Naxçıvanda sözü azərbaycan dilində

Naxçıvanda

Yazılış

  • Naxçıvanda • 99.9801%
  • naxçıvanda • 0.0199%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naxçıvanda idman
Naxçıvanda idman-Naxçıvan Muxtar Respublikasında idman. Güc, çeviklik və bacarıq tələb edən güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçmaq və s. ənənəvi idman növləri sahəsində keçirilən yarışlar hər zaman bölgədə populyar olmuş, əhali tərəfindən rəğbətlə qarşılanmışdır. 1924-cü ildə yaradılmış Naxçıvan Bədən Tərbiyəsi Şurası 1930-cu ilədək futbol, yüngül atletika, cıdır, akrobatika, ağır atletika, güləş, voleybol yarışlarının və başqa idman oyunlarının təşkilatçısı olmuşdur. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafında "Dinamo", "Spartak", "Burevestnik", "Məhsul" idman cəmiyyətlərinin, "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin (1998-ci ildən Təhsil idman mərkəzi adlanır) böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada 5320 idmançı, 61 idman qurğusu mövcud olmuşdur. 1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən 250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər idman məktəbi yaradılmışdır. 1950-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanlarm sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının sayı 71 nəfər, idman qurğuların sayı 230-a (1 stadion, 12 idman zalı, 197 idman meydançası, 19 atıcılıq tiri, 10 uyğunlaşdırılmış zal və s.) çatmışdır. 1959-cu ildə Azərbaycan Respublikası "Məhsul" cəmiyyətinin Yunan-Roma güləşi (klassik güləş) yarışlarında Naxçıvanın komandası birinci yerə çıxmışdır.
Naxçıvanda sənətkarlıq
Naxçıvanda sənətkarlıq-Naxçıvan Muxtar Respublikasında sənətkarlıq. Orta əsrlər dövrü Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də bir çox sənət sahələri inkişaf etmiş və burada müxtəlif sənətkarların cəm olduğu sənətkarlıq mərkəzləri yaradılmışdır. Naxçıvan ustalarının hazırladıqları sənətkarlıq məmulatları demək olar ki, Yaxın Şərqdə özünəməxsus yer tutmuş və şöhrət tapmışdır. Bunlar içərisində dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, boyaqçılıq, ipəkçilik, və s. sənətkarlıq mərkəzlərini nümunə göstərmək olar. Mənbələrin verdiyi məlumata görə mərkəzləşmiş sənətkarlıq sahələrinin inkişafı o dövrdə ölkənin iqtisadiyyatında, məişətində, ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin orta əsr Azərbaycan şəhərlərində sənətkarlıq təşkilatları sənət və peşə sahələrinin tənzimlənməsində mühüm rol oynamışdır (1, s. 313). T. Dostiyev yazır ki, IX–X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI–XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi.
Naxçıvanda xalçaçılıq
Naxçıvan xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü. Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX–X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X–XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi. XVI əsrdə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçalığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdi. Burada toxunulan zərif və qəşəng "Naxçıvan" xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən "Qarabağ qrupuna" daxil edilir. Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var: Qarabağ və Təbriz: Görünür ki, Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur.
Naxçıvanda Heydər Məscidi
Heydər Məscidi — Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Heydər Məscidi kompleksi "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında şərq üslubunda işlənmiş memarlıq quruluşu ilə ucaldılıb. Kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə vardır. Məscid iki minarəli və 15 günbəzlidir. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunmuş məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Kompleksdə Naxçıvan Muxtar Respublikası qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar vardır.
Naxçıvanda Amerika general-qubernatorluğu
Naxçıvanda Amerika general-qubernatorluğu — Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda möhkəmlənmək və Naxçıvanı erməni nəzarətinə vermək üçün zəmin hazırlamaq məqsədilə yaratdığı hərbi inzibati idarəçilik forması. Qafqazda nüfuz dairəsi qazanmağa çalışan ABŞ-nin əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdikləri amerikalı polkovnik V.Haskelin 1919-cu ilin sentyabrında irəli sürdüyü "Haskel layihələri" adlandırılan sənəddə öz əksini tapmışdı. Layihədə Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. ABŞ-nin himayəsi altında Naxçıvana yiyələnməyə çalışan Ermənistanın daşnak hökuməti "Haskel layihələri"nin gerçəkləşməsi üçün canfəşanlıq göstərirdi. 1919-cu ildə ABŞ Azərbaycan ərazisinin bir hissəsini — Naxçıvan diyarını ələ keçirməyə cəhd göstərdi. Birləşmiş Ştatlar Cənubi Qafqaz, İran və Türkiyənin qovuşuğunda yerləşən Naxçıvana xüsusi hərbi-strateji əhəmiyyəti olan ərazi kimi baxırdı. V.Haskelin Azərbaycan və daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi ki, Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin mənafeyinə zidd olan bu layihələri qətiyyətlə rədd etdi və onların gerçəkləşməsinə imkan verməyəcəyini bildirdi. Haskelin müavini polkovnik Ceyms Rey 1919-cu il oktyabrın 24-də Naxçıvana gəldi və Müsəlman Milli Şurası qarşısında V.Haskelin bəyanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun mühəndisi, polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bəyanat Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qəti etirazı və Naxçıvan əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidiylə Ceyms Rey qərarını dəyişməyə məcbur oldu.
Naxçıvanda dövlət çevrilişinə cəhd
Naxçıvanda dövlət çevrilişinə cəhd — 24 oktyabr 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətinin və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin devrilməsi üçün həyata keçirilmiş dövlət çevrilişinə cəhd. Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycanı sovetləşdirməsindən sonra Naxçıvanda muxtar respublika yaradılmışdır, Türkiyə muxtariyyətin qarantoru kimi təsbit edilmişdir. Bu səbəbdən də Naxçıvan Birinci Qarabağ müharibəsi illərində digər bölgələrə nisbətən daha az zorakılığa şahid olmuş, lakin Ermənistan tərəfindən blokada edilmişdir. Xocalı soyqırımının üzə çıxmasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov istefa vermiş, lakin 14 mayda Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə gəlmişdir. Növbəti gün etirazçılar tərəfindən dəstəklənən Azərbaycan Xalq Cəbhəsi (AXC) Mütəllibovu devirmişdir. AXC üzvü İsgəndər Həmidov daxili işlər naziri təyin edilmiş, Əbülfəz Elçibəy isə iyunda prezident seçilmişdir. İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvanın daxili işlər naziri təyin etmiş, lakin regional DİN əməkdaşları buna etiraz etmiş və nəticədə Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləməmiş, Əsgər Ələkbərovu daxili işlər naziri seçmişdir. Həmidov bunun cavabında Ələkbərovu və başqa Naxçıvan DİN vəzifəlilərini işdən xaric etmiş, Naxçıvan Ali Məclisi isə AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir. 24 oktyabrda DİN Naxçıvana hərbi desant göndərmişdir. Naxçıvanlı cəbhəçilər və zirehli texnika tərəfindən dəstəklənən silahlı dəstə DİN binasına və televiziyaya basqın edərək oranı zəbt etmişdir.
Naxçıvanda parlament seçkiləri (2020)
Naxçıvanda parlament seçkiləri (2020) — 9 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş növbədənkənar seçkilər. V çağırış Azərbaycan Respublikasının Milli Məclisi özünü buraxma qərarı aldıqdan sonra Azərbaycan Prezidenti parlamenti buraxaraq növbədənkənar parlament seçkiləri elan etmişdir. Bu qərarın ardınca Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 2020-ci il fevralın 9-na növbədənkənar seçkilər təyin etmişdir. Hakim Yeni Azərbaycan Partiyası və Böyük Quruluş Partiyası seçkilərdə iştirak qərarı almışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmişdir. Digər partiyalar seçkilərdə iştirak etməkdən imtina etmişdir. Böyük Quruluş Partiyası seçkilərdə 1 namizədlə mübarizə aparacağını elan etmişdir. Yeni Azərbaycan Partiyası 45 seçki dairəsindən 42-sində vahid namizədlə seçkilərə qatılmış, digər 3 seçki dairəsində isə bitərəf namizədləri dəstəkləmişdir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkiləri boykot qərarına baxmayaraq, partiya üzvlərindən 1-i deputatlığa namizədliyini irəli sürmüşdür. Bu şəxs isə Naxçıvan Ali Məclisinin deputatı Əhəd Cəfərli olmuşdur.
Naxçıvanda parlament seçkiləri (2024)
Naxçıvanda parlament seçkiləri — 1 sentyabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilər. == Zəmin == === COVID-19 pandemiyası === === İkinci Qarabağ müharibəsi === === Vasif Talıbovun istefası və dəyişikliklər === Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci ildə qapalı keçirilmiş səkkizinci sessiyasında səhhəti ilə əlaqədər Ali Məclisə 1995-ci ildən bəri rəhbərlik edən Vasif Talıbovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciətə baxılıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq onun müraciəti qəbul olunub. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir. Yeni sədr seçilənədək sədr vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir. Azər Zeynalov 5 oktyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa vermişdir. O, həmçinin, sədr səlahiyyətlərini icra edən vəzifəsindən də istefa vermiş, bu səbəbdən də sədr müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin səlahiyyətlərini icra etməyə başlamışdır. Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 may 2023-cü ildə keçirilmiş iclasında Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdi. 2020-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsinə Səbuhi Hidayət oğlu Məmmədovun təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb. İstefaların və vəzifədən azad edilmələrin ardınca 2024-cü il 25 aprel tarixində vəzifədən azad olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuş Ceyhun Cəlilov 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus Naxçıvan–Bakı reysi ilə hərəkət edən "Tu-134" təyyarəsinin qəzası. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.
Qars və Naxçıvanda müsəlman üsyanları
Qars və Naxçıvanda müsəlman üsyanları — Qars vilayəti ərazisində və keçmiş Rusiya İmperiyasının İrəvan quberniyasının Naxçıvan, Sürməli, Şərur, İrəvan qəzalarında bu ərazilərin Ermənistan Demokratik Respublikasının tərkibinə daxil edilməsinə qarşı müsəlmanların silahlı üsyanları. Üsyanlar türk milliyətçilərinin, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin dəstəyi ilə həyata keçirilmişdir. Üsyan İrəvan hökuməti tərəfindən yatırılmışdır. Üsyanlardakı məqsədlərdən biri də Anadolu və Qafqazdakı türklər arasında pantürkist koridor yaratmaq idi. Üsyanlar ilki 1 iyul 1919-cu ildə başlamış və 1920-ci ilin 28 iyulunda bitmişdir. Osmanlı ordusunun Cənubi Qafqazdan geri çəkilməsindən sonra yerli müsəlmanlar bu bölgələrin Ermənistana birləşdirilməsinə qarşı müqavimət göstərə bilmələri üçün silahlandırıldılar. 1919-cu ilin yazında Qafqazdakı Britaniya komandanı ermənilərə qurulmuş bu qurumları ortadan qaldırmağa yardım etdi. Lakin bir neçə ay sonra Anadoludan və Azərbaycandan göndərilmiş şəxslərin, yerli əhalinin qətiyyəti nəticəsində erməni administraisyası çökdü və bölgə tamamilə Azərbaycan türklərinin əlinə keçdi. Bu 1920-ci ilin yayında ermənilərin tam əks-hücuma keçməsinə qədər belə davam etdi. Ermənilərin Naxçıvanı işğal etmək üçün göndərilmiş ordusu Azərbaycanı həmin ilin yazında işğal etmiş bolşevik ordusu tərəfindən durduruldu.
Naxçıvanda əlavə parlament seçkiləri (2011)
Naxçıvanda əlavə parlament seçkiləri (2011) — 2011-ci ilin oktyabr ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri. 2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçilmiş bitərəf siyasətçi Məmməd Yarəli oğlu Məmmədov 21 may 2011-ci il tarixində ölmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 4 avqust 2011-ci il tarixli frəmanı ilə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə oktyabrın 2-nə əlavə seçkilər təyin edilmişdir. 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 2 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfəri isə bitərəf namizəd olmuşdur. Ən çox səs toplamış Yeni Azərbaycan Partiyası üzvü Kamal Həsən oğlu Camalov həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.
Naxçıvanda əlavə parlament seçkiləri (2012)
Naxçıvanda əlavə parlament seçkiləri (2012) — 2012-ci ilin iyul ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri. 2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 20 saylı Yarımca seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Allahverdi Ramiz oğlu Mirzəliyev 2012-ci il tarixində ölmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 17 may 2012-ci il tarixli sərəncamı ilə 20 saylı Yarımca seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə iyulun 15-nə əlavə seçkilər təyin edilmişdir. 20 saylı Yarımca seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 1 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 2 nəfəri isə bitərəf siyasətçi namizəd olmuşdur. Onlar Naxçıvan Muxtar Respublikasə Yazıçılar Birliyinin sədri, bitərəf Asim Yediyar oğlu Əliyev, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, bitərəf Məmmədəli Həmzə oğlu Rəhimov və Babək Rayon Təhsil Şöbəsinin mühasibi, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Cəlil oğlu Kazımov idi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 20 saylı Yarımca seçki dairəsi üzrə 15 iyul 2012-ci il tarixində keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin Qərarına əsasən 20 saylı Yarımca seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış bitərəf Asim Yediyar oğlu Əliyev həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.
Naxçıvanda əlavə parlament seçkiləri (2016)
Naxçıvanda təkrar parlament seçkiləri (2016) — 2016-cı ilin avqust ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri. 2015-ci il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 45 saylı Aza seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin xanımı, Naxçıvan Tibb Kollecinin sabiq direktoru deputat İlhamə Rafiq qızı Mustafayeva 1 noyabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 8 iyun 2016-ci il tarixli sərəncamı ilə 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilmişdir. 45 saylı Aza dairə seçki komissiyasının tərkibi Qanuna müvafiq olaraq seçki gününə 55 gün qalanadək müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər sırasından püşkatma yolu ilə 7 nəfərdən ibarət təşkil edilmişdir. Dairə seçki komissiyası fəaliyyətə başladıqdan sonra Qanunun 32-ci və 33-cü maddələrinə müvafiq olaraq seçicilərin sayını və onların rahat səsvermələrinin təmin olunmasını nəzərə alaraq seçki gününə 35 gün qalanadək 14 seçki məntəqəsinin, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət olmaqla müxtəlif siyasi partiyaların və ictimai birliklərin yerli təşkilatlarının, həmçinin seçicilərin yaşayış yeri üzrə təşəbbüs qruplarının təqdim etdikləri bitərəf nümayəndələri təmsil etməklə məntəqə seçki komissiyalarının tərkiblərinin formalaşdırılmasını başa çatdırılmışdır. 45 saylı Aza seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 2 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfəri isə bitərəf siyasətçi namizəd olmuşdur. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 45 saylı Aza seçki dairəsi üzrə 6 avqust 2016-cı il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 8 avqust 2016-cı il tarixdə dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 10 avqust 2016-cı il tarixli Qərarına əsasən, 45 saylı Aza seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış Yeni Azərbaycan Partiyası üzvü Telman Əsəd oğlu İbadov həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.

Oxşar sözlər

#naxçıvanda nədir? #naxçıvanda sözünün mənası #naxçıvanda nə deməkdir? #naxçıvanda sözünün izahı #naxçıvanda sözünün yazılışı #naxçıvanda necə yazılır? #naxçıvanda sözünün düzgün yazılışı #naxçıvanda leksik mənası #naxçıvanda sözünün sinonimi #naxçıvanda sözünün yaxın mənalı sözlər #naxçıvanda sözünün əks mənası #naxçıvanda sözünün etimologiyası #naxçıvanda sözünün orfoqrafiyası #naxçıvanda rusca #naxçıvanda inglisça #naxçıvanda fransızca #naxçıvanda sözünün istifadəsi #sözlük