müraciət sözü azərbaycan dilində

müraciət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müraciət • 96.1010%
  • Müraciət • 3.8861%
  • MÜRACİƏT • 0.0130%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müraciət
Müraciət — kiməsə ünvanlanan şifahi və ya yazılı çağırış, nitq, xahiş.
Alman millətinə müraciətlər
Alman millətinə müraciətlər - Alman filosof İohann Qotliebb Fixte tərəfindən yazılmış siyasi-ədəbiyyat kitabıdır. Bu kitab Napoleonun alman torpaqlarını işğal etməsinə cavab olaraq yazılmışdır. Fixte bu əsərdə alman millətində ortaq dilə, adət-ənənəyə və ədəbiyyata dayanan ümumi aidlik hissini oyatmağa çalışırdı. == Ədəbiyyat == David Ceyms (2011), Fichte's Social and Political Philosophy: Property and Virtue. Qreqory Jusdanis (2001), The Necessary Nation.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi.Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 416.83 dəfə / 1 mln.
2002 ••• 232.98
2003 •••• 314.55
2004 ••• 260.07
2005 •••• 318.50
2006 ••• 255.19
2007 •••• 279.93
2008 ••• 238.99
2009 •••• 308.77
2010 •••••• 476.11
2011 •••• 341.79
2012 ••••• 360.54
2013 ••••••• 527.77
2014 •••••• 467.13
2015 ••••• 421.21
2016 •••••• 469.60
2017 •••••• 473.62
2018 •••••• 504.91
2019 ••••••• 551.07
2020 ••••••• 587.05

müraciət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Birinə üz tutub söylənilən söz, çağırış (istər şifahi, istər yazılı). Xalqa müraciət. 2. Xahiş, iltimas, rica. Məhəlli komitə, şöbə müdirinin … müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı. S.Hüseyn. □ Müraciət etmək – 1) üz tutub demək. …Veys bu dəfə Qadirə müraciət elədi… Ə.Əbülhəsən. [Müəllim:] Siz bu alətlə tanışsınızmı? – deyə sinfə müraciət edib soruşdu. Ə.Sadıq. Elçinin atası uşaqlara müraciət etdi. M.Rzaquluzadə; 2) bir şey üçün şifahi və ya yazılı şəkildə birindən xahiş etmək, yaxud yanına getmək. Həkimə müraciət etmək. Məktubla müraciət etmək. – [Nemət hakimə:] Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm. Çəmənzəminli. Zeynal ötəyə-bəriyə müraciət edib, sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. 3. Geri dönmə, qayıtma. □ Müraciət etmək – 1) dönmək, qayıtmaq. [Yusif] Usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə; 2) məc. tarixi mövzu və s.-dən istifadə etmək, onun haqqında yazmaq. Keçmişə müraciət etmək. – “Vaqif”də Səməd Vurğun yaxın keçmişə müraciət edirsə, “Fərhad və Şirin”də uzaq keçmişə, Nizami poemalarının əks etdirdiyi tarixə müraciət edir. M.Arif; 3) bir şeyi və ya şəxsi tapmaq üçün bir yerə baş vurmaq. 4. bax müraciətnamə.

    Azərbaycan dilinin izahlı lüğəti / müraciət

müraciət sözünün sinonimləri (yaxın mənalı sözlər)

müraciət sözünün rus dilinə tərcüməsi

  • 1 обращение

    Azərbaycanca-rusca lüğət / müraciət
  • 2 сущ. обращение: 1. воззвание (устное или письменное обращение к кому-л. с призывом). Xalqa müraciət обращение к народу, sülhsevər qüvvələrin ümumdünya konqresinin müraciəti обращение Всемирного конгресса миролюбивых сил 2. направление, адресование своей просьбы кому-л. Məsləhət üçün müraciət обращение за советом, kömək üçün müraciət обращение за помощью, təklifli müraciət обращение с предложением, xahişlə müraciət обращение с просьбой 3. направление своей деятельности на что-л. Lüğətlərə müraciət обращение к словарям, ilk məxəzlərə müraciət обращение к первоисточникам, faktlara müraciət обращение к фактам; müraciət etmək обращаться, обратиться; апеллировать. Müəllimə müraciət etmək обратиться к учителю, həkimə müraciət etmək обратиться к врачу, çağırışla müraciət etmək обратиться с призывом, ərizə ilə müraciət etmək обратиться с заявлением, şikayətlə müraciət etmək обратиться с жалобой, müdiriyyətə müraciət etmək обратиться к дирекции; dərsliyə müraciət etmək обратиться к учебнику, ədəbiyyata müraciət etmək обратиться к литературе

    Azərbaycanca-rusca lüğət / müraciət

müraciət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. appeal (to), address (to); Ümumdünya Sülh Şurasının ~i World Peace Council’s Appeal; ~ etmək 1) to address (d.), to apply (to); 2) to resort (to); to have* recourse (to); to fall* back (upon); kömək üçün ~ etmək to resort to help (of), to have* recourse (to); gücə ~ etmək to resort to force

    Azərbaycanca-ingiliscə lüğət / müraciət

müraciət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. appel m ; adresse f ; ~ etmək 1) adresser (s’) à ; recourir à ; 2) consluter vt ; dosta ~ etmək recourir à un(e) ami(e) ; lüğətə ~ etmək consulter un dictionnaire ; çağırışla ~ etmək faire appel à qn

    Azərbaycanca-fransızca lüğət / müraciət

müraciət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. садахъ ччин элкъуьрна лугьузвай, рахазвай гаф(ар); эверун, эвер гун; xalqa müraciət халкьдив рахун; халкьдиз эвер гун; 2. хагьишун, хагьиш; müraciət etmək а) ччин элкъуьрна лугьун, рахун; б) за затӀунин патал садавай мецелди ва я кхьена хагьиш авун, яни гьадан патав фин; 3. кьулухъ элкъуьн, элкъвена хъфин (хтун); müraciət etmək а) элкъуьн, элкъвена хъфин; б) пер.тарихдикай ва мс. менфят къачун, адан гьакъинда кхьин; 4. кил. müraciətnamə.

    Azərbaycanca-ləzgicə lüğəti / müraciət

müraciət sözünün türk dilinə tərcüməsi

müraciət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) geri dönmə; qayıtma; 2) baş çəkmə; 3) boşanmış qadınla ikinci dəfə evlənmə, bir qadını boşayıb yenidən alma; 4) xitab etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

birinə üz tutub söylənilən söz, çağırış; xahiş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"müraciət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müraciət nədir? #müraciət sözünün mənası #müraciət nə deməkdir? #müraciət sözünün izahı #müraciət sözünün yazılışı #müraciət necə yazılır? #müraciət sözünün düzgün yazılışı #müraciət leksik mənası #müraciət sözünün sinonimi #müraciət sözünün yaxın mənalı sözlər #müraciət sözünün əks mənası #müraciət sözünün etimologiyası #müraciət sözünün orfoqrafiyası #müraciət rusca #müraciət inglisça #müraciət fransızca #müraciət sözünün istifadəsi #sözlük