məhsulları sözü azərbaycan dilində

məhsulları

Yazılış

  • məhsulları • 99.0108%
  • Məhsulları • 0.9892%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qida məhsulları
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Süd məhsulları
Süd məhsulları, ağartı və ya ağarantı — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendir və kərə yağı kimi qidalar daxildir. Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır. Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur. Hər bir süd məhsulunun saxlanma müddəti var; məsələn, südü 20 saat, xamanı 72, kəsmiyi 36 saat, kərə yağını 10 gün saxlamaq olar.[mənbə göstərin] Süd, əlavə homogenləşdirmədən və ya pasterizasiyadan və yağ səviyyəsinin standartlaşdırılmasından və Streptococcus lactis və Leuconostoc citrovorum bakteriyalarının əlavə edilməsindən sonra bir neçə səviyyədə istehsal olunur. Süddən bir neçə məhsul istehsal edilir: xama, yağ, pendir, körpə formula və yoğurt. Süd yağlılıq səviyyəsinə görə fərqlənir. Yağsız süddə yağlılıq səviyyəsi 0 olur. Təbii süddə isə yağlılıq ən yüksək səviyyədə olur.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
Bərk neft məhsulları
Bərk neft məhsulları == Parafinlər == Parafinlər əsasən normal quruluşlu molekulunda 18-35 ataomlu metan sırası, ərimə temperaturu 45-65oC olan karbohidrogen qarışığından ibarətdir. Parafinlərdə adətən bir qədər izoparafin, bir də molekulunda aromatik və naften nüvəli karbohidrogen təşkil edir. Parafin – molekul kütləsi 300-450 olan kristallik quruluşa malik ağ maddədir. Parafinlər əsasən aromatik-keton həlledicilərindən istifadə edərək distillə olunmuş yağ xammalının parafinsizləşdirmə və yağsızlaşdırma yolu ilə alırlar. Əmtəə məhsulları almaq üçün yağsızlaşdırılmış parafinləri sulfat turşusu, kontakt üsulu, süzülmə və hidrogenləşmə yolu ilə təmizləyirlər. Təmizlik səviyyəsinə görə parafinləri yüksək təmizlənmiş və adi təmizlənmişlərə bölünür. Yüksək təmişlənmiş parafinlərin tətbiq sahələri: - yeyinti məhsulları ilə təmasda olan konteynerləri və qablaşdırılma materialın hazırlanmasında; - kosmetik preparatlar hazırlamaq üçün; - əczaçılıq sənayesində; - müxtəlif mumlu tərkiblərin hazırlanmasında. Texniki təyinatlı təmizlənmiş parafinləri istifadə edirlər: - təsərüffatın müxtəlif sahələrində xammal materialı kimi (sintetik yağ turşularının alınmasında, xlorparafinlərin və s.); - kimyəvi məişət məhsullarının, əsasən şamların alınmasında; - müxtəlif növlü kağızların, kartonların, tekstilin, taxta və metal səthlərin hopdurulması və örtülməsi üçün == Serezinlər == Serezinlər- əsasən molekulunda karbon atomlarının sayı 35-dən 55-ə qədər olan izomer və normal quruluşlu parafin karbohidrogenin qarışığından ibarətdir. Serezinlərin tərkibində həmçinin parafin naften və parafin-naften-aromatik karbohidrogenlər vardır. Serezinlər – makrokristallik quruluşa malik maddələrdir.
Rusiya məhsulları alma
Rusiya məhsulları alma (ukr. Не купуй російське!) və ya Rusiya məhsullarını boykot elə (ukrayna dilində Бойкотуй російське!) — Ukraynadakı Rusiya əmtəəsini boykot edən müqavimət kampaniyasıdır. Rusiya Federasiyasının Ukraynaya ticarət embarqosuna qarşı reaksiya olaraq 2013-cü ilin avqustun 14-də başlamışdır. Vidsiç adlı hərəkat kampaniyanı sosial mediada təşkil etmişdir. Kampaniya 45 şəhər və qəsəbəyə müxtəlif üsullarla (poster, vərəqə və s.) ilə yayıldı. 2013-cü ilin noyabrında baş verən Avromeydan aksiyaları ilə eyni dövrə düşən kampaniya 2014-cü ilin martın 2-də Krım böhranı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə eyni vaxt ərzində yenidən başladıldı. Rusiya Ukraynanı zərəsizləşdirir. Facebookda kampaniyanın rəsmi səhifəsi (ingilis dilində) Дамо відсіч зазіханням Росії на Україну. Facebookda kampaniyanın rəsmi səhifəsi. Дамо відсіч зазіханням Росії на Україну!.
Rusiya məhsulları alma!
Rusiya məhsulları alma (ukr. Не купуй російське!) və ya Rusiya məhsullarını boykot elə (ukrayna dilində Бойкотуй російське!) — Ukraynadakı Rusiya əmtəəsini boykot edən müqavimət kampaniyasıdır. Rusiya Federasiyasının Ukraynaya ticarət embarqosuna qarşı reaksiya olaraq 2013-cü ilin avqustun 14-də başlamışdır. Vidsiç adlı hərəkat kampaniyanı sosial mediada təşkil etmişdir. Kampaniya 45 şəhər və qəsəbəyə müxtəlif üsullarla (poster, vərəqə və s.) ilə yayıldı. 2013-cü ilin noyabrında baş verən Avromeydan aksiyaları ilə eyni dövrə düşən kampaniya 2014-cü ilin martın 2-də Krım böhranı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə eyni vaxt ərzində yenidən başladıldı. Rusiya Ukraynanı zərəsizləşdirir. Facebookda kampaniyanın rəsmi səhifəsi (ingilis dilində) Дамо відсіч зазіханням Росії на Україну. Facebookda kampaniyanın rəsmi səhifəsi. Дамо відсіч зазіханням Росії на Україну!.
Genetik modifikasiya olunmuş ərzaq məhsulları
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.

"məhsulları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhsulları nədir? #məhsulları sözünün mənası #məhsulları nə deməkdir? #məhsulları sözünün izahı #məhsulları sözünün yazılışı #məhsulları necə yazılır? #məhsulları sözünün düzgün yazılışı #məhsulları leksik mənası #məhsulları sözünün sinonimi #məhsulları sözünün yaxın mənalı sözlər #məhsulları sözünün əks mənası #məhsulları sözünün etimologiyası #məhsulları sözünün orfoqrafiyası #məhsulları rusca #məhsulları inglisça #məhsulları fransızca #məhsulları sözünün istifadəsi #sözlük