məhsuldar sözü azərbaycan dilində

məhsuldar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məhsuldar • 96.4039%
  • Məhsuldar • 3.5366%
  • MƏHSULDAR • 0.0357%
  • məhSuldar • 0.0238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhsuldar qat (alt pliosen)
Alt pliosen — Azərbaycanda yerləşmiş geniş neft-qaz yığımları Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qat və onun analoqu olan Qırmızı qat çöküntüləri Paleogenin və Neogenin digər stratiqrafik vahidlərinə nəzərən dana böyük qalınlığa malikdir (4500–5000 m-ə qədər). == Litoloji tərkibi == Məhsuldar qatın kəsilişi aşağıdan yuxarıya iri qırıntılı materialın ardıcıl olaraq artdığı qumlu-gilli qumlu-gilli, bəzən kobud qırıntılı süxur lay və dəstələrin ritmik növbələşməsindən ibarət olan qalın kontinental-dəniz çöküntüləri kompleksindən ibarətdir. == Geoloji inkişaf tarixi == Pont əsrinin sonunda Paleoxəzərin səviyyəsinin kəskin enməsi nəticəsində məhsuldar qat hövzəsinin Şimal Paratetisdən tam təcrid olunmasına, Paleovolqa, Paleouzboy və Paleokür kimi çay sistemlərinin geniş inkişafına səbəb olmuşdur. Çöküntütoplanma prosesi müasir Cənub Xəzərin hüdudunda yerləşən təcrid olunmuş erkən pliosen hövzəsində və həmçinin bu hövzəyə tökülən çay arteriyalarında baş vermişdir. Məhsuldar qat tavanı və dabanının yaşı vulkan külü araqatlarına görə, uyğun olaraq, 3,2 və 6,0 mln. il hesablanmışdır. Qısa geoloji dövr ərzində böyük qalınlıqlı terrigen materialın toplanması Böyük və Kiçik Qafqazın inkişafı kimi baxılır. == Qalınlığı == Minimal qalınlıq Cənubi Xəzər meqaçökəkliyinin şimal-qərbində 500–700 m-dir. Maksimal qalınlıq isə cənub-şərqdə 3000–4500 m-ə qədər çatır.
Yüksək məhsuldar zebu hibridləri (film, 1983)
== Məzmun == Zebu-hürgüclü qaramal dünyanın bir çox ölkəsində yayılmışdır. Respublikamızda təmiz cinsli Azərbaycan zebusu yetişdirilir. Zebu hibridləşdirilməsi üzrə elmi mərkəz olan S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ölkəmizdə yeganə zebuçuluq problem laboratoriyası var. Filmdə işlik və ətlik məqsədi ilə saxlanılan zebu, onun hibridləşdirilməsi, zebudan yeni ətlik cinslər yaradılması haqqında danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Adil Ələkbərov Ssenari müəllifi: A.Nikolski, Faiq Dərgahov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bioloji məhsuldarlıq
Bioloji məhsuldarlıq – su tutarların müəyyən zaman kəsiyində təkrar olaraq əmələ gətirdiyi bütün fitoplankton, bitki və canlı orqanizmlərin kütləsinin məcmusudur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Məhsuldarlıq
Məhsuldarlıq — istehsalın səmərəliliyinin müxtəlif ölçülərini təsvir edir. Çox vaxt məhsuldarlıq tədarükü ümumi bir məhsulun istehsal prosesində istifadə olunan vahid girişə və ya məcmu girişə nisbəti, yəni adətən müəyyən bir müddət ərzində giriş vahidinə düşən nəticə kimi ifadə olunur. Ən ümumi nümunə əmək məhsuldarlığı ölçüsüdür, məsələn, bir işçiyə düşən ÜDM kimi. Məhsuldarlığın bir çox müxtəlif tərifləri var və aralarındakı seçim məhsuldarlığın ölçülməsindən və ya məlumatların əldə edilməsindən asılıdır. Müxtəlif məhsuldarlıq tədbirləri arasındakı fərqin əsas mənbəyi ümumiyyətlə məhsuldarlığın belə nisbət tipli ölçüsü əldə etmək üçün məhsulların və girişlərin skalyarlara necə birləşdirildiyi ilə bağlıdır. Məhsuldarlıq firmaların və millətlərin istehsal fəaliyyətində vacib amildir. Milli məhsuldarlığın artması yaşayış səviyyəsini yüksəldə bilər, çünki daha çox real gəlir insanların mal və xidmət almaq, asudə vaxt keçirmək, mənzil və təhsili yaxşılaşdırmaq və sosial və ekoloji proqramlara töhfə vermək qabiliyyətini artırır. Məhsuldarlığın artması da müəssisələrin daha qazanclı olmasına kömək edə bilər.
Sərt diskin məhsuldarlığı
== Tarixçə == Sabit disklər əvvəl yerlərinə istifadə olunan storage vahidləri "maqnetik zolaqlar" və "maqnetik davul" adlandırılan terminlərdir. 1950-ci ildə edilmiş olan ilk ticarət maşın (nümunə ERA 110) maqnetik davul, 1 megabit (1 bit = 1/8 bayt) məlumat saxlayabilməkdə və bir sözü 5000 saniyədə oxuyabilməkdəydi. Mövzu ilə əlaqədar digər əhəmiyyətli tarixlər: 1956 - IBM firması 50 ədəd 61 sm diametrində diskdən ibarət 5 MB-lıq 305 RAMAC'ı çıxardı. 1973 - IBM 3340 Winchester markalı 30 MB-lıq məşhur sabit diski çıxardı, bəzi ölkələrdə sabit disk hələ bu şəkildə adlandırılmaqdadır. 1980 - Seagate firması günümüzdəki 5,25 düymlük CD sürücülərinin iki qatı yüksəklikdəki 5 MB-lıq ST 506 modelini çıxardı. 1983 - IBM çıxardığı PC / XT kompüterləri ilə birlikdə sabit disk bir çox fərdi kompüter üçün təməl təchizat halına gəldi. 1985 - Günümüzdəki 5,25 düymlük CD sürücülərinin böyüklüyündə (1,6 düym yüksəklikdə) sabit disklər çıxarıldı. 1987 - 3,5 düymlük, 500 MB'a çatan böyüklüklərdə sabit disklər çıxarıldı. 1997 - IBM masaüstü kompüterlər üçün 16,8 GB-lıq bir sabit diski bazara sürdü. 1998 - 25 GB-lıq disklər bazara çıxdı.
Yüksək məhsuldarlıqlı emal
Yüksək məhsuldarlıqlı emal — (və ya Qərbdə yayılmış: High Performance Cutting -HPC) adi emala nisbətən həddən artıq yüksək kəsmə sürəti və verişlə aparılan emal üsuludur. Yüksək sürətli emaldan fərqli olaraq burada kəsmə sürəti nisbətən aşağı, kəsmə dərinliyi isə çox yüksək olur. Bununla vahid zamanda iri həcmdə material qatı çıxarmaq mümkündür. Texnoloji sistemdə yaran yüksək qüvvə nəticəsində proses zamanı səthin keyfiyyəti nisbətən pis alınır. HPC təkcə kəsmə prosesini yox, həm də istehsal prosesinə təsir edən bütün faktorları birləşdirərək məhsuldarlıq və etibarlığın təmin olunmasını qarşısına məqsəd qoyur. Bu üsul əsasən ştamp və tökmə avadanlıqlarının formalarının hazırlanmasında tətbiq olunur. Böyük material həcmi əsasən yüksək verişlə əldə olunduğundan, emal zamanı kəsmə qüvvəsi artır və dəzgahın düyümlərinə və alətə düşən yükün artmasına gətirib çıxarır. Buna baxmayaraq, bu üsullu HSC-yə nisbətən uyğun alətlə adi dəzgahlarda da yerinə yetirmək mümkündür. Buna görə də, yüksək kəsmə qüvvəsi kələkötürlüyün qiymətinin artmasına səbəb olur və nazik divarlı hissələrin emalına imkan vermir. Minimal həddə yağlamaya ehtiyac yoxdur, çünki kəsmdə yaranan istilik yonqarla kənarlaşdırılır.
Məhsuldarlıq proqram təminatı
Məhsuldarlıq proqram təminatı (ing. productivity software; habelə şəxsi məhsuldarlıq proqram təminatı (ing. personal productivity software) və ofis məhsuldarlığı proqram təminatı (ing. office productivity software) kimi də adlandırılır) — sənədlər, prezentasiyalar, cədvəllər, databazalar və s. informasiya istehsalı üçün istifadə olunan tətbiqi proqram təminatı. Adını xüsusilə ofis işçilərinin iş məhsuldarlığını artırmasından alır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 25.48 dəfə / 1 mln.
2002 ••••••• 10.28
2003 ••••••••••••••••••• 29.53
2004 •••••••••••••••••• 28.30
2005 •••••••••••••••• 24.29
2006 •••••••••••••• 21.85
2007 ••••••••••••• 19.45
2008 •••••••••••••••••••• 30.94
2009 •••••••••••••••••••• 30.40
2010 ••••••••••••••••• 26.42
2011 •••••••••••••••• 24.11
2012 •••••••••••••• 21.60
2013 •••••••••••• 18.09
2014 ••••••••••••••• 23.34
2015 ••••••••••••••••• 26.20
2016 ••••••••••••••• 23.08
2017 ••••••••••••••••••• 28.94
2018 •••••••••••••••••••• 31.91
2019 ••••••••••••••••••• 29.21
2020 ••••••••••••••••• 27.05

məhsuldar sözünün leksik mənası və izahı

  • 1 sif. [ər. məhsul və fars. …dar] 1. Çox məhsul verən; məhsullu, münbit, bərəkətli. Məhsuldar torpaq. – Ucubucağı görünməyən … məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. 2. Çox bar verən; gəlirli, xeyirli. Məhsuldar çay növü. Məhsuldar arı cinsi. 3. Qiymətli şeylər yaradan, istehsal edən. Məhsuldar əmək. // Çox məhsul istehsal edən, yaxşı işləyən. Məhsuldar fəhlə. – Ona elə gəlirdi ki, insanlar heç bir zaman indiki qədər məhsuldar (z.) işləməmişlər. Mir Cəlal. 4. məc. Çox əsər yazan, çox yaradan, yaradıcılıq məhsulu çox olan. Məhsuldar alim. Məhsuldar yazıçı. 5. dilç. İndi də işlənən, yeni sözlər düzəltmə imkanı verən. Məhsuldar şəkilçilər. Məhsuldar formalar. ◊ Məhsuldar qüvvələr iqt. – maddi nemətlər istehsal etmək üçün alətlər və onları işlədib maddi nemətlər istehsal edən adamlar.

    Azərbaycan dilinin izahlı lüğəti / məhsuldar

məhsuldar sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bərəkətli — səmərəli — bəhrəli — xeyirli — əlverişli — gəlirli

    Azərbaycan dilinin sinonimlər lüğəti / məhsuldar
  • 2 MƏHSULDAR Dağətəyi kəndinin yeri nə qədər səfalı, əkənəcəyi, biçənəcəyi nə qədər məhsuldar olsa da, onlar hamısı bir qarışa qədər belə ağalığın malı idi (S.Rəhimov); BƏRƏKƏTLİ, MƏHSULLU Sən ey viran qalan böyük incəsənət ocağı! Ukraynanın bol məhsullu, bərəkətli torpağı, geniş çölləri.. (C.Cabbarlı); MƏHSULVERİCİ, MÜNBİT, VERİMLİ, YÜKSƏK MƏHSULLU.

    Azərbaycan dilinin sinonimlər lüğəti / məhsuldar

məhsuldar sözünün rus dilinə tərcüməsi

  • 1 1. плодотворный, плодоносный, продуктивный, урожайный; 2. производительный;

    Azərbaycanca-rusca lüğət / məhsuldar
  • 2 I прил. 1. производительный (создающий, производящий что-л. ценное). Məhsuldar əmək производительный труд, məhsuldar qabiliyyat производительная способность, məhsuldar kapital forması экон. производительная форма капитала 2. продуктивный: 1) производительный, плодотворный. Məhsuldar iş продуктивная работа 2) дающий продукцию. Məhsuldar mal-qara продуктивный скот, məhsuldar yem продуктивный корм 3) лингв. способный давать новообразования. Məhsuldar şəkilçi продуктивный суффикс, məhsuldar sözdüzəldici tip продуктивный тип словообразования 3. плодородный. Məhsuldar torpaqlar плодородные земли 4. плодотворный: 1) благоприятный, полезный для развития чего-л. Məhsuldar əməkdaşlıq плодотворное сотрудничество 2) производительный, приносящий положительные результаты. Məhsuldar fəaliyyət плодотворная деятельность, məhsuldar vaxt плодотворное время 5. плодовитый: 1) приносящий много плодов (о плодовых растениях) 2) перен. много пишущий, имеющий много печатных трудов. Məhsuldar alim плодовитый учёный 6. урожайный: 1) дающий богатый урожай. Məhsuldar zəmi урожайное поле 2) отличающийся хорошей урожайностью. Məhsuldar növ урожайный сорт II нареч. производительно, продуктивно, плодотворно. Məhsuldar işləmək плодотворно работать; məhsuldar qüvvələr экон. производительные силы (орудия для производства материальных благ и люди, приводящие их в движение)

    Azərbaycanca-rusca lüğət / məhsuldar

məhsuldar sözünün inglis dilinə tərcüməsi

  • 1 s. fruitful, fruit(-bearing), productive; ~ qaramal productive live-stock; ~ əmək productive / efficient labour; ~ il good year for the crops; productive year, bumber-crop year; ~ sortlar highyielding / fecund varieties; ~ qüvvələr productive forces; ~ şəkilçilər dilç. productive suffixes

    Azərbaycanca-ingiliscə lüğət / məhsuldar

məhsuldar sözünün fransız dilinə tərcüməsi

məhsuldar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. məhsul və fars. ...dar] сущ. магьсулдар (1. гзаф магьсул гудай; мунбагь, берекатлу (мес. ччил, накьв); 2. гзаф бегьер (хийир) гудай, бегьерлу, хийирлу; 3. къиметлу затӀар яратмишдай; гзаф магьсул гьасил ийидай, хъсан кӀвалахдай (мес. фяле); 4. пер. гзаф эсерар кхьидай, яратмишунрин магьсул гзаф тир (мес. кхьираг, алим); 5. лингв. цӀийи гафар туькӀуьрунин имкан гузвай, мес. формаяр, суффиксар).

    Azərbaycanca-ləzgicə lüğəti / məhsuldar

məhsuldar sözünün türk dilinə tərcüməsi

məhsuldar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. və f. çox məhsul verən; bərəkətli.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məhsuldar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhsuldar nədir? #məhsuldar sözünün mənası #məhsuldar nə deməkdir? #məhsuldar sözünün izahı #məhsuldar sözünün yazılışı #məhsuldar necə yazılır? #məhsuldar sözünün düzgün yazılışı #məhsuldar leksik mənası #məhsuldar sözünün sinonimi #məhsuldar sözünün yaxın mənalı sözlər #məhsuldar sözünün əks mənası #məhsuldar sözünün etimologiyası #məhsuldar sözünün orfoqrafiyası #məhsuldar rusca #məhsuldar inglisça #məhsuldar fransızca #məhsuldar sözünün istifadəsi #sözlük