məliklər sözü azərbaycan dilində

məliklər

Yazılış

  • məliklər • 46.1538%
  • Məliklər • 46.1538%
  • MƏLİKLƏR • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məliklər
Məliklər (Şabran) — Azərbaycan Respublikasının Şabrannun inzibati ərazi vahidində kənd. Məliklər (Sisyan) — Zəngəzurda kənd.
Məliklər (Sisyan)
Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Kəndin digər adı Məlikli olmuşdur. Toponim məliklər (məlikli) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 4. V. 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir.
Dizaq məliklərinin sarayı
Dizaq məliklərinin sarayı və ya Məlik Yeqanın sarayı — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidələri kompleksi. Kompleksə daxil olan tikililər müxtəlif dövrlərdə inşa edilmişdir. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrdə, ikinci mərtəbəsi isə XIX əsrdə tikilmişdir. == Tarixi == Ehtimal ki, saray kompleksi daha qədim tikililərin yerində inşa edilmişdir. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Abidəni tədqiq etmiş K. Mkrtçyanın fikrincə, əsas saray binasının birinci mərtəbəsi XVIII əsrin 20-30-cu illərində, ikinci mərtəbəsi isə XIX əsrin əvvəllərində inşa edilmişdir.Qəbul otağının giriş qapısı üzərindəki portalda yerləşdirilmiş kitabədə yazılmışdır: Kitabədə qeyd edilənlər həmin dövrün fars, türk və erməni dilli mənbələrində də təsdiqlənir. Məlik Yeqanın məzar daşı üzərindəki kitabədə isə yazılır: == Memarlıq xüsusiyyətləri == Tuğ kəndinin mərkəzində yerləşən kompleks 38x13.24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları vardır.Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə çatmışdır. Sarayın qonaq və yaşayış otaqları üç istiqamətdə qruplaşdırılmışdır. Otaqların bir neçəsi birbaşa saray həyətinə açılır.
Qarabağ məlikləri
Xəmsə (erm. Խամսա) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş alban əsilli erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermenilərin Qarabağa köçürülməsindən əvvəl məhz burda yerli Qafqaz Albaniyası dövründən qalma xristian ocaqlarında yerli udin mənşəli ermənilər movcud idiki sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermenilərlə tarixi silməyə çalışırdılar. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.45
2010 ••••• 0.09
2011 •••• 0.09
2013 ••••••• 0.15
2018 ••••••• 0.15

"məliklər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məliklər nədir? #məliklər sözünün mənası #məliklər nə deməkdir? #məliklər sözünün izahı #məliklər sözünün yazılışı #məliklər necə yazılır? #məliklər sözünün düzgün yazılışı #məliklər leksik mənası #məliklər sözünün sinonimi #məliklər sözünün yaxın mənalı sözlər #məliklər sözünün əks mənası #məliklər sözünün etimologiyası #məliklər sözünün orfoqrafiyası #məliklər rusca #məliklər inglisça #məliklər fransızca #məliklər sözünün istifadəsi #sözlük