müştərək sözü azərbaycan dilində

müştərək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müştərək • 82.8363%
  • Müştərək • 17.0929%
  • MÜŞTƏRƏK • 0.0303%
  • müŞtərək • 0.0202%
  • MüŞtərək • 0.0202%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Müştərək istehsal olunan məhsul
Müştərək istehsal olunan məhsul (ing. joint product) — başqa bir məhsulla eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan məhsul. İngilis professoru Kolin Druri birgə məhsulu eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan müəssisənin əsas məhsulları kimi müəyyən edir. Ayrılma nöqtəsinə (məhsulların ayrıldığı istehsal nöqtəsi) çatana qədər müxtəlif məhsullar üzrə məsrəflərin uçotu müəyyən edilmir. Ayrılma nöqtəsi məhsulların bölünə bilməsi, bir-birindən ayrı satıla bilməsi və ya sonrakı emala məruz qalması ilə müəyyən edilir. Ayrılma nöqtəsini keçdikdən sonra birgə istehsal olunan məhsullarla bağlı bütün əlavə xərclər satılana qədər hər bir məhsul üçün ayrıca saxlanılır. Bölünmə nöqtəsinə qədər ümumi biznes xərcləri aşağıdakı üsullarla məhsullara bölünə bilər: natural göstəricilərdən istifadə üsulu (xərclər istehsalın həcminə mütənasib olaraq bölüşdürülür). Metod üzrə hər bir məhsul bərabər gəlirə malikdir, kompleks məsrəflərin payı hər bir məhsul üzrə onun ümumi istehsal həcmindəki payına mütənasib olaraq tutulur və hər bir məhsul növü üzrə vahid maya dəyəri eyni olur. Əgər məhsulların qiyməti fərqlidirsə, onda süni gəlirli və gəlirsiz məhsullar meydana çıxa bilər. Müxtəlif ölçü vahidləri olan məhsullar istifadə edildikdə metodu tətbiq etmək də çətindir; bölünmə nöqtəsində satışın dəyərinə əsaslanan metod (xərclər satış gəlirinə mütənasib olaraq bölüşdürülür).

müştərək sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Ümumi, ellik, birgə; elliklə, ortaqlı, birgə görülən (aparılan); kollektiv. Müştərək iş. Müştərək əkin. – Bütün kənd Novruza müştərək kağız yazıb göndərdi. S.Rəhimov. // Zərf mənasında. Müştərək işləmək. □ Müştərək müqavilə – müəssisənin müdiriyyəti ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanan əmək müqaviləsi. Müştərək təsərrüfat – kolxozun köhnə adı. 2. Ümumi, bənzər, oxşar. [Çiçəklə] Xədicə arasında müştərək bəzi sifətlər bulurdum. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / müştərək

müştərək sözünün sinonimləri (yaxın mənalı sözlər)

müştərək sözünün rus dilinə tərcüməsi

  • 1 1. общий, коллективный, совместный, коалиционный; 2. коллективно, совместно, сообща;

    Azərbaycanca-rusca lüğət / müştərək
  • 2 I прил. общий, совместный, коллективный. Müştərək iş коллективная работа, müştərək müqavilə коллективный договор, müştərək təsərrüfat общее хозяйство, müştərək müəssisə совместное предприятие II нареч. сообща, совместно, коллективно. Müştərək işləmək работать совместно, müştərək həll etmək решать сообща; felin müştərək növü совместный залог глагола

    Azərbaycanca-rusca lüğət / müştərək

müştərək sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. common, collective, joint, combined, coalition; ~ səylə by a joint effort; by the joint effect (of); ~ bəyanat joint statement / declaration; ~ iş commoncause, team-work; ~ təhsil co-education; ~ qüvvə ilə with joint forces; by joint hands; ~ gəlir aggregate income (of peasants, etc.); ~ kapital qoyuluşu aggregate investments pl.; ~ əkin sahəsi total / overall crop area II. z. collectively, in common, jointly; ~ sahib olmaq to possess jointly

    Azərbaycanca-ingiliscə lüğət / müştərək

müştərək sözünün fransız dilinə tərcüməsi

müştərək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. виридан, умуми, элдин, коллективдин, уртах; элди санал, вирида санал, уртах ийидай (тухудай); müştərək təsərrüfat колхоздин куьгьне тӀвар; // нареч. коллективдаказ, санал, уртах (мес. кӀвалахун); 2. умуми, сад хьтин, ухшар.

    Azərbaycanca-ləzgicə lüğəti / müştərək

müştərək sözünün türk dilinə tərcüməsi

"müştərək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müştərək nədir? #müştərək sözünün mənası #müştərək nə deməkdir? #müştərək sözünün izahı #müştərək sözünün yazılışı #müştərək necə yazılır? #müştərək sözünün düzgün yazılışı #müştərək leksik mənası #müştərək sözünün sinonimi #müştərək sözünün yaxın mənalı sözlər #müştərək sözünün əks mənası #müştərək sözünün etimologiyası #müştərək sözünün orfoqrafiyası #müştərək rusca #müştərək inglisça #müştərək fransızca #müştərək sözünün istifadəsi #sözlük