Naxçıvanın sözü azərbaycan dilində

Naxçıvanın

Yazılış

  • Naxçıvanın • 99.9183%
  • NAXÇIVANIN • 0.0408%
  • naxçıvanın • 0.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naxçıvanın iqlimi
Naxçıvan Muxtar Respublikanın iqliminin tədqiqində İ. V. Fiqurovski, Ə.M.Şıxlınski, Ə. A. Mədətzadə, P. Mirzəyev və başqalarının xidmətləri olmuşdur. Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə Azərbaycanın digər ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir. Ə. M. Şıxlınski Naxçıvan MR-in iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə aid edilmişdir. Naxçıvan MR özünün kəskin kontinental iqlimi ilə Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən fərqlənir. Ərazidə iqlimi yaradan əsas amillər — günəş radiasiyasının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli müxtəlif olması ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, tipik dağlıq ölkə olan Naxçıvan MR-in müasir iqliminin yaranmasında relyef əsas rollardan birini oynayır. Şərqdən, şimal-şərqdən və şimaldan Zəngəzur və Dərələyəz dağları ilə əhatə edilməsi, Ermənistan və İran yaylaları ilə qonşu olması, həmçinin geniş su hövzələrindən xeyli uzaqlığı Muxtar respublikada xüsusi iqlim şəraitinin yaranmasına səbəb olmuşdur. Relyef amili öz növbəsində meteoroloji ünsürlərin — havanın temperaturunun, rütubətin, yağıntıların, küləklərin xüsusi rejimini yaradır. Muxtar respublikanın ərazisində demək olar ki, bütün fiziki coğrafi ünsürlərin şaquli zonallığı müşahidə edilir.
Naxçıvanın iqtisadiyyatı
== 1924–1969 == Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. === Sənayesi === Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki,muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir.Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi inkişafını və sahə quruluşunun təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırmışdı.1933–1937-ci illərdə Naxçıvanda yağ və pendir zavodları, mərmər və mebel fabrikləri tikilib istifadəyə verildi.
Naxçıvanın səsi
Naxçıvanın səsi - 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamış radio. == Haqqında == “Naxçıvanın Səsi” Radiosu: “Naxçıvanın səsi” radiosu 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanırdı. Radio hazırda muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanır. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək 16 saat efirdə yayım həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Naxçıvanın səsi” radiosu təhsillə bağlı radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərir. "Naxçıvanın səsi" radiosuna fəaliyyətinin 7-ci ilində - 31 iyul 2008-ci il tarixdə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfındən müsabiqədənkənar xüsusi razılıq lisenziyası verilmişdir.
Naxçıvanın çayları
Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların ümumi sayı 400-ə çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6–10 km, 24-nünkü 11–25 km, 7-ninki 26–50 km, 3-nünkü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51–100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Belə ki, Naxçıvançaydan qərbə çay şəbəkəsi son dərəcə zəifdir. Ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal-qərbindən cənub-şərqinə doğru dağlar Araz çayına yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu, sutoplayıcı sahələri və axımları azalır. === Morfometrik ünsürləri === Naxçıvan MR çaylarının morfometrik ünsürləri aşağıdakı cədvəldə verilmişdir (S. H. Rüstəmov görə): Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. 1000–2500 m yüksəklikdəki sahələrdə rütubətlilik daha artıq olduğundan çay şəbəkəsi qismən yaxşı inkişaf etmişdir. 2500 m-dən yüksək sahələrdə yağıntıların azalması, bitki və torpaq örtüyünün zəif inkişaf etməsi burada çay şəbəkəsinin azalmasına səbəb olur.
Naxçıvanın Eneolit mədəniyyəti
Naxçıvanda Eneolit mədəniyyəti — Naxçıvantəpə, Uçan ağıl, Uzunoba, Ovçular təpəsi, Sədərək, Xələc, Zirincli, Yeniyol, Şorsu, Bülövqaya və onlarla digər abidələrin tədqiqi ilə öyrənilmişdir. Naxçıvanın Eneolit mədəniyyəti arxeoloji qazıntıların nəticələrinə görə dörd mərhələyə bölünür. Birinci dövr Naxçıvantəpə yaşayış yerinin alt qatları ilə təmsil edilmişdir. Bu mərhələ e.ə. 5-ci minilliyin birinci yarısını, təqribən e.ə. 4945-4600–cü illəri əhatə edir. Bu dövrə aid keramika məmulatı altı qrupa ayrılır. Bu dövr üçün basma naxışlı, daraq basqılı, qırmizı anqoblu keramika xarakterikdir. Sadə keramika məmulatının bir qismi relyef qurşaq və qulaqçıqşəkilli ornamentlə naxışlanmışdır. İkinci mərhələ Naxçıvantəpə yaşayış yerinin üst qatları, Uçan ağıl və Uzunoba yaşayış yerlərinin arxeoloji materialları ilə təmsil olunur.
Naxçıvanın bitki örtüyü
Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü. == Haqqında == Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur. == Bitki zonaları == Naxçıvan MR-də dörd bitki zonası var : yarımsəhra dağlıq kserofit yüksək dağ bozqırları subalp və alp çəmənlikləri === Yarımsəhralar zonası === Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır.
Naxçıvanın geoloji quruluşu
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq “qranit” qatı 15–20 km, “bazalt” qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.
Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. == Haqqında == Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; == Qırmızı kitab == Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Naxçıvanın köç yolları
Naxçıvanın köç yolları — Аzərbаycаndа bаşqа təsərrüfat sahələri ilə yanaşı, maldarlığın inkişafı təbii-coğrafi şəraitlə üzvi sürətdə bağlı olmuşdur. Burada maldarlıq əsas etibarı ilə Mezolit dövründə yаrаnmış, Neolit dövründən yerli əhalinin təsərrüfat fəaliyyətində və güzəranında daha geniş yer tutmağa başlamışdır. Аpаrılаn tədqiqаtlаr sübut edir ki, Аzərbаycаndа hələ qədim dövrlərdən mаldаrlıq üzrə zəngin təsərrüfаt mədəniyyəti оlmuşdur. Аzərbаycаnın digər bölgələrində оlduğu kimi, XIX əsrin əvvəllərində Nахçıvаndа dа mаldаrlıq təsərrüfаtı sаhəsində хırdаbuynuzlu heyvаnlаr üstünlük təşkil edirdi. Mənbələrin məlumatına görə, Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf etmişdir. Xırdabuynuzlu maldarlığın üstünlük təşkil etməsi bölgədə köçmə-yaylaq maldarlığının əsasını qoymuşdur. Naxçıvanda maldarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşımışdır. Оturаq mаldаrlığın əsаs səciyyəvi хüsusiyyəti оndаn ibаrətdir ki, heyvаnlаr ilbоyu dаimi yаşаyış məskənləri ərаzisində оlur. Gündüz ətrаfdаkı оtlаqlаrdа оtlаyır, ахşаm isə geri qаyıdır. Mаldаrlıq təsərrüfаtının bu fоrmаsı ilə məşğul оlаn əhаlinin dаimi yаşаyış məskənləri, evləri, əkinçilik sаhələri və оturаq хаrаkterli təsərrüfаt-məişət аvаdаnlıqlаrı оlur.
Naxçıvanın mineral bulaqları
Naxçıvanın mineral bulaqları — Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərəçay ilə Əylisçay çaylarının vadilərindədir. Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara "Tanrı möcüzəsi" kimi inam gətirilərək, "yel suyu", "sirli su", "şor su" və başqa adlar deyilmişdir. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilmişdir. Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir.
Naxçıvanın Orta Eneolit mədəniyyəti
Naxçıvanın Orta Eneolit dövrü, Naxçıvantəpə., Uçan ağıl və Uzunoba yaşayış yerlərində aparılan arxeoloji tədqiqatlarla öyrənilmişdir. == Cənubi Qafqazda Erkən və Orta Eneolit dövrü == Cənubi Qafqazda Eneolit dövrünün erkən və orta mərhələsinə aid mədəniyyət yox deyiləcək qədər azdır. Naxçıvantəpə yaşayış yerinin tədqiqi Eneolit dövrünün erkən və orta mərhələsini öyrənməyə imkan verir. Bu baxımdan Sirabçay hövzəsində aşkar olunan Uzunoba və Uçan ağıl yaşayış yerlərinin də müəyyən əhəmiyyəti vardır. Bu yaşayış yerlərindən götürülən karbon analizlərin nəticələri e. ə. 4690–4450-ci illəri göstərməklə Ovçular təpəsi. ilə təmsil olunan Son Eneolit dövründən əvvəlki dövrə aiddir. == Naxçıvanda Erkən və Orta Eneolit dövrü ilə bağlı tədqiqatlar == Naxçıvantəpənin üst qatları Dalmatəpə tipli basma naxışlı və boyalı keramika ilə xarakterizə olunur. Dalmatəpə tipli boyalı keramika məmulatı Naxçıvanda hələlik Uzunoba və Uçan ağıl yaşayış yerindən tək-tək nümunələrlə məlumdur.
Naxçıvanın iqtisadiyyatı ( I mərhələ )
== 1924–1969 == Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. === Sənayesi === Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki,muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir.Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi inkişafını və sahə quruluşunun təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırmışdı.1933–1937-ci illərdə Naxçıvanda yağ və pendir zavodları, mərmər və mebel fabrikləri tikilib istifadəyə verildi.
Naxçıvanın sovqatları (film, 1969)
== Məzmun == Film Naxçıvan şəhərinin respublika üçün hazırladığı sənaye və kənd təsərrüfatı məhsulları haqqındadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 14.29 dəfə / 1 mln.
2002 •••••••• 17.13
2003 •••••• 11.42
2004 •••••••••••••••••••• 43.79
2005 ••••••••• 17.54
2006 ••••••••••• 22.97
2007 •••••••• 15.43
2008 •••••••• 16.32
2009 •••••••••••• 24.96
2010 ••••••••• 18.06
2011 •••••• 12.70
2012 ••••••• 14.80
2013 ••• 5.25
2014 •••••••• 17.50
2015 ••• 4.76
2016 •••• 7.98
2017 •••• 8.62
2018 •••••• 12.29
2019 •••• 8.48
2020 ••••••• 13.26

Oxşar sözlər

#naxçıvanın nədir? #naxçıvanın sözünün mənası #naxçıvanın nə deməkdir? #naxçıvanın sözünün izahı #naxçıvanın sözünün yazılışı #naxçıvanın necə yazılır? #naxçıvanın sözünün düzgün yazılışı #naxçıvanın leksik mənası #naxçıvanın sözünün sinonimi #naxçıvanın sözünün yaxın mənalı sözlər #naxçıvanın sözünün əks mənası #naxçıvanın sözünün etimologiyası #naxçıvanın sözünün orfoqrafiyası #naxçıvanın rusca #naxçıvanın inglisça #naxçıvanın fransızca #naxçıvanın sözünün istifadəsi #sözlük