Napoli sözü azərbaycan dilində

Napoli

Yazılış

  • Napoli • 99.7953%
  • napoli • 0.2047%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Napoli
Neapol (qəd.yun. Νέα Πόλις — "yeni şəhər"; ital. Napoli) — böyüklüyünə görə Roma və Milandan sonra İtaliyanın 3-cü, cənubi İtaliyanın isə ən böyük şəhəri. Kampaniya (İtaliya) əyalətinin paytaxtı. Şəhərin əhalisi 1 milyon nəfər, şəhərətrafı bölgələrlə birlikdə 3 milyon nəfərdir. Neapol məşhur Vezuvi vulkanının yaxınlığında yerləşir. Şəhərin beynəlxalq aeroportu və böyük dəniz limanı vardır. Neapol öz zəngin tarixi, mədəniyyəti və mətbəxi ilə məşhurdur. Əsası e.ə. VIII əsrdə yunanlar tərəfindən qoyulmuşdur.
Napoli FK
Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur. == Tarixi == 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır.
Napoli Krallığı
Neapol Krallığı — İtalyan yarımadasının cənubunda, Neapoldə qurulmuş bir dövlətin müasir adıdır. Zamanında səhv olaraq Siciliya Krallığı adı ilə tanınırdı. Çünki Neapol Krallığı Siciliya adasında 1282-ci ildə çıxan Siciliya Vesperləri adlı bir üsyan nəticəsində Neapol Krallığınin Siciliya Krallığından ayrılması ilə ortaya çıxmışdı. Neapol Krallığının olduğu dövrdə bu krallıq ya İspan və ya Fransız əsilli bir kral tərəfindən idarə edilmişdir. == Anju sülaləsinin hakimiyyəti altında Neapol Krallığı == "Siciliya vesperləri" adı verilən Siciliya adası üsyanlarından sonra Anjulu Karlo (rəsmi adı Siciliyalı I Karlo) Siciliyanı İspan Aragon kralı Aragonlu III Pedro ordusuna buraxmaq məcburiyyətində qaldı və İtalyan yarımadasının cənubunda özünə aid olan ərazilərdə hökmranlıq etməyə başladı. Bu dövlət rəsmən Siciliya Krallığı olsa da, ümumiyyətlə paytaxtı olan Neapol şəhərinə görə Neapol Krallığı (İtalyanca: Regno di Neapol) kimi tanınır. Karlo və Anju xanədanına daxil olan hökmdarlar (yəni Neapol Kralı I Karlo, Neapol Kralı II Carlo, Neapol Kralı Roberto və Neapol kralı I Giovanna) Siciliya uzərindəki haqlarından əl çəkməyib 1373-cü ilə qədər iki dövlət arasında müharibə vəziyyətini davam etdirdilər. I Giovannanın səltənəti zamanı Macarıstanda hökm sürən Anju sülaləsi kralı olan Böyük Louis Neapol Krallığını bir neçə dəfə işğal etdi və I Giovanna Neapolyə ancaq 1352-ci ildə qayıtdı. Kraliça I Giovanna uşaqsız olduğu üçün Anju sülaləsinin Neapol Krallığı üzərindəki haqqının sonda itməsinə yol açdı. Özünə varis olaraq Anju hersoqu I Luigi seçdi və beləliklə taxta keçmək hüququ olan Durazzo Drac prensi olan əmioğlusunun qanuni haqqını rədd etmiş oldu.
Zaza Napoli
Vladimir Vladimiroviç Kazantsev (14 aprel 1973-cü ildə anadan olub, Yarovoye, SSRİ), daha çox Zaza Napoli səhnə adı ilə tanınan rus pop müğənnisi, artist və teleaparıcısıdır. == Bioqrafiya == Vladimir Kazantsev 14 aprel 1973-cü ildə Yarovoe şəhərində anadan olub. 1991-ci ildə Vladim kolleci bitirərək ibtidai sinif müəllimi diplomu aldı. Daha sonra məktəbdə ixtisasına uyğun çalışmağa başladı. Orada bir il işlədikdən sonra işini tərk edərək Şərqi Sibir Dövlət Mədəniyyət İnstitutunun teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasına daxil oldu. Paytaxta köçməzdən əvvəl Ulan-Udedə yaşamış, yerli Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış, teatrda oynamış və rəsmi konsertlər vermişdir .2004-cü ildən 2020-ci ilə qədər Tatyana Sumçenko ilə evli olub, boşanıb . == Yaradıcılığı == 1997-ci ildə Moskvaya köçdü və 1998-ci ildə Cənnət quşları travesti teatrını təsis etdi. 2002-ci ildə "Buz dövrü" adlı kriminal filmdə, 2006-cı ildə isə Zaza Napoli obrazında "Gözəl doğulma" serialında rol alıb. Həmçinin "Lənətlənmiş Cənnət" trillerində və "Oyun Kralları" komediyasında və başqa filmlərdə çəkilib. 2007-ci ildə NTV kanalında teleaparıcı kimi fəaliyyətə başladı.
Kazalnuovo di Napoli
Kazalnuovo di Napoli (it. Casalnuovo di Napoli) — İtaliyanın Kampaniya regionunda şəhər.
Marano di Napoli
Marano di Napoli — İtaliyanın Kampaniya regionunda şəhər.
Societa Sportivo Calcio Napoli
Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur. == Tarixi == 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır.
Corco Napolitano
Corco Napolitano (29 iyun 1925, Neapol – 22 sentyabr 2023, Roma) — İtaliya Respublikasının onbirinci prezidenti (2006-2015). == Həyatı == 29 iyun 1925-ci ildə Neapol şəhərində anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1942-ci ildə Neapol Universitetində qeyri-qanuni kommunist tələbə təşkilatının üzvü olmuş və gizli antifaşist mübarizəsində iştirak etmişdir. 1945-ci ildə İtaliya Kommunist Partiyasının (İKP) üzvü olmuşdur. 1947-ci ildə Neapol Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. 1953-cü ildə İtaliya parlamentinin üzvü seçilmişdir. 1962-ci ildə İKP-nin rəhbərliyinə seçilmiş, iqtisadi siyasət və İtaliyanın cənubunun inkişafı məsələləri ilə məşğul olmuşdur. 1991-ci ildə Kommunist ideologiyasından imtina etmiş, İKP-nin əsasında yaradılmış "Sol Demokratik Partiya"nın liderlərindən biri olmuşdur. 1992–1994-cü illrədə İtaliya Parlamentinin Deputatlar Palatasına sədrlik etmişdir. 1996–1998-ci illərdə R. Prodi hökumətində Daxili İşlər Naziri olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.47 dəfə / 1 mln.
2005 •• 0.67
2006 •• 0.90
2007 •• 0.63
2009 •••••• 2.40
2010 •••••••••••• 5.17
2011 •••••••••••• 5.40
2012 ••••••• 2.93
2013 •••••••••••••••••••• 9.04
2014 •••••••••• 4.29
2015 •••••• 2.55
2016 ••••• 1.91
2017 ••••••• 3.09
2018 ••••••• 3.15
2019 •••••••• 3.34
2020 •••••••••••• 5.04

Oxşar sözlər

#napoli nədir? #napoli sözünün mənası #napoli nə deməkdir? #napoli sözünün izahı #napoli sözünün yazılışı #napoli necə yazılır? #napoli sözünün düzgün yazılışı #napoli leksik mənası #napoli sözünün sinonimi #napoli sözünün yaxın mənalı sözlər #napoli sözünün əks mənası #napoli sözünün etimologiyası #napoli sözünün orfoqrafiyası #napoli rusca #napoli inglisça #napoli fransızca #napoli sözünün istifadəsi #sözlük