mədhiyyə sözü azərbaycan dilində

mədhiyyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mədhiyyə • 92.8571%
  • Mədhiyyə • 4.7619%
  • MƏDHİYYƏ • 2.3810%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədhiyyə
Panegirik (lat. Panegyrikus, q.yun. πανηγυρικος, πανηγυρις), həmçinin mədhiyyə və ya mədhnamə (ərəb. مديح‎ + fars. نامه‎) — bir şəxs və ya əşyanın yüksək tərifi ilə ifadə edilən rəsmi ictimai çıxış və ya yazılı əsər.Antik dövrlərdən XVIII əsrədək kiminsə ölümü münasibətilə yazılmış çıxışlardan ibarət ədəbi janr, həmçinin ədəbi əsərlərdə və çıxışlarda hər cür tərif epizodları panegirik adlansa da, XIX əsrdən başlayaraq əsassız tərifləri ifadə etmək üçün işlədilir. == Tarixi == Yunanlar dəfn mərasimlərində çıxış etmək adətini misirlilərdən qəbul etmiş və bu ənənə əsasında ədəbiyyatın və natiqlik sənətinin xüsusi bir növünü yaratmışlar. Artıq Solonun dövründə tanınmış şəxslərin dəfn mərasimlərində çıxışlar istənilən şəxs tərəfindən yox, bunun üçün xüsusi təyin edilmiş məşhur bir natiq tərəfindən edilirdi. Qədim Romada isə "Ölülər haqda ya yaxşı, ya heç nə" (De mortuis aut bene, aut nihil) yanaşması mövcud idi və bu səbəbdən məzar başındakı çıxışlar rəsmi xarakter alır və son nəticədə həyatda olanların mədh olunması üçün bəhanəyə çevrildi. Qədim dövrün panegirikləri arasında ən diqqətəlayiqləri Periklin Marafon və Salamin döyüşlərində həlak olanların xatirəsinə və Lisinin Korinfə qarşı döyüşənlərə həsr etdiyi çıxışlardır. Bu çıxışlar, əsasən, afinalıları vətəni qorumaq və xilas etmək üçün daha çox qurban verməyə həvəsləndirmək üçün edilmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2007 ••••••••••••• 0.21
2009 •••••••••• 0.16
2011 •••••• 0.09
2013 ••••••••• 0.15
2020 •••••••• 0.13

mədhiyyə sözünün leksik mənası və izahı

mədhiyyə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MƏDHİYYƏ (tərif məzmunlu şeir) [Hərdəmxəyal:] Müsəlman ədibi və mühərriri əlinə qələm götürəndə mədhiyyə yazmasa, yəqin bicdir və atasından xəbəri yoxdur (Anar); QƏSİDƏ Hər ikisi (Füzuli ve Nəfi) qəsidələrində digər sinif və saray şairləri kimi müəyyən bir sinfi ..sultanları, padşahları və digər saray əhlini mədh və səna etmişdi (A.Şaiq); MƏDİHƏ (kl.əd.) Özü də M.Ə.Sabir bu mətləbə işarə buyurur: “Puldan ötrü yalan mədihələr yazmağa iqtidarım yox isə də, doğru həcv yazmaqda çox hünərliyəm” (A.Şaiq); MƏDH, MƏDHNAMƏ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / mədhiyyə

mədhiyyə sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. I дифирамб (преувеличенно восторженная похвала). Mədhiyyə oxumaq петь дифирамбы 2. ода (стихотворение в торжественном стиле в честь какого-л. значительного события или лица) 3. лит. панегирик (восторженно-хвалебный отзыв о ком-, о чём-л., чрезмерное восхваление) II прил. панегирический. Mədhiyyə ədəbiyyatı панегирическая литература; mədhiyyə yazan панегирист, одист

    Azərbaycanca-rusca lüğət / mədhiyyə

mədhiyyə sözünün fransız dilinə tərcüməsi

mədhiyyə sözünün ləzgi dilinə tərcüməsi

mədhiyyə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax mədhnamə (1-ci mənada).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"mədhiyyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mədhiyyə nədir? #mədhiyyə sözünün mənası #mədhiyyə nə deməkdir? #mədhiyyə sözünün izahı #mədhiyyə sözünün yazılışı #mədhiyyə necə yazılır? #mədhiyyə sözünün düzgün yazılışı #mədhiyyə leksik mənası #mədhiyyə sözünün sinonimi #mədhiyyə sözünün yaxın mənalı sözlər #mədhiyyə sözünün əks mənası #mədhiyyə sözünün etimologiyası #mədhiyyə sözünün orfoqrafiyası #mədhiyyə rusca #mədhiyyə inglisça #mədhiyyə fransızca #mədhiyyə sözünün istifadəsi #sözlük