* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Dəsmal. Bayraməli bəy daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır. N.Vəzirov. Qızxanım nənə stəkanları təmiz ağ məhrəba ilə silə-silə [Almuradın] sözünü kəsdi. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / məhrəba1 MƏHRƏBA Yunis nahardan sonra ayağa qalxıb əlüzyuyanın qabağına keçdi, əllərini yuyub, məhrəba ilə qurulaya-qurulaya dedi: – Könül xanım, bilirsən sənə niyə əziyyət vermişəm? (X.Hasilova); DƏSMAL Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əlüzünü qurudub süfrəyə oturdu.. (S.S.Axundov); ÜZSİLƏN Gözəl çarpayı, üzyuyan, yazı stolu, iki skamya, ağ mərmərdən iri mürəkkəbqabı, üzsilən, üst köynəyi, ayaqqabı, idman şeyləri və bir çox başqa şeylər.. (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / məhrəba2 сущ. полотенце. Əl-üz məhrəbası ручное полотенце, ağ məhrəba белое полотенце, tiftikli məhrəba махровое полотенце
Azərbaycanca-rusca lüğət / məhrəba1 is. serviette f de toilette ; hamam ~sı serviette-éponge f ; əl-üz ~sı serviette à mains
Azərbaycanca-fransızca lüğət / məhrəba(Ağcabədi, Bərdə, Cəbrayıl, İsmayıllı, Qazax, Naxçıvan, Tovuz, Zəngilan) bax məhrava. – Məhrabıyı ver, əlüzümü silim (Bərdə); – Məhrəbanı gəti (Zəngilan)
Azərbaycan dilinin dialektoloji lüğəti.