məzarlar sözü azərbaycan dilində

məzarlar

Yazılış

  • məzarlar • 84.0426%
  • Məzarlar • 15.9574%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kral qaya məzarları
Kral qaya məzarları — Hellenistik dönəmdə, Amasyadakı Harşena dağının cənub ətəklərindəki əhəng daşlı qayalara oyulmuş olan abidə məzarları. Amasyada, sahili Qara dəniz ilə Anadolunun digər bölgələrini birləşdirən, prehistorik çağlardan bəri istifadə yollarının kəsişmə nöqtəsində yerləşir. Yeşilırmak çayının yaratdığı dərin bir vadi içərisində qurulmuşdur. Çayın ikiyə ayırdığı bu vadinin şimalındakı 272 metr yüksəkliyində, sivri külah formasındakı əhəng daşı yığını minlərlə ildir Harşena dağı olaraq adlandırılır. Harşena dağının Yeşilırmak və vadisi ilə birlikdə meydana gətirdiyi bütöv kompozisiya, unikal bir mənzərəni göstərir. İlk yaşayış Erkən Tunc dövründən başlamış və Osmanlı dövlətinin sonuna qədər da onlarla sivilizasiya (Frigya, İskit-Med, Fars, Pontos, Roma, Şərqi Roma, Danişmendli, Elxanlı, Səlcuqlu, Osmanlı) tərəfindən sığınacaq edilmişdir. Ərazidə Amasya qalasının yanı ilə, ellinizm dövrünün divarları, monumental qaya məzarları e.ə. I əsrə aid monumental sarnıçlar və Yalıboyu evləri qalmaqdadır. Antik dövr tarixçisi Strabona görə Mitridat krallığı zamanında krallar adına düzəldilmiş abidə məzarlardır. Yeşilırmak vadisi boyunca irili xırdalı 23 ədəd qaya məzarı olan bölgə Krallar vadisi olaraq da tanınır.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.

"məzarlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məzarlar nədir? #məzarlar sözünün mənası #məzarlar nə deməkdir? #məzarlar sözünün izahı #məzarlar sözünün yazılışı #məzarlar necə yazılır? #məzarlar sözünün düzgün yazılışı #məzarlar leksik mənası #məzarlar sözünün sinonimi #məzarlar sözünün yaxın mənalı sözlər #məzarlar sözünün əks mənası #məzarlar sözünün etimologiyası #məzarlar sözünün orfoqrafiyası #məzarlar rusca #məzarlar inglisça #məzarlar fransızca #məzarlar sözünün istifadəsi #sözlük