Ümumi Daxili Məhsuldur
Ümumi daxili məhsul (ing. gross domestic product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.
ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq.
ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.
== Nominal və real ÜDM ==
Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.