mədəcik sözü azərbaycan dilində

mədəcik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mədəcik • 73.9130%
  • Mədəcik • 26.0870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. == Sağ mədəcik == Sağ mədəcik - (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. == Sol mədəcik == Sol mədəcik - (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Sağ mədəcik
Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq - (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar - (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ - (lat.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər - (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin - (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə - (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə - (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) - (lat.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Mədəciklərarası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru — mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru. == Patoanatomiyası == Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər. Yerləşməsinə görə təsnifatı: Paramemmbranoz qüsur – tez rastgəlinən tip, çəpərin yuxarı hissəsində sağ mədəciyin lat. crista supraventricularisin altında yerləşmiş olur. Qıfvari və ya subarterial ikili qüsur, aortal qapaq yaxınlığında sağ mədəciyə aparan ya açılan trakta yerləşmiş olur. Çıxacaq şöbəsinin və ya atrioventrikulyar kanalın qüsuru, mədəciklərarası çəpərin arxa hissəsində, üçtaylı qapağın çəpər qapaqcığının altında yerləşmiş olur. Əyələvi hissənin qüsuru, adətən çoxdəlikli olub, çəpərin trabekulyar və zirvə hissələrində yerləşmiş olur.Mədəciklərin hipertrofiya ya böyümə dərəcəsi şunt vasitəsilə atılan qanın həcmindən və ağciyər hipertenziyasından asılıdır. == Patofiziologiyası == Funksional pozğunluq qüsurun ölçüsü və ağciyər damar şəbəkəsinin vəziyyətindən asılı olaraq qiymətləndirilir. Kiçik qüsur (0,5 sm²/m² az olduqda) qanın cərəyanına böyük müqavimət göstərmiş olur. Soldan sağa atılma (şunt) cüzvi olur və ağciyər hipertenziyası inkişaf etmir.
Yan mədəciklər
Yan mədəciklər lat. ventriculi laterales uc beyin qovuğu boşluğunun qalığı olub beyin yarımkürələrinin daxilində simmetrik olaraq yerləşmişdir. Hər yan mədəcik yarıq şəklində olub, dörd hissəyə bölünür: ön buynuz lat. cornu anterius alın payına uyğun Mərkəzi hissə lat. pars centralis təpə payına uyğun Dal buynuz lat. cornu posterius ənsə payına uyğun Aşağı buynuz lat. cornu inferius gicgah payına uyğun == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.34
2019 ••••••••• 0.14
2020 •••••••• 0.13

mədəcik sözünün leksik mənası və izahı

mədəcik sözünün rus dilinə tərcüməsi

  • 1 желудочек

    Azərbaycanca-rusca lüğət / mədəcik
  • 2 I сущ. мед. желудочек: 1. уменьш. от mədə. Uşağın mədəciyi желудочек ребёнка 2. часть сердца, своими сокращениями обусловливающая движение крови по кровеносной системе. Sol mədəcik левый желудочек, mədəciklərin səyriməsi мерцание желудочков 3. полость в головном мозге II прил. желудочковый. Mədəcik əzələsi желудочковая мышца

    Azərbaycanca-rusca lüğət / mədəcik

mədəcik sözünün ləzgi dilinə tərcüməsi

"mədəcik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mədəcik nədir? #mədəcik sözünün mənası #mədəcik nə deməkdir? #mədəcik sözünün izahı #mədəcik sözünün yazılışı #mədəcik necə yazılır? #mədəcik sözünün düzgün yazılışı #mədəcik leksik mənası #mədəcik sözünün sinonimi #mədəcik sözünün yaxın mənalı sözlər #mədəcik sözünün əks mənası #mədəcik sözünün etimologiyası #mədəcik sözünün orfoqrafiyası #mədəcik rusca #mədəcik inglisça #mədəcik fransızca #mədəcik sözünün istifadəsi #sözlük