məsəllər sözü azərbaycan dilində

məsəllər

Yazılış

  • məsəllər • 96.7213%
  • Məsəllər • 3.2787%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Azərbaycan atalar sözləri və məsəlləri
Azərbaycan atalar sözləri və məsəlləri — Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri. == Tarixi == Atalar sözləri və məsəllər danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhu təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər. Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt hətta çətin olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.39
2004 ••••••••••• 0.34
2007 ••••••• 0.21
2008 •••••••••••••••• 0.49
2009 •••••••••••••••••••• 0.64
2010 •••••• 0.18
2011 •••••••••••••• 0.43
2012 ••• 0.09
2013 •••••••••• 0.29
2014 •••••• 0.17
2018 ••••• 0.15
2019 ••••• 0.14

"məsəllər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məsəllər nədir? #məsəllər sözünün mənası #məsəllər nə deməkdir? #məsəllər sözünün izahı #məsəllər sözünün yazılışı #məsəllər necə yazılır? #məsəllər sözünün düzgün yazılışı #məsəllər leksik mənası #məsəllər sözünün sinonimi #məsəllər sözünün yaxın mənalı sözlər #məsəllər sözünün əks mənası #məsəllər sözünün etimologiyası #məsəllər sözünün orfoqrafiyası #məsəllər rusca #məsəllər inglisça #məsəllər fransızca #məsəllər sözünün istifadəsi #sözlük