dayandı. M.S.Ordubadi. Teymur şahidlərin müşayiəti ilə mağazanı gəzməyə başladı. H.Seyidbəyli; 2) mus. oxuyan və ya solo çalanla birgə çıxış edib öz çalğısını onların oxumasına və ya çalmasına uyğunlaşdıraraq. Nəhayət, Cimi tarın müşayiəti ilə oxumağa başladı. İ.Əfəndiyev. Bir salonda tar-kamança müşayiəti ilə oxunan xoş bir el mahnısının səsi gəlir. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / müşayiət2 ə. 1) tərəfdar olma; 2) yola salma; 3) birlikdə getmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müşayiət2 сущ. сопровождение: 1. следование вместе с кем-л. в качестве спутника или провожатого 2. группа военнослужащих (или боевых машин, самолётов и т.п.), сопровождающая или конвоирующая кого-л., что-л. Müşayiət zabitləri офицеры сопровождения, müşayiət gəmiləri корабли сопровождения 3. музыкальное сопровождение к сольной партии голоса или инструмента; аккомпанемент 4. то, что сопровождает какое-л. явление, действие; müşayiət etmək: 1. сопровождать; 2. аккомпанировать; müşayiət etmə аккомпанирование; müşayiəti ilə kimin, nəyin в сопровождении кого, чего. Ansamblın müşayiəti ilə в сопровождении ансамбля
Azərbaycanca-rusca lüğət / müşayiət1 i. accompaniment; escort, convoy; ~ etmək to accompany (d.); to escort (d.), to convoy (d.); ~ olunmaq to be* accompanied (by); (həm də mus.) to be* escorted (by); ~i ilə to the accompaniment (of); ~i ilə oxumaq to sing* to the accompaniment (of)
Azərbaycanca-ingiliscə lüğət / müşayiət1 is. accompagnement m ; concomitance f ; escorte f ; convoi m ; ~ etmək 1) accompagner vt ; 2) escorter vt, convoyer vt
Azərbaycanca-fransızca lüğət / müşayiət1 [ər.] сущ.: müşayiət etmək а) галаз тухун, галаз фин, рекье ттун; б) са кьадар чкадал кьван къвалал алаз фин, барабар фин (рехъ къалурун, хатадикай хуьн ва мс. патал); б) муз. галаз лугьун, санал лугьун; галаз ягъун, санал ягъун.
Azərbaycanca-ləzgicə lüğəti / müşayiət