mədrəsəsi sözü azərbaycan dilində

mədrəsəsi

Yazılış

  • mədrəsəsi • 76.9231%
  • Mədrəsəsi • 23.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gövhəriyyə mədrəsəsi
Gövhəriyyə mədrəsəsi-Şuşa şəhərində Gövhərağa məscidinin nəzdində fəaliyyət göstərirdi. == Mədrəsənin tarixi == 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məsacidini əsaslı surətdə bərpa etdirdikdən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdı. Burda oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Bu məktəb el arasında "Gövhəriyyə məktəbi" adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsininin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı. 1875-ci ildə Gövhərağa məscidinin ruhaniləri. (Cümə məscidi)-Baş molla Mirzə Fətəli Molla Əlipənah oğlu (Mirzəyev-Ə. Ç), mollalar: Mirzə Məhəmməd Mirzə Əbülqasım oğlu (Haqverdiyev-Ə. Ç.), Molla Şükür Məhərrəm oğlu (Məhərrəmzadə-Ə. Ç.), Molla Abbasqulu Molla Nuri oğlu (Qazıbəyov-Ə. Ç.), Mirzə Həsən Mirzə Qasım oğlu Əmirov.
Gəncə mədrəsəsi
Gəncə mədrəsəsi — Gəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır. == Tarixi == Gəncə mədrəsəindən bəhs edən B.N.Zavıpkin yazır: “Məscid...hücrələrdən təşkil edilmiş bina ilə əhatə olunmuşdur. Bu hücrələrin bəzisi boşdur, bəzilərində isə məsciddə xidmət edən şəxslər yaşayırlar. Lakin, şəhərə qonaq gələn müsəlmanlar və qeyri-müsəlmanlar, o cümlədən məscidin alimlərindən dərs alan gənclər də burda sığınacaq tapırlar.” Gəncə mədrəsəsinin memarlıq quruluşu və planı haqqında ətaflı məlumat Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində saxlanan Gəncə qalasının 1797-ci ilə aid planında verilmişdir. == Memarlıq xüsusiyyətləri == Mədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.
Heydəriyyə Mədrəsəsi
Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə. == Tarixi == İndi Heydəriyyə mədrəsəsi adlanan böyük abidənin baş tikilisi olan əski məscid binası Xumartaş günbədinə yaxın bir tarixdə – XI–XII əsrlərin qovşağında tikilmişdir. Bu abidələrin hər ikisinin memarlıq həlli bir-birinə çox yaxındır. Heydəriyyə günbədi bitkin plan-məkan quruluşu və yüksək bədii tərtibatı olan nadir memarlıq əsəridir. İbadət salonunun bütün hündürlüyü boyu qalxan və rəngli gəc bəzəkləri ilə bol süslənən hündür mehrabı yanlarında incə biçimli tağçalar yüksəlir. Salonun şimal tərəfi çox təntənəli işlənmişdir – ortadakı iri olmaqla üç sivri açırım buranın baş giriş olduğunu gözə çarpdırır. Yan divarlarda da eyni bölgü aparılmışdır. Ancaq burada künclərdə açırım yox, cənub divarında olduğu kimi ensiz tağçalar var. Bu künc taxçaların incəliyini çox sivri biçimli stalaktit salxımı tamamlayır. İbadət salonunun yuxarısını çiçəkli kufi xəttilə yazılmış kitabə zolağı qurşaqlayır.
Hidayət mədrəsəsi
Hidayət mədrəsəsi (az.-əski. هیدایت مدرسه‌سی‎) — Qacarlar dönəmində Urmiyada Şəhriyarxan Nazim əl-Dövlə sifarişi ilə tikilmiş tarixi mədrəsə. == Haqqında == Qacar dönəmində və 19-cu əsrin sonlarında tikilmiş mədrəsə binası əvvələr Qacar boyunun ağsaqqallarının evi kimi istifadə edilsədə 1968-ci ildə mədrəsə statusu aldı. Hidayət mədrəsəsi indilikdə Urmunun sıx yaşayış masivində yerləşərək, dörd yandan yaşayış evləri ilə əhatə olununb. Hazırda mədrəsə İmam xiyabanının Mehr küçəsində yerləşir. Mədrəsə binası keçmişdə qəzalı olsa da, 1998-ci ildə onda quruculuq işləri aparılaraq, bərpa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Hidayət mədrəsəsinin kitabələrinin məhv edildiyinə görə, onun hansı ildə tikilməsi və memarının adı bəlli deyil. Ancaq material növü və tikiliş formasından demək olar ki Qacar dönəmində tikilmişdir. Mədrəsənin ən gözəl və dəyərli hissəsi, həyətinin güneyində yerləşən binadır. Mədrəsinin tikintisində istifadə edilən əsas materiallar kərpic və kaşıdır.
Müstənsəriyyə mədrəsəsi
Müstənsəriyyə mədrəsəsi — XIII əsrə aid mədrəsə. Abbasilər xilafəti dövründə Xəlifələrin öz mədrəsələri də fəaliyyət göstərirdi. Bu mədrəsələrə onlar öz savadı ilə seçilən müəllimləri dəvət edirdilər. Abbasilər sülaləsinin otuz altıncı xəlifəsi əl-Müstənsir (1226–1242) özünün əl-Müstənsəriyyə adlanan mədrəsəsinə "fəzilətləri özündə birləşdirən alim, ədəb, fiqh, hüquq və hikmətdə səriştəli şeyx Rəşidəddin əl-Fərqanini müəllim kimi təyin etmişdi. Əslən Azərbaycanın Mərənd şəhərindən olan İmadəddin Əbu Zülfəqqar Məhəmməd ibn əl-Əşrəf əl-Mərəndi (1199/1200–1281) də bu mədrəsənin müəllimi olmuşdur. Bu təyinatdan əvvəl 1233-cü ildə Bağdada gələn bu ləyaqətli fəqih "əl-Xilatiyyə"rabatında sakin olmuşdu. 1234-cü ildə "Müstənsəriyyə" mədrəsəsinin açılışı vaxtı mədrəsənin fəqihi təyin edilmişdi. Sonra isə 1250/1251-ci ildə Vasitdə məskunlaşaraq tədrislə məşğul olmuşdu. O, 1281-ci ildə vəfat etmiş və imam Musa ibn Cəfərin yanında dəfn edilmişdi. Bu mədrəsədə bəzi görkəmli azərbaycanlı ziyalıların təhsil alması haqqında məlumat vardır.
Nizamiyyə mədrəsəsi
Nizamiyyə mədrəsəsi — Bağdad şəhərində 1067-ci ildə açılmış mədrəsə. Mədrəsə sözü ərəbcə "dərəsə-oxumaq, anlamaq, bir mətni öyrənmək və əzbərləmək üçün təkrarlamaq" kökündən olub "dərs deyilən yer" deməkdir. Bu sözdən "tədris", "müdərris"("dərs deyən"), midrəs ("Quran oxunan yer") və s. kimi terminlər yaranmışdır. İslamın yayıldığı ilk dövrlərdə ayrı-ayrı ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcə də böyük məscidlərdə daimi məktəb və ya mühazirə kursları mövcud idi. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər h. IV/IX əsrlərdə Xilafət Şərqində (Mərkəzi Asiya və Xorasanda) yaranmış, daha sonra isə oradan qərb vilayətlərinə keçmişdi. Mədrəsə təsisatı Səlcuqların hakimiyyəti illərində özünün çiçəklənmə dövrünü keçirirdi. Bəzi tədqiqatçıların (C. Maqdisi və K. Klauzner) fikrincə, səlcuqilər bu mədrəsələri yalnız inzibati idarəetmə kadrlarının hazırlanması məqsədilə yaratmışdılar. Lakin, tədris prosesində gələcək inzibatçılar özlərinin fəaliyyəti üçün vacib olan elmləri və təcrübəni almırdılar.
Ordubad mədrəsəsi
Ordubad mədrəsəsi — Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVIII əsrə aid tarixi mədrəsə binasıdır. Ordubad mədrəsəsi Azərbaycan ərazisində erkən memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmış azsaylı mədrəsə binalarından biridir. İslamın yayıldığı ərazilərdə mədrəsə binalarının inşasına Abbasilərin hakimiyyəti dövründən başlanılmış və XII əsrdə geniş yayılmışdır. Mədrəsə kompleksləri adətən məscid binaları ilə birlikdə inşa edilir və mədrəsə məscidi əksər hallarda həm də cümə məscidi rolunu oynayırdı. Bəzi hallarda isə mədrəsələr artıq mövcud olan daha qədim cümə məscidlərinin yanında inşa edilir və kompleks yaradırdı. Bu cür komplekslərə misal kimi Gəncə və Şamaxı şəhərlərindəki cümə məscidləri ətrafında yaradılmış kompleksləri göstərmək mümkündür. Zəmanəsinin məşhur təhsil ocaqlarından olan bu Ordubad mədrəsəsi də, digər İslam ölkələrində olduğu kimi, şəhərin mərkəzində yerləşən böyük Cümə məscidinin yanında təsis olunmuş və fəaliyyət göstərmişdir. Mənsub olduğu məscidin və özünün vəqfləri hesabına maliyyələşən mədrəsə Cümə məscidindən təхminən 100 metr şimalda yerləşir. Uzun müddət ipəkçilik idarəsi yerləşdiyindən müəyyən qondarma əlavələrə məruz qalmış mədrəsə binası özünün ilkin görkəmini saхlamışdır. Tədqiqatçıların fikrincə bu mədrəsə binası Şimali Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir.
Qasımiyyə mədrəsəsi
Qasımiyyə mədrəsəsi — XV əsrin sonralarında Ağqoyunlular dövləti tərəfindən Mardində tikilmiş tarixi abidə. Ağqoyunluların hökmdarı Uzun Həsən bölgəni ələ keçirdikdən sonra Qara Yuluq Osman bəyin nəvəsi və öz qardaşı Cahangir bəyin oğlu Qasım bəy Cahangiri bura hökmdar təyin edir. Qasım bəy Cahangir bayandur bəylərinin hakimiyyət uğrunda mübarizələrinə qarışmamış Mardini idarə etmişdir. Teymurun yürüşündən sonra əziyyət çəkmiş Mardin şəhərini yenidən dirçəldib burada dağıdılmış şəhəri, məscid və meydanları bərpa etdirib. Qasımiyyə mədrəsəsi XV əsrin sonunda Mardin şəhərində tikilib. XIX əsrdə yaşamış Osmanlı tarixçisi Əbdülsalam Əfəndi Qasım bəy Cahangirin tikinti siyasəti və dövrdə etdikləri haqqında bunları yazıb: Mədrəsə 2 hissədən ibarətdir. Giriş qapısının şərqində həyət boyunca yerləşmiş hücrələr olan hissə və giriş qapısının qərbində Hənəfi məscdinin yerləşdiyi hissə. Mədrəsənin qərbində yerləşən və girişi monumental portaldan olan günbəzli məkan Hənəfi məscididir. Məscidin üstü və türbəsi günbəzlidir. Hənəfi məscidi ölçüləri 5,10 x 15,94 metr olan düzbucaqlı şəklindədir.
Tumaslı mədrəsəsi
Tumaslı mədrəsəsi — Qarabağda yerləşən qədim mədrəsə. Mədrəsə Dizaq mahalı,Tumaslı kəndində yerləşirdi.Dövrün görkəmli ədiblərindən olan Molla Vəli Vidadi müəyyən müddət bu mədrəsədə müəllimlik etmişdi. Mədrəsədə təhsil alan şagirdlərin əksəriyyətini sunnilər təşkil edirdi. XIX əsrin əvvəllərində mədrəsədə müəllim edən şəxslər arasında Mahmud əfəndi Tumaslı (1781–1842), Molla Mustafa Tumaslı və başqaları var idi. Mədrəsədə təhsil görmüş şagirdlərdən bəziləri İstanbula da göndərilmişdi. Mədrəsənin tələbələrindən biri kimi xəttat Omsan Tumalıni nümunə göstərmək olar. Mədrəsəyə hamilik edən şəxs Mikayıl sultan Həsən ağa oğlu Tumaslı (1781–1847) idi.
Zaviyə mədrəsəsi
Zaviyə mədrəsəsi — Naxçıvan şəhərində bu günə qədər salamat vəziyyətdə gəlib çatan orta əsr təhsil mərkəzlərindən Zaviyə-mədrəsə binası nəinki Naxçıvan şəhərinin, ümumiyyətlə bölgə əhalisinin təhsilində mühüm rol oynamışdır. Bu təhsil mərkəzi hazırda şəhərin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” orta əsrlər zamanı müsəlman Şərqində fəaliyyət göstərən sufı təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 metr hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m²-dir. Binanın divarlarının qalınlığı 0,9 - 1,5 metr arasında dəyişsə də əsas qalınlıq 90 sm-dir.
Kurud Mədrəsəsi
Kurud mədrəsəsi — Qərbi Zəngəzur Kurud kəndində yerləşən XIX əsrə aid tarixi mədrəsə. == Tarixi == Molla Əbdürrəhim 1880-ci ildə Bağdadda ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq mədrəsə açmışdır. Molla Hacıbaba oğlu Əbdürrəhim 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmışdır. Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar. Arxiv sənədlərinə əsasən 1853-cü ildə Kurud kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan MTN-nin iyun 1993-cü il tarixli 11/14-H631 saylı arayışında babamızın soyadı Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Hökuməti əleyhinə fəaliyyətdə ittiham olunaraq üçlüyün qərarı ilə güllələnmiş, məscidi mədrəsəsi isə sökülüb dağıdılmışdır. Beləliklə sənədlərə baxdıqda görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin tətbiqi ilə keçirilmiş siyahıyaalma zamanı babalarımızın adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları da, o cümlədən Zəngəzur Rusiyanın tərkibinə qatıldı. 1801-ci ildən Gürcüstanı işğal etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi sistemini həyata keçirməyə başladı. Belə ki, Zəngəzurda da yeni iqdisadi layihə 1826–1828 Rusiya-İran müharibəsi başa çatdıqdan sonra maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən həyata keçirildi.
Yakutiyə Mədrəsəsi
Yakutiyə Mədrəsəsi — Türkiyənin Ərzurum şəhərində yerləşən, XIV-cü əsrə aid tarixi mədrəsə. Mədrəsə Elhani hökmdarı Olcaytunun dövründə 1310-cu ildə Əmir Hoca Cəmaləddin Yakut tərəfindən tikilmişdir. Anadoluda qapalı həyəti, eyvanı və balkonu olan mədrəsə tipinin ən böyüyüdür və günümüzə qədər gəlib çatmış yaxşı qorunan nümunələrdən biridir. Yakutiyə Mədrəsəsi Ərzurum vilayətinin simvollarından biridir. Hər il minlərlə yerli və xarici turist tərəfindən ziyarət edilir. Mədrəsə Elhanilər dövründə 1310-cu ildə Sultan Olcaytonun hakimiyyəti zamanı Qazan xan və Boluqan Hatunun tapşırığı ilə Hoca Yakut Qazani tərəfindən tikilmişdir. Osmanlı dövründən sonra bir müddət XIX-cu əsrin sonlarına qədər fəaliyyətini dayandırıb və hərbi anbar kimi istifadə edilmişdir. Cümhuriyyət dövründə 1964 və 1973-cü illərdə Vəqflər Baş İdarəsi, 1991-ci ildə Turizm Nazirliyi tərəfindən təmir edilən mədrəsə indiyə qədər muzey (Diyarşünaslıq muzeyi) kimi istifadə olunur. Ərzurum şəhərinin mərkəzində, adının verildiyi mərkəzi "Yakutiyə" səmtində, Cümhuriyyət küçəsində, Lalə (Mustafa) Paşa Məscidinin yanında yerləşir. İslam İncəsənət muzeyi kimi istifadə olunur.
Dəməşq Atabəylər mədrəsəsi
Dəməşq Atabəylər mədrəsəsi — XIII əsrə aid mədrəsə. == Haqqında == Dəməşqin qərbindəki Salihiyyə adlı məhəllədə Atabəylər mədrəsəsi və müşərrəf müqəddəs hədis evi yerləşirdi. Qazı İzzəddin əl-Hələbinin yazdığına görə onu Mosulun sahibi Nurəddin Arslan ibn Atabəyin qızı tikdirmişdi. Məliklərin şərəflisi Müzəffərəddin Musanın qadını Sultan əl-Məlik İzzəddin Məsud ibn Qütbəddin Maudid ibn Atabəy Zəngi ibn Ağ Sunqurun qızı Atabəyli Hacıxanım Xatun (v.e. h. 640/1242) mədrəsə və türbənin sahibəsi idi. Bu mədrəsədə dərs deyən müdərrislərdən biri Safiyəddin Əbu Abdulla Məhəmməd ibn Əbdürrəhim ibn Məhəmməd əl-Hindi əl-Urməvi əş-Şafii sayılırdı. Əş`ari məzhəbli bu urmiyalı mütəkəllim h. 644-cü ildə (1246) Hindistanda anadan olmuşdu. Ona qiraəti öyrədən anası tərəfdən babası fəzilətli insanlardan idi.
Fərəc Xuvəyyu mədrəsəsi
Fərəc Xuvəyyu mədrəsəsi — Xoy şəhərində 1127-ci ildə açılmış mədrəsə. == Haqqında == Orta əsr mənbələri Azərbaycanın şəhərlərində fəaliyyət göstərən mədrəsələrlə yanaşı Xoydakı mədrəsə və orada fəaliyyət göstərən elm adamları haqqında məlumat verirlər. Bağdadda fiqhi Əbu İshaq Şirazidən və Əbu Səid əl-Mütəvəllidən öyrəndikdən sonra doğma Xoy şəhərinə qayıdan Əbur-Ruh Fərəc ibn Übeydullah ibn Xələf əl-Xoyi burada mədrəsə açaraq əldə etdiyi biliyi həmvətənlərinə öyrətmişdir. Mədrəsə 1127-ci ildə fəaliyyətə başlamışdı. Əl-Əsnəvi göstərirdi ki, Əbu-r-Ruh Azərbaycanın ürəyi kimi tanınırdı. Çoxlu alimin müəllimi olan Əbu-r-Ruh doğma şəhərində vəfat etmişdir. Bu mədrəsələr də bəzi digər mədrəsələr kimi, onun əsasını qoyanın adı ilə tanınırdı. Belə ki, Xoyda 1127-ci ildə əsası qoyulmuş “əl-Fərəc əl-Xuvəyyu” mədrəsəsi onu tikdirən Fərəc ibn Abdallah ibn Xələf əl-Xuveyyinin adı ilə məşhurlaşmışdı. == Həmçinin bax == Gəncə mədrəsəsi Ordubad mədrəsəsi Zaviyə mədrəsəsi Nizamiyyə mədrəsəsi (Gəncə) Beyləqan mədrəsəsi Marağa mədrəsələri Şamaxı mədrəsəsi Dəməşq Atabəylər mədrəsəsi Müstənsəriyyə mədrəsəsi == İstinadlar == == Xarici keçidlər == Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti.
Kukeldaş mədrəsəsi (Buxara)
Kukeldaş mədrəsəsi (özb. Koʻkaldosh madrasasi) — 1569-cu ildə Buxara xanlığının paytaxtı - Buxarada (indiki Özbəkistanın Buxara vilayətinin inzibati mərkəzi) qurulmuş iki mərtəbəli Orta Asiya mədrəsəsidir. Özbək hökmdarı II Abdulla xanın (1557-1598) dövründə himayədar qardaşı və yaxın yoldaşı - Qulbaba Kukeldaş hesabına inşa edilmişdir. Orta Asiyanın ən böyük mədrəsəsidir. Yan fasadlarında tağlı açıq eyvanların tikildiyi ilk mədrəsədir. Əsas məqsəddən əlavə, mədrəsədə bəzən başqaları da olurdu: burada müəllimlər və ya tələbələrdən əlavə, yad insanlar da yaşaya bilərdi və aşağı mərtəbədəki xarici otaqları ticarət üçün istifadə edilmişdir. XVIII əsrdə mədrəsə binası hətta karvansara kimi istifadə olunurdu. Ancaq hər şeydən əvvəl, 1920-ci illərə qədər ali təhsil müəssisəsi olaraq qalmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Mixail Frunzenin idarəsinə çevrildi, sonra müxtəlif dövrlərdə Buxara qədim abidələrin və sənət əşyalarının qorunması komissiyası Buxkomstaris, Buxara muzeyi və Regional Arxiv adı altında mövcud oldu. Mədrəsə ənənəvi olaraq Ləbi hovuz memarlıq ansamblının ən qədim binasıdır.
Miri Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir. Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir.
Beyləqan mədrəsəsi
Beyləqan mədrəsəsi — XI əsrə aid mədrəsə. == Haqqında == XI əsr yerli müəlliflərdən Məsud ibn Namdarın yazdığı əsərdə Azərbaycan şəhərlərindən Beyləqan mədrəsəsi haqqında da bəzi məlumatlara rast gəlmək olur. Əsərdə “məktəbdən qayıdan uşaqlardan” və “məktəblilərin imla yazı lövhələrindən söz açılır. Məsudun məlumatından aydın olur ki, bu mədrəsələrdən biri şəhərin qərbində, qala divarlarından xaricdə yerləşmişdir. Orta əsrlər Beyləqan şəhərini arxeoloji cəhətdən tədqiq edən görkəmli arxeoloq Qara Əhmədov bu məlumatları əsərində təsdiq edir. Beyləqan qazıntılarından tapılmış epiqrafik məlumatdan aydın olur ki, əhalinin aşağı təbəqəsinə mənsub olan adamlar içərisində də savadlı adamlar varidi. Buna misal olaraq müəllif Beyləqan dulusçularını göstərir. O yazır ki, Beyləqanda istehsal olunmuş saxsı qabların üzərində xeyli miqdarda yazılar vardır. Bu yazıların dulusçular tərəfindən yazıldığı bizdə şübhə oyatmır. Yazıları bəziləri lirik beyt və rübailardən ibarətdir, yəni artıq şeir şəkli almış yazılardır.
Beytülədəb mədrəsəsi
Beytülədəb mədrəsəsi — XIX yüzildə Şuşa şəhərinin Merdinli məhəlləsiində fəaliyyət göstərən mədrəsə. Mədrəsənin yaradıcısı Mirzə Məhəmməd bəy Münşizadə idi. Bu mədrəsənin xərcini Merdinli məscidi ödəyirdi. Bu məktəbdə adlı-sanlı müdərrislər dərs deyirdilər. Müdərrisə xəlifə kömək edirdi. Beytülədəb mədrəsəsində Sədinin "Gülüstan" və "Bustan" əsərləri, "Füzuli divanı", "Tarixi-Nadir", "Camei-Abbas" və başqa kitablar dərslik və dərs vəsaitləri kimi istifadə olunmuşdur. Mədrəsədə ümumtəhsil fənləri və ali fənlər tədris edilirdi.
Buruciyə mədrəsəsi
Buruciyə mədrəsəsi və ya digər adıyla Hacı Məsud mədrəsəsi — Türkiyənin Sivas şəhərində yerləşən mədrəsə. 1271-ci ildə, Anadolu Səlcuqlu sultanlarından III Qiyasəddin Keyxosrov zamanında Həmədan yaxınlığındakı Burucirddən gəlmə Müzəffərddin Burucirdi tərəfindən inşa etdirilmişdir. Elmi işlər üçün mədrəsə olaraq inşa etdirilmiş və dövrün müsbət elmlərinin oxudulduğu bina olaraq uzun illər istifadə edilmişdir. == Memarlıq == Sarımtıl rəngli daşlardan oyma olaraq inşa edilən giriş qapısı və həyət qarşısındakı daxili hissə, dövrün Səlcuqi daş oymacılığının ən gözəl nümunələrindəndir. Tikinti kvadrata yaxın düzbucaqlı planlı olub, üzəri açıq həyət ətrafındakı sütunlu revaklar və bunların gerisində olan hücrələrdən ibarətdir. Giriş qapısının sol yanında mavi və qara çinilərlə bəzəkli türbədə mədrəsə binasını inşa etdirən Burucerdioğlu Muzaffer Beyin (Hacı Məsud) və uşaqlarının qəbirləri yerləşir. Türbənin yanında da iki beşik tonozlu kiçik otaq var. Revakların arxasında mədrəsə otaqları, ana eyvanın yanlarında da iki qübbəli otaq vardır. Vaqfiyəsində binada bir də kitabxana olduğu anlaşılmaqdadır. Daş işləmələrində ağırlığın tac qapıda yer aldığı görülür.
Bərəqxan mədrəsəsi
Bərəqxan mədrəsəsi (özb. Baroqxon madrasasi) — Daşkənd şəhərində yerləşən dini kompleksdir. XVI əsrdə müxtəlif dövrlərdə tikilən binalardan əmələ gəlmişdir. Kompleks məqbərə və xanəgahdan ibarətdir. Mədrəsə binası həm tarixi, həm də siyasi əhəmiyyətə malikdir. Beləki, hazırda Özbəkistan və Mərkəzi Asiya müsəlmanları Dini İdarəsi Bərəqxan Mədrəsəsində fəaliyyət göstərir. == Tarixi == Məqbərə daha öncə tikilib, bugünkü kompleksin şərq hissəsində yerləşir. İkincisi, 1530-cu ildə Daşkəndin Özbək hökmdarı Suyunçxoca xanın şərəfinə tikilən iki günbəzli bir məqbərə - xanəgah idi. Suyunçxoca xan (1454-1525) Teymurilər sülaləsindən Uluqbəyin nəslindən olan və Özbək hökmdarı Əbülxair xanın oğlu, Özbək Şeybanilərin sülaləsinin nümayəndəsi idi və Daşkənd vilayətinin (1503 / 1508-1525) hökmdarı idi. Suyunçxoca xanın dövründən və onun varisləri dövründə bölgənin ədəbi həyatında özbək dilinin rolu arır və Daşkənd intellektual elitanın bir çox nümayəndəsinin əsas mərkəzinə çevrilir.
Zəncan mədrəsəsi
Zəncan mədrəsəsi — XI əsrə aid mədrəsə. Orta əsr ərəbdilli müəlliflərdən Əbu Tahir əs-Siləfi özünün “Mucəm əs-Səfər” əsərində Zəncan mədrəsəsi haqqında məlumat verir. Müəllif bu mədrəsədə dərs demiş Əbülvəfadan onun doğum tarixi, müəllimləri və səfərləri haqqında suallar vermiş və onun cavabından Əbulvəfanın h. 430 (1038)-cu ildə anadan olduğunu, Mərvəruz, Mərv, Şaş, Buxara və Nişapurda görkəmli müəllimlərdən fiqhi öyrəndiyini qeyd edirdi. O, əsli Azərbaycanın Təbriz yaxınlığındakı Əbyaverd kəndindən olan Əbu Səhl əl-Əbyaverdidən yararlanmaq üçün bir sıra məsələləri mülahizə etmişdir. Əbu Səhl əl-Əbyaverdi kim idi və onunla hansı məsələlər barədə danışmışdı. Fəzilətli ustad olan Əbülvəfa əl Buxari Zəncan mədrəsəsində dərs deməklə yanaşı uzun müddət Zəncanda qazılıq da etmişdi. Şamaxı mədrəsəsi Nizamiyyə mədrəsəsi Gəncə mədrəsəsi Ordubad mədrəsəsi Zaviyə mədrəsəsi Nizamiyyə mədrəsəsi (Gəncə) Beyləqan mədrəsəsi Marağa mədrəsələri Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015.
Çaharbağ mədrəsəsi
Çaharbağ mədrəsəsi (fars. مدرسه چهار باغ‎, azərb. Dörd bağ məktəbi ‎) və ya bir digər adıyla Madər-i Şah mədrəsəsi - XVIII əsrə aid mədəniyyət kompleksi. Çaharbağ (Sultani) mədrəsəsi 1706-1714-cü illərdə Şah Hüseyn Mirzənin əmri ilə tikilmişdir. Şah Hüseyn bu mədrəsəni xanədan məktəbi kimi təchiz etdirmiş və dövrün məşhur alimlərindən Məhəmməd Bəkir Hatunabadini mədrəsəyə Mollabaşı vəzifəsinə təyin etmişdir. Gözəl kaşıları ilə diqqəti cəlb edən bu mədrəsənin 90×95 metr düzbucaqlı planı əhatə dairəsi, 60×65 metrlik həyəti, ikimərtəbəli eyvanı və 120 hücrəsi var. Şah Hüseynin də burada özünə məxsus hücrəsi varimiş. Mədrəsəyə Şah Hüseynin anası tərəfindən bir neçə karvansara və bazar yeri bağışlanmışdı. Mədrəsənin planı aşağıdakı kimidir; Giriş, Həşti, Eyvan, Hücrə, Sehn, Müderris hücrəsi, Künbətxanə, Şəbistan (gecə ibadətləri üçün nəzərdə tutulan otaq), Dəstəmazxana, Xidmət otağı. Mədrəsə quruluşu daxilində; eyvan, məscid, günbəz, minarə, mehrab, minbər, hərəm, hücrə, hovuz və kitabxana kimi tikililər də varidi.
İbrahimiyyə mədrəsəsi
İbrahimiyyə mədəsəsi — Azərbaycanın Şuşa şəhərində İbrahimxəlilxan məscidində fəaliyyət göstərən mədrəsə. XVIII əsrin ikinci yarısından Şuşa şəhərində bir sıra mədrəsə fəaliyyət göstərirdi. Bu mədrəsələr əsasən şəhərdəki məscidlərin nəzdində idi. Məscid mədrəsələrinin əsas xüsusiyyətlərindən biri orada təhsil alan şagirdlərin əsasən aşağı təbəqənin nümayəndələrindən ibarət olması idi. Saraylarda təhsil silki xarakter daşıdığı halda, məscid məktəbləri ümumi xarakter daşıyırdı. Dövlət məktəblərinin azlığı, silkliyi və təhsil haqqının çox olması, həmçinin təhsilin rus dilində aparılması ucbatından kasıb təbəqənin nümayəndələri belə məktəblərdə oxuyanların çox az hissəsini təşkil edirdi. Məscid məktəblərinin əsas xüsusiyyətlərindən biri də onların təhsil haqqından yığılan pul ilə idarə olunması idi. Əvvəllər olduğu kimi, təhsil haqqı pul və təsadüfi hədiyyələrdən ibarət idi. Hədiyyə bir dəfə uşaq məktəbə daxil olarkən, bir dəfə də "Quran"ı oxuyarkən verilirdi. Hədiyyələr əsasən uşaqlar müxtəlif mərhələləri keçdikləri zaman verilirdi.
Şamaxı mədrəsəsi
Şamaxı mədrəsəsi — XII əsrə aid mədrəsə. Ərəb alimi Əbülqasim İbn Havqəl hələ IX-X əsrlərdən Bərdədə, Beyləqanda, Şamaxıda, Dərbənddə, Tiflisdə böyük elmi mərkəzlərin olmasını xəbər verir. Şamaxıda aparılan axreoloji qazıntılar Şamaxı Cümə məscidinin həyətində aşkar olunmuş abidələr haqqında belə nəticəyə gəlməyə imkan vermişdir ki, Şamaxı Cümə məscidi VIII-IX əsrlərdə mövcüd olmuşdur. Burada aşkar olmuş hücrələr ilk dəfə XII əsrdə tikilmişdir. Arxeoloqlar H.Ciddi, N.Musayevə görə hücrələrin Şamaxı Cümə məscidi nəzdində tədris ocağı olması heç bir şübhə oyatmır. Onlar tədris ocaqlarının həcmini nəzərə alaraq, qeyd edirlər ki, səkkiz hücrədə eyni vaxtda 80 nəfər tələbənin dərs alması mümkündür ki, buda XII əsr üçün diqqətəlayiq rəqəmdir. Orta əsrlərdə ali məktəblərin məhəllə məscidlərində və ali təhsil ocaqlarının Cümə məscidlərinin yaxınlığında yerləşməsi faktına əsaslanaraq müəlliflər həmin hücrələri Nizami dövründə ali mədrəsə vəzifərini ifa etdiyini söyləmişlər. Bəs bu ali təhsil müəssisəsinə kim başçılıq etmişdir. Heç şübhəsiz, belə bir tədris ocağına Xaqani Şirvaninin əmisi Kafiəddin Ömər Osman oğlu Şivani ( 1080-1151) rəhbərlik edə bilərdi. Xaqani Şirvani bu elm mərkəzinin valisini belə səciyyələndirirdi.
Şirdor mədrəsəsi
Şirdor mədrəsəsi (özb. Sherdor mаdrаsasi, tac. Мадрасаи Шердор; tacik dilində. şer — aslan, dor — malik olmaq deməkdir. Aslanlar Mədrəsəsi) — Səmərqənddə Registan meydanında XVII əsrə aid dini, mənəvi, təhsil binasıdır. Uluqbəy və Tilla-Kari mədrəsələri ilə birlikdə ayrılmaz bir memarlıq ansamblı təşkil edir. 2001-ci ildə Səmərqəndin digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Şirdor mədrəsəsi Özbəkistanın Alçin qəbiləsindən olan Səmərqənd hökmdarı (hakimi) Yalanqtuş Bahadırın vəsaiti və təşəbbüsü ilə tikilib. İnşaat Səmərqənd memarı Əbdül Cabbbar tərəfindən 1619-1635/36-cı illərdə həyata keçirilmişdir. Dekorativ görünüşünü usta Məhəmməd Abbas etmişdir.
Mir Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir. Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir.
Nizamiyyə mədrəsəsi (Gəncə)
Nizamiyyə mədrəsəsi (Gəncə) — XII əsrə aid Böyük Səlcuq İmperiyasının vəziri Nizamülmülkün şərəfinə yaradılan «Nizamiyyə» mədrəsələrindən biri. X əsrin 70-ci illərindən Arranda hökmranlıq edən Şəddadilər sülaləsinin paytaxtı Gəncə çox keçmədən Bərdəni geridə qoyaraq Arranın ən iri şəhərinə çevrilir. Böyük Səlcuqilərin üç ən böyük şəhəri (Mərv, Nişapur və İsfahan) ilə yanaşı Gəncə də böyük şəhərlər sırasına daxil olur. Lakin, XII əsrin I yarısında Gəncədə basqın və qarətlər şəhəri tamamilə dağıtmışdı. Buna baxmayaraq, şəhərin strateji mövqeyi, xüsusilə sənətkarlığın yüksək inkişafı eləcə də sultanın canişini Qara Sunqurun öz qoşunları ilə gəncəlilərə qoşulması şəhərin “əvvəlki gözəlliyinin” bərpa olunmasına imkan vermişdi. Əl-Bundariyə görə, zəlzələdən sonra şəhər “əvvəlkindən də yaxşı” tikilmişdi. Coğrafiyaşünas səyyah-tarixçi Yaqut əl-Həməvinin məlumatına görə, Azərbaycan şəhərlərində olan ərəb və fars dillərində zəngin kitab fondlarından biri də Gəncədə yerləşmişdi. Belə kitab fondları olan kitabxanalar bütün arzu edənlər üçün açıq olurdu. Bura gələnlər qiraət və kitabların üzünü köçürməklə məşğul olurdular. Kənardan gələnlərə mürəkkəb və qələm verirdilər, elmin müxtəlif sahələrində işləyən alimlər isə maaşla təmin olunurdu.
Ordubad şəhər mədrəsəsi
Ordubad mədrəsəsi — Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVIII əsrə aid tarixi mədrəsə binasıdır. Ordubad mədrəsəsi Azərbaycan ərazisində erkən memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmış azsaylı mədrəsə binalarından biridir. İslamın yayıldığı ərazilərdə mədrəsə binalarının inşasına Abbasilərin hakimiyyəti dövründən başlanılmış və XII əsrdə geniş yayılmışdır. Mədrəsə kompleksləri adətən məscid binaları ilə birlikdə inşa edilir və mədrəsə məscidi əksər hallarda həm də cümə məscidi rolunu oynayırdı. Bəzi hallarda isə mədrəsələr artıq mövcud olan daha qədim cümə məscidlərinin yanında inşa edilir və kompleks yaradırdı. Bu cür komplekslərə misal kimi Gəncə və Şamaxı şəhərlərindəki cümə məscidləri ətrafında yaradılmış kompleksləri göstərmək mümkündür. Zəmanəsinin məşhur təhsil ocaqlarından olan bu Ordubad mədrəsəsi də, digər İslam ölkələrində olduğu kimi, şəhərin mərkəzində yerləşən böyük Cümə məscidinin yanında təsis olunmuş və fəaliyyət göstərmişdir. Mənsub olduğu məscidin və özünün vəqfləri hesabına maliyyələşən mədrəsə Cümə məscidindən təхminən 100 metr şimalda yerləşir. Uzun müddət ipəkçilik idarəsi yerləşdiyindən müəyyən qondarma əlavələrə məruz qalmış mədrəsə binası özünün ilkin görkəmini saхlamışdır. Tədqiqatçıların fikrincə bu mədrəsə binası Şimali Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir.
Qazi Husrev bəy mədrəsəsi
Qazi Husrev bəy mədrəsəsi (bosn. Gazi Husrev-begova medresa) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yerləşən mədrəsə. Mədrəsənin əsası 1537-ci ildə Qazi Husrev bəy tərəfindən qoyulmuşdur. Bosniya və Herseqovinada ən qədim təhsil ocaqlarından hesab edilir. Qazi Husrev bəy XVI əsrin birinci yarısında Bosniya sancağının sancaqbəyi olmuşdur (1480—1541). O, Sarayevo şəhərinin infrastrukturuna öz töhfəsini vermişdir. 8 yanvar 1537-ci ildə Qazi Husrev bəy şəhərdə mədrəsə təşkil etmişdir. Hazırda mədrəsə onun adınını daşıyır. Mədrəsənın binası çoxbucaqlıdır. Onun orta hissəsi sinif otaqları üçün ayrılmışdır.
Uluqbəy mədrəsəsi (Səmərqənd)
Uluqbəy mədrəsəsi (özb. Ulug`bek mаdrаsasi) — Səmərqənddə XV əsrə aid dini, mənəvi, təhsil binasıdır. Teymurilər dövlətinin hökmdarı və alim-astronom Uluqbəy tərəfindən inşa edilmiş Registan meydanının memarlıq ansamblının ən qədim mədrəsəsidir. Şerdor və Tilla-Kari mədrəsələri ilə birlikdə ayrılmaz bir memarlıq ansamblı təşkil edir. 2001-ci ildə Səmərqəndin digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Əmir Teymurun dövründən başlayaraq Registan orta əsr Səmərqəndinin əsas bazar meydanı və sosial mərkəzi idi. Burada çoxsaylı ticarət dükanları, karvansaralar və örtülü ticarət mərkəzləri (tims) yerləşirdi. Onlar arasında ən böyüyü tim Tilpak-furuşon idi. Əmir Teymurun nəvəsi Uluqbəyin hakimiyyəti illərində meydanın görünüşü tədricən dəyişməyə başladı. Uluqbəy, Registanın yenidən qurulmasına Mərkəzi Asiyada ən böyük İslam universitetinin inşası ilə başlayır.
Çələbə Mehmed Mədrəsəsi
Çələbi Mehmed Mədrəsəsi və ya Sultaniyə Mədrəsəsi — 1414-1415-ci illərdə Osmanlı sultanı I Mehmedin əmri ilə Mehmed Memişoğlu Əbubəkr tərəfindən inşa edilən mədrəsə. Mədrəsə Amasyanın Merzifon dairəsinin mərkəzində yerləşir. Mədrəsənin ilk müdərrisi isə Mehmed Çələbidir. Bina Çələbi Mehmed Mədrəsəsi Məscidinin yanında yerləşir. Binanı memarlıq tarixi baxımından araşdıran ilk şəxs Qabriel adlı bir professordur. Professorun 1930-cu ildə binada aparılan araşdırmalarına görə, kitabənin inşa tarixi 1414-1415-ci (H.817) illərdir. Mədrəsənin böyük giriş qapısı var. Girişdəki orijinal qapılar Ankara Etnoqrafiya Muzeyində saxlanılır. Bu gün isə giriş qismində Merzifon Bələdiyyəsinin daha sonra inşa etdirdiyi orijinal qapılara bənzəməyən qapılar yer alır. Giriş qapısının üstündə 1866-cı ildə Amasya mütəsərrifi Ziya Paşa tərəfindən inşa etdirilmiş saat qülləsi var.
“Dəməşq Atabəylər mədrəsəsi
Dəməşq Atabəylər mədrəsəsi — XIII əsrə aid mədrəsə. Dəməşqin qərbindəki Salihiyyə adlı məhəllədə Atabəylər mədrəsəsi və müşərrəf müqəddəs hədis evi yerləşirdi. Qazı İzzəddin əl-Hələbinin yazdığına görə onu Mosulun sahibi Nurəddin Arslan ibn Atabəyin qızı tikdirmişdi. Məliklərin şərəflisi Müzəffərəddin Musanın qadını Sultan əl-Məlik İzzəddin Məsud ibn Qütbəddin Maudid ibn Atabəy Zəngi ibn Ağ Sunqurun qızı Atabəyli Hacıxanım Xatun (v.e. h. 640/1242) mədrəsə və türbənin sahibəsi idi. Bu mədrəsədə dərs deyən müdərrislərdən biri Safiyəddin Əbu Abdulla Məhəmməd ibn Əbdürrəhim ibn Məhəmməd əl-Hindi əl-Urməvi əş-Şafii sayılırdı. Əş`ari məzhəbli bu urmiyalı mütəkəllim h. 644-cü ildə (1246) Hindistanda anadan olmuşdu. Ona qiraəti öyrədən anası tərəfdən babası fəzilətli insanlardan idi.
Məhəmmədəmin xan mədrəsəsi
Məhəmmədəmin xan mədrəsəsi (özb. Muhammad Aminxon madrasasi) — Xivənin (Özbəkistan) tarixi mərkəzində 1852-1855-ci illərdə Özbək hökmdarı Məhəmmədəmin xanın vəsaiti və sərəncamı ilə ucaldılmış memarlıq abidəsi, mədrəsə binasıdır. İçan-Qalanın qərb hissəsində, Kalta Minara bitişik yerləşir. Məhəmmədəmin xan mədrəsəsi ən böyüyük mədrəsədir və digər Xivə mədrəsələri ilə müqayisədə ən zəngin kirəmitli üzlüyə malikdir. Bir çox turizm agentliyinin internet saytında əsassız olaraq Məhəmmədəmin xan mədrəsəsini Orta və ya Mərkəzi Asiyanın “ən böyük” mədrəsəsi hesab edilir, baxmayaraq ki, başqa şəhərlərdə ondan böyük mədrəsələr var: Kukeldaş mədrəsəsi və başqaları. İçan-Qalanın bir hissəsi kimi 1990-cı ildə YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmişdir. Hazırda Xivə turizm kompleksinin mehmanxanasının yerləşdiyi, turistlərə xidmət və nümayiş obyektidir. == Tarixi == Xarəzmin keçmiş paytaxtı Xivədə iyirmidən çox mədrəsə salamat qalmış, lakin onlar sayca daha çox idi. Hökmdarlığının dördüncü ilində Xarəzm hökmdarı Məhəmmədəmin xan (1846-1855) hökmdarlar qalasının (Konya-Ark) cənub fasadı ilə üzbəüz İç Qalanın qərb qapısı (İçan-Kala) yanında mədrəsə və minarə tikintisinə başlanılmasını əmr etdi. Mədrəsənin tikintisi üç ildə (1852-1855) başa çatdırıldı..
Şəki İslam Mədrəsəsi
Şəki İslam Mədrəsəsi − Şəki İslam Kolleci (Şəki İslam Mədrəsəsi) == Yaradılması == 1993-cü il tarixindən etibarən Şəki şəhər İcra Hakimiyyətinin icazəsi ilə fəaliyyətə başlamışdır. 1997-ci ildə 152 nömrəli şəhadətnamə ilə Ədliyə Nazirliyində tam qeydiyyatdan keçmişdir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təsis olunması ilə 23.04.2002-ci ildə 95 nömrəli şəhadətnamə ilə yenidən rəsmi qeydiyyatdan keçmişdir. Şəki İslam Kolleci 15 mart 2017-ci il tarixdə isə yenidən dövlət qeydiyyatından keçərək "Kollec" statusu almışdır. == Fəaliyyəti == Milli və mənəvi dəyərlərinə bağlı, geniş dünyagörüşünə sahib, "Qurani-Kərim"in əxlaqı ilə əxlaqlanan, bu yolda əzmlə səy göstərən, ilahi rizanı qazanmağa çalışan Quran hafizləri yetişdirməyi qarşısına məqsəd qoyan kollecimizdə hal-hazırda 60 (altmış) şagird-tələbə yatılı vəziyyətdə təhsil alır. Onu da qeyd edək ki, eyni zamanda şagirdlərimizin dünyəvi fənləri də öyrənməsi bizim qarşımızda əsas hədəf olmuş və bu səbəbdən həm kollecimizdə əsas hesab edilən fənlərin ələvə məşğələləri təşkil olunmuş, həm də kollecimizin yaxınlığında yerləşən tam orta ümumtəhsil müəsisəsində orta təhsil almaları üçün lazım olan şərait tamamilə yaradılmışdır. Şəki İslam Kolleci fəaliyyətə başladığı tarixdən bu günə qədər Azərbaycanda 250-dən çox (Qurani-Kərimi tam əzbərləyən) hafiz yetişdirmişdir. Kollecimizdə hafizliklə yanaşı Dini biliklər, İslam tarixi, İslam əxlaqı, Ərəb dili və Komputer dərsləri tədris olunur. Şəki İslam Kollecinin yetişdirdiyi hafizlərdən bəziləri müxtəlif beynəlxalq Qurani-Kərim müsabiqələrdə iştirak edərək, Türk dünyası üzrə keçirilən müsabiqələrdə 2 dəfə birinci yer, Beynəlxalq müsabiqələrdə isə dəfələrlə həvəsləndirici mükafatlar əldə etmişlər. Hafizlik tədrisini başa vuran Hafizlərimiz orta məktəbi də bitirdikdən sonra bir çoxu müxtəlif ixtisaslarda ali təhsil (Universitet, magistratura, doktorantura) alırlar.

"mədrəsəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mədrəsəsi nədir? #mədrəsəsi sözünün mənası #mədrəsəsi nə deməkdir? #mədrəsəsi sözünün izahı #mədrəsəsi sözünün yazılışı #mədrəsəsi necə yazılır? #mədrəsəsi sözünün düzgün yazılışı #mədrəsəsi leksik mənası #mədrəsəsi sözünün sinonimi #mədrəsəsi sözünün yaxın mənalı sözlər #mədrəsəsi sözünün əks mənası #mədrəsəsi sözünün etimologiyası #mədrəsəsi sözünün orfoqrafiyası #mədrəsəsi rusca #mədrəsəsi inglisça #mədrəsəsi fransızca #mədrəsəsi sözünün istifadəsi #sözlük