Nəzərli sözü azərbaycan dilində

Nəzərli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Nəzərli • 98.5560%
  • nəzərli • 1.2034%
  • NƏZƏRLİ • 0.2407%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Aqil Nəzərli
Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi). == Həyatı == Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir. == Ailəsi == Ailəlidir, iki övladı var.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur. Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
Hikmət Nəzərli
Hikmət Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. == Döyüşlərdə iştirakı == Ağdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı. Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli‎; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir. == Sənət və fəaliyyəti == Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı.
Nəcəfqulu Nəzərli
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Nəzərli (Qardabani)
Nəzərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 5.808 nəfər (2.943 nəfəri kişilər, 2.865 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.
Nəzərli (Şəbüstər)
Nəzərli (fars. نظرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 4,984 nəfər yaşayır (1,169 ailə).
Orxan Nəzərli
Orxan Faiq oğlu Nəzərli (5 dekabr 1984, Ağdam) — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışmışdır. 2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya almışdır. 2015–2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır. 2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Səfalı Nəzərli
Səfalı Nəzərli (14 dekabr 1948, Ləmbəli) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri. Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb. 1993-2000-ci illərdə respublikada ilk Azərbaycan – Türkiyə birgə müəssisəsi olan "Göytürk" şirkətində Baş redaktor-direktor müavini vəzifəsində çalışıb.
Vasif Nəzərli
Vasif Zahid oğlu Nəzərli (4 mart 2000; Vurğun, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vasif Nəzərli 2000-ci il martın 4-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. Vasif Nəzərli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vasif Nəzərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vasif Nəzərli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şirməmməd Nəzərli
Şirməmməd Nəzərli (31 may 1948, Lənkəran) ― yazıçı, jurnalist, fotoqraf. HUMAY mükafatı laureatı. Azərbaycan Jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü. Azərbaycan sovet dövrü teatr həyatında ilk dəfə yaradılmış dini məzmunlu ZAMAN teatrı dramaturq Ş. Nəzərlinin "Müctəhidin yuxusu" birpərdəli pyesi ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində fəaliyyətə başlayıb. Teatr sonra onun müştərək yazdığı daha iki pyesini səhnəyə qoyub. Şirməmməd Dadaş oğlu Nəzərli 1948-ci il may ayının 31-də Lənkəran rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikimunda təhsil alıb (1965–1967). Təyinatla indiki Biləsuvar rayonundakı A. S. Puşkin adına beynəlmiləl orta məktəbdə müəllim işləyib. Sovet ordusu sıralarında xidmət edib (1967–1969). 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub.
Ədalət Nəzərli
Ədalət Məmmədcavad oğlu Nəzərli (d. 18 fevral 1925-ci il, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 20 may 1999-cu il, Bakı, Azərbaycan Respublikası) — iqtisad elmləri doktoru, professor (1977). Ədalət Məmmədcavad oğlu Nəzərli 1925-ci il fevral ayının 18-də Bakı şəhərində anadan olub. Atası Məmmədcavad Nəzərli dövrünün qabaqcıl ziyalarından biri, mətbəə işçisi olub. 1933-1937 illərdə keçmiş Karyagin, indiki Füzuli rayonunda, sonra isə 1937-1943-cü illərdə Bakı şəhəri keçmiş Oktyabr rayonunda (indiki Yasamal rayonu) Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1943-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. 1949-1951-ci illərdə Moskva Dövlət Universitetində təhsil alıb. 1954-cü ildə təhsilini davam etdirərək, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. ADU-nu bitirəndən sonra Tiflisdə aspiranturaya daxil olub və 1962-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub.
Ələkbərbəy Nəzərli
Ələkbərbəy Nəzərli (azərb. Ələkbərbəy Cavad oğlu Nəzərli‎; 30 aprel 1882, Sayadlı, Xızı rayonu – 13 noyabr 1951, Bakı) — xeyriyyəçi, Azərbaycanın Kor Əhəddən sonra ilk qarmon ifaçısı. XIX-XX əsrin tanınmış simalarından olan Bakının kiçik milyonçusu-xeyriyyəçi, musiqişünas, öz dövrünün pedaqoqu Ələkbərbəy Cavad oğlu Nəzərli Xızı qəsəbəsinin Sayadlı kəndində anadan olmuşdur. İstedadlı qarmon ifaçısı olaraq Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının premyerasının ilk müşayətçisi olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyirbəy orkestrinin aparıcı solisti olan Ələkbərbəy Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında öz xidmətləri ilə müəyyən töhfələrini vermişdir. Ələkbərbəy Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı kimi, dünyanın ən nadir qarmon alətlərini toplayan kolleksiyasının XIX-XX əsrdə Azərbaycanda ilk və yeganə sahibi olmuşdur. Milli qarmonlarla bərabər "fizi qarmon" (ayaq hərəkəti ilə işləyən), piano "Şreyder" (alman istehsalı), "Ağ və qırmızı" royallar, "Karpuşkin", "Aziatskiy", "Nəfəs ilə idarə olunan qarmon" və s. Ələkbərbəy Nəzərlinin 17 övladının dünyaya gəlməsinə baxmayaraq 2 qız övladı və 1 qız övladından dünyaya gələn 9 nəvəsi Ələkbərbəyin varisləri olmuşlar. Hazırda, varisi olan yeganə oğul nəvəsi Ələkbər, babası Ələkbərbəy Nəzərlinin adını daşıyır. Ələkbərbəy Nəzərlinin nəvəsi və yeganə davamçısı Respublikanın Əməkdar artisti - xanəndə Ədilə Əflaki Nəzərli babasının davamçısı olaraq, milli musiqi mədəniyyətinə xidmət edir.
Nəzərli Bəy Kəngərli

nəzərli sözünün sinonimləri (yaxın mənalı sözlər)

nəzərli sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#nəzərli nədir? #nəzərli sözünün mənası #nəzərli nə deməkdir? #nəzərli sözünün izahı #nəzərli sözünün yazılışı #nəzərli necə yazılır? #nəzərli sözünün düzgün yazılışı #nəzərli leksik mənası #nəzərli sözünün sinonimi #nəzərli sözünün yaxın mənalı sözlər #nəzərli sözünün əks mənası #nəzərli sözünün etimologiyası #nəzərli sözünün orfoqrafiyası #nəzərli rusca #nəzərli inglisça #nəzərli fransızca #nəzərli sözünün istifadəsi #sözlük