Dəniz məməliləri
Dəniz məməliləri — bütün ömürlərini və ya ömürlərinin bir hissəsini suda keçirən məməlilərdən ibarət olan heyvan növləri. Bəzi dəstələr bütünlüklə su həyatı keçirirlər: sirenlər, balinakimilər, pərayaqlılar — qulaqlı suitilər, əsl suitilər, morjlar. Bundan əlavə Dələlər (dəniz samuru və pişik susamuru) və ayıkimilərə (ağ ayı) aid bir necə növ daxildir. Ümumilikdə isə məməlilərin 2,7 % (128 növ) bu qəbildəndir.
Dəniz məməliləri əsasən yırtıcılardır və balıq, dəniz məhsulları ilə qidalanırlar.
== Dəniz məmnəlilərinin sistemləşdirilməsi ==
Hal-hazırda ənənəvi olaraq aşağıda sadalanan beş qrupa bölünən dəniz məməlilərinin 128 növü vardır.
Dəstə Sirenia: Sirenlər
Fəsilə Trichechidae: Lamantinlər (3 növ)
Fəsilə Dugongidae: Dyoqonlar (1 növ)
Dəstə Cetacea: Balinakimilər
Alt dəstə Mysticeti: Bığlı balinalar (14 və ya 15 növ)
Alt dəstə Odontoceti: Dişli balinalar (73 növ)
Dəstə Carnivora: yırtıcılar
Pərayaqlılar
Fəsilə Phocidae: Əsl suitilər (20 növ)
Fəsilə Otariidae: Qulaqlı suitilər (16 növ)
Fəsilə Odobenidae: Morjlar (1 növ)
Fəsilə Mustelidae: Dələlər
Dəniz samuru (Enhydra lutris)
Pişik susamuru (Lontra felina)
Fəsilə Ursidae: Ayılar
Ağ ayı (Ursus maritimus)
Əvvəllər Pərayaqlılar müstəqil Pinnipedia dəstəsinə daxil edilirdi.