Məmmədzadə sözü azərbaycan dilində

Məmmədzadə

Yazılış

  • Məmmədzadə • 99.7572%
  • MƏMMƏDZADƏ • 0.2428%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elvin Məmmədzadə
Gülməmməd Məmmədzadə
Məmmədzadə Gülməmməd Əliməmməd oğlu (1955, Şivlə, Lerik rayonu – 1996) — Azərbaycan jurnalisti. == Həyatı == Gülməmməd Məmmədzadə 1955-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. BDU-nun kitabxanaçılıq və jurnalistika fakültəsini bitirib. O, müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində müxbir, "Cumhuriyyət", "Amin" qəzetlərində redaktor, "İncəsənət" qəzetində məsul katib işləmişdir. "Lənkəran mahalının sərkərdələri" kitabının müəllifi, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabının həmmüəlliflərindən biri olmuşdur. Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə AYB-nin üzvü olmuş, Azərbaycan Jurnalistlər Birliyinin, "Afrika-Asiya" Beynəlxalq Xeyriyyə Cəmiyyətinin, Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin Elmi-Dini Şurasının diplomlarına layiq görülmüşdür. G.Məmmədzadə 1996-cı ildə vəfat etmişdir.
Günay Məmmədzadə
Günay Vüqar qızı Məmmədzadə (19 iyun 2000, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021, 2023) çempionatlarının iştirakçısı. 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür. Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır. 2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub. 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.
Hədiyyə Məmmədzadə
Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi. == Həyatı == Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir. Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir.
Həmid Məmmədzadə
Həmid Rza oğlu Məmmədzadə (1924, Təbriz – 2000, Tehran) — Azərbaycanlı yazıçı, ədəbiyyatşünas. Azərbaycan Milli Hökuməti dövründə müəllimlik edib. Azərbaycan Demokrat Cavanlar təşkilatının üzvü olub. Öz məqalə və hekayələri ilə mətbuatda çıxış edib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib. Azərbaycan Milli Hökumətinin süqutundan sonra Bakıya köçüb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində elmi fondlar şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi olub. == Həyatı == Həmid Rza oğlu Məmmədzadə 1924-cü ildə Təbrizdə Əhrab məhəlləsində anadan olub. İlk təhsilini Təbrizin "Nəcat" və "Pərvəriş" məktəblərində alıb. Məktəbi bitirdikdən sonra 1942-ci ildə Təbrizdə yerləşən Darül-müəllimdə təhsil alıb.
Həsən Məmmədzadə
Həsən Məmmədzadə — diplomat, Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı sabiq səlahiyyətli səfiri. == Həyatı == Həsən Məmmədzadə 1974-cü il 15 oktyabrda Naxçıvan MR-da anadan olmuşdur. 1996–2000-ci illərdə Pakistanda İslamabad Beynəlxalq Universitetində Şərq araşdırmaları üzrə təhsil alıb. 2003–2008-ci illərdə təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirmişdir. == Fəaliyyəti == 2001-ci ilin iyun ayında 2003-cü ilin mart ayına qədər Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr və Analitik informasiya şöbəsində Baş Mütəxəssis 2003-cü ilin mart ayından 2005-ci ilin iyun ayına qədər Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində ikinci katib, 2005-ci ilin iyun ayından 2006-cı ilin aprel ayına qədər isə birinci katib, 2006-cı ilin aprel ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr və Analitik informasiya şöbəsində baş məsləhətçi və 2008-ci ilin iyun ayından 2011-ci ilin dekabr ayına qədər sektor müdiri, 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri təyin edilir. Həsən Məmmədzadə 2017-ci ilin dekabrında Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfir təyin edilib. 16 iyul 2021-ci il tarixində geri çağrılmışdır.
Kamran Məmmədzadə
Kəmaləddin Məmmədzadə
Mikayıl Məmmədzadə
Mirzəbala Məmmədzadə
Mirzə Bala Məmmədzadə (13 avqust 1898 və ya 1898, Zirə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 8 mart 1959 və ya 1959, İstanbul, Türkiyə) ― publisist, tərcüməçi, dramaturq, ictimai xadim. Müsavat Partiyasının ikinci başqanı. Mirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olmuşdur. Atası ailəsini dolandırmaq üçün əsrin əvvəllərində Bakıya köçərək, şəhərin Çəmbərəkənd adlanan hissəsində məskunlaşmışdır. Uşaqlığı Bakıda Çəmbərəkənddə keçmişdir. 7-ci "rus-tatar" məktəbini (1914), 3-cü ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki sənaye məktəbində davam etdirmişdir. Ədəbi yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində "Nəfi-elm və yaxud elmin sonu" adlı kitabı çap olunmuşdur. "Məhəmmədiyyə" dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadənin nəşr etdirdiyi "Açıq söz" qəzetinə ara-sıra məqalələr yazan Mirzəbala Məmmədzadə, sonradan həmin qəzetin işində fəal iştirak etmişdir. Eyni zamanda, həftəlik "Bəsirət" jurnalının baş redaktoru olmuşdur.
Nərminə Məmmədzadə
Nərminə Məmmədzadə — Azərbaycan yazıçısı və şairəsi. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk şeirini beş yaşında yazıb. 134 saylı orta məktəbi, sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2011-ci ildə "Bir ruhun dörd fəsili" adlı ilk şeir toplumu nəşr olunub. Kitabda şeirlər hər ilin mövsümünə (Bahar - Ümid, Yaz - sevgi, Payız - xatirələr, Qış - başlanğıc) bölünür, hər biri bir qadın şəklində təsvir olunur. 2012-ci ildə onun "Selsi üzrə xatirələri" qısa hekayə və povest toplusu nəşr olunub. 2014-cü ildə "Taroki" adlı debüt romanı nəşr olunub.
Ofeliya Məmmədzadə
Ofeliya Məmmədzadə — aktrisa. Ofelya Məmmədzadə 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmiş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaratmışdır. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərmişdir. O, 1999-cı ildə teatrdan çıxmış, 2005-ci ildə yenidən teatra qayıtmışdır. Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış etmişdir.Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaratmışdır. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub.O. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabil olub. Ofelya Məmmədzadə 20 mart 1987-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Aktyor Gündüz Abbasovun həyat yoldaşıdır.
Ofelya Məmmədzadə

Pərviz Məmmədzadə
Qismət Məmmədzadə
Qismət — Müğənni. Qismət Məmmədzadə 1980-ci il aprel ayının 20-də Bakı şəhərində, Ramazan və Səfagül Məmmədzadələrin ailəsində ikinci övlad olaraq dünyaya gəldi. Adını ata babası Bayram kişinin istəyi ilə Qismət qoydular. Ailədə ata və ana tərəfinin musiqiçi olması onun da uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə səbəb oldu. Kiçik yaşlarından müxtəlif konsertlərdə, şənliklərdə çıxış edən Qismətin ilk televiziya çıxışı 1992-ci ildə televiziya ilə yayınlanan "Sübh şəfəqləri" müsabiqəsində oldu və 1993-cü ildə Qismət o müsabiqənin vokal üzrə qalibi seçildi. Elə o vaxtlar həmin müsabiqədə münsiflər heyətinin sədri olan mərhum bəstəkar Əfsər Cavanşirov Qismətin heç bir musiqi təhsili olmadan belə gözəl oxumasını görüb onu "Bənövşə" uşaq xoruna qəbul etdi. Bir neçə il orda oxuyan Qismət bu arada o vaxtlar fəaliyyət göstərən və tanınmış qarmon ifaçısı Xanlar Cəfərovun rəhbəri olduğu "Ümid" ansamblının müşayətiylə bir neçə mahnılar yazdırıb efirdə və radioda ara sıra ifa edirdi. Bir müddətdən sonra keçid dövrü və səs dəyişkənliyi ilə əlaqədar olaraq oxumağı dayandırdı. 1996–1997-ci illərdə yenidən oxumağa başladı. Amma artıq televiziya ekranlarına çıxa bilmirdi.
Qüdrət Məmmədzadə
Ramiz Məmmədzadə
Sakin Məmmədzadə
Ülkər Məmmədzadə
Yaşar Məmmədzadə
Anar Məmmədzadə
İman Məmmədzadə
Məmməd Məmmədzadə
Məmməd İbrahim oğlu Məmmədzadə (1914, Salyan, Cavad qəzası – bilinmir) — Azərbaycan zootexniki və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1949), Salyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı. Məmməd İbrahim oğlu Məmmədzadə 1914-cü ildə Salyan şəhərində anadan olmuşdur. Orta məktəbdə oxuyarkən, 1927-ci ildə komsomol üzvü olmuşdur. 1932-ci ildə Salyan Pedaqoji Məktəbini bitirmiş və 1935-ci ilədək Salyanda yeddiillik məktəbdə məktəbdə müəllim işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1940-cı ildə buranın Zootexnika fakültəsini bitirdikdən sonra Astraxanbazar rayonunda baş zootexnik işləmişdir. Böyük Vətən müharibəsi başlanan zaman Məmməd Məmmədzadə Fəhlə-Kəndli Qırmızı Ordusu tərkibində SSRİ-nin bir sıra şəhərləri, habelə Varşava və Berlin uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin illərdə "Qırmızı ulduz" ordeni, "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif edilmişdir. 1946-cı ildə ordudan tərxis edildikdən sonra öz işinə qayıtmış, 1948-ci ilədək Masallı rayonunda baş zootexnik işləmiş, 1948-ci ildə isə Masallı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdiri təyin edilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 iyul 1949-cu il tarixli Fərmanına əsasən 1948-ci ildə yüksək miqdarda tütün məhsulunun əldə edilməsindəki nailiyyətlərinə görə Məmməd Məmmədzadəyə "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdir. Məmməd Məmmədzadə sonrakı illərdə Salyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Salyan Kənd Təsərrüfatı Texnikumunun, Şirvan Dövlət Qoruğunun direktoru və başqa vəzifələrdə çalışmışdır.
Tamella Məmmədzadə
Tamilla Məmmədzadə (tam adı:Məmmədzadə Tamilla Məmmədağa qızı) — Azərbaycan bəstəkarı Tamilla Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Səkkiz aylıq olanda atası Sibirə ordan isə İrana sürgün olunur. İranda Məmmədağa ikinci dəfə bir fars qadını ilə ailə qurur. 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir. 1981-ci ildə oğlu Çingiz Zeynalov dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar.Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Qətli törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür.
Tamilla Məmmədzadə

Fərid Məmmədzadə (əsgər)
Mirzə Bala Məmmədzadə
Mirzə Bala Məmmədzadə (13 avqust 1898 və ya 1898, Zirə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 8 mart 1959 və ya 1959, İstanbul, Türkiyə) ― publisist, tərcüməçi, dramaturq, ictimai xadim. Müsavat Partiyasının ikinci başqanı. Mirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olmuşdur. Atası ailəsini dolandırmaq üçün əsrin əvvəllərində Bakıya köçərək, şəhərin Çəmbərəkənd adlanan hissəsində məskunlaşmışdır. Uşaqlığı Bakıda Çəmbərəkənddə keçmişdir. 7-ci "rus-tatar" məktəbini (1914), 3-cü ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki sənaye məktəbində davam etdirmişdir. Ədəbi yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində "Nəfi-elm və yaxud elmin sonu" adlı kitabı çap olunmuşdur. "Məhəmmədiyyə" dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadənin nəşr etdirdiyi "Açıq söz" qəzetinə ara-sıra məqalələr yazan Mirzəbala Məmmədzadə, sonradan həmin qəzetin işində fəal iştirak etmişdir. Eyni zamanda, həftəlik "Bəsirət" jurnalının baş redaktoru olmuşdur.
Mirzə Cabbar Məmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
Molla Ruhulla Məmmədzadə
Axund Molla Ruhulla Məmmədzadə və ya Molla Ruhulla Axundov (1850, Novxanı, Bakı qəzası – yanvar 1912, Bakı) —— Azərbaycanlı ruhani, ictimai xadimi. Axund Molla Ruhulla Məmmədzadə 1850-ci ildə Novxanı kəndində anadan olmuşdur. On beş yaşında ikən Qəzvin şəhərinə gedir. Burada on dörd il təhsil aldıqdan sonra 28 yaşında Novxanıya qayıdır. Əvvəllər Novxanıda, sonralar isə 18 il Bakının Hacı İmaməli məscidində prixod mollası işləyir. Camaatın xahişi ilə eyni zamanda rus-müsəlman məktəblərində şəriət dərslərini aparır. Elm və maarifin yayılmasında, cəmiyyətdə qadın rolunun təbliğində mühüm rol oynamış ruhanilərdən biri də Axund Molla Ruhulla millətin həyat və məişətində zərərli mövqe tutan din xadimlərinin ilahiyyatla əlaqəsi olmayan möizələrinin mahiyyətini təhlil edərək, belə qərara gəlmişdi ki, millətə yalnız tərəqqi və mədəni inkişaf baxımından yanaşan, öz moizə və çıxışları ilə yalnız insan qəlbinin saflığına çalışan ruhanilər zəmanəmizdə düzgün həqiqət yolunu tuta bilərlər. Xürufata uyan mollalardan, onların düzgün insanlıq yolundan saparaq, camaata ancaq zərərli fikirlər təbliğ etməsindən bilmərrə narazı idi. Çünki məhz belə mollalar camaatın əbədül-dəhr cəhalətdə qalmasına səbəb olur. Bu fikirlər onun fəal bir publisist kimi M. R. Məmmədzadə imzası ilə çıxış etdiyi "Həyat", "İrşad", "Tərəqqi", "Dəbistan" kimi qəzet və jurnallarda, Hindistanın Kəlküttə şəhərində nəşr edilən "Hübbülvətən", İstanbulun "Məlumat" qəzetlərində tez-tez çap olunan məqələlərində öz əksini tapırdı.
Ramiz Məmmədzadə (şair)
Ramiz Məmmədzadə (azərb. Ramiz Yaqub oğlu Məmmədzadə‎; d.1 yanvar 1937, Azərbaycan, Ağdam) — şair, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, "Yaddaş" milli mükafatı laureatı. 1937-ci il yanvarın 1-də Azərbaycanın Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, habelə Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, şair sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. Hazırda qaçqınların və məcburi köçkünlərin sosial problemləri ilə məşğul olan "Azəriserviz" təşkilatında mətbuat xidmətinin rəhbəridir. 1976-82-ci illərdə Yuqoslaviya, Çexoslovakiya, Türkiyə-Misir-Kipr-Yunanıstan, Kuba respublikası ölkələrinə səfərə çıxan sovet turist qrupuna rəhbərlik etmişdir. Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır.

Oxşar sözlər

#məmmədzadə nədir? #məmmədzadə sözünün mənası #məmmədzadə nə deməkdir? #məmmədzadə sözünün izahı #məmmədzadə sözünün yazılışı #məmmədzadə necə yazılır? #məmmədzadə sözünün düzgün yazılışı #məmmədzadə leksik mənası #məmmədzadə sözünün sinonimi #məmmədzadə sözünün yaxın mənalı sözlər #məmmədzadə sözünün əks mənası #məmmədzadə sözünün etimologiyası #məmmədzadə sözünün orfoqrafiyası #məmmədzadə rusca #məmmədzadə inglisça #məmmədzadə fransızca #məmmədzadə sözünün istifadəsi #sözlük