neftin sözü azərbaycan dilində

neftin

Yazılış

  • neftin • 93.6363%
  • Neftin • 6.3578%
  • NEFTİN • 0.0059%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Neftin pirolizi
Neftin pirolizi- neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu- piroliz hesab olunur. Hal hazırda neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu-piroliz hesab olunur.Bu proses 700-10000 C temperatur intervalında,neft məhsullarının ayrı-ayrı fraksiyalarda alınması ilə aparılır.Qeyd edək ki,proses kimya sənayesini müxtəlif karbohidrogen xammalı ilə təmin etməyə imkan verir. Termiki krekinqin ən sərt forması olan neft və neft məhsullarının piroliz prosesinin əsas təyinati qaz halında olan doymamış karbohidrogenlərin ,əsasən etilen və propilenin alınmasıdır. Bu səbəbdən də çox vaxt neft emalında piroliz qurğularını etilen qurğuları adlandırırlar. Piroliz prosesi həm də benzol və toluol kimi aromatik karbohidrogenlərin alınmasına yönəldilə bilər. Buna görə də neftin pirolizini bəzən neftin aromatlaşdırılması adlandırırlar. Piroliz prosesində neft xammalının çevrilmə sxemi kənardan sadə görünür. Xammal sabit yüksək temperaturlu sobaya daxil olur. Sobada o qaz formasına keçir. Sonra, sobadan çıxan qaz su vurulmasıyla möhkəmləndirilir.Bundan sonra qaz soyudulur.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. == Nisbi sıxlıq == Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Neftin aztolu birləşmələri
Neftin azotlu birləşmələri – alifatik, aromatik aminlərin, həmçinin heteroaromatik birləşmələrin mürəkkəb qarışığıdır. Onların ən sadə nümayəndələrindən biri RNH2. == Birləşmənin aqreqat halı == Bu birləşmələrin alçaqmolekullu nümayəndələri qaz, yüksəkmolekullu nümayəndələri isə mayelərdir. == Neftin tərkibində azotun miqdarı == Neftin tərkibində azotun miqdarı 1%- dən artıq olmur. Neft yatağından asılı olaraq bu faiz azalır. Azotlu birləşmələr yüksək temperaturda qaynayan fraksiyalarda və əsasən ağır qalıqlarda konsentrə olunub. Məsələn, Balaxanı neftinin distillatlarında azotun miqdarı: kerosində 0,015, qazoylda 0,081, maşın yağında 0,16, ağır silindr yağında 0,313, yüngül silindr yağında 0,418, qudronda 1,027% təşkil edir. Azotlu birləşmələrin əsas hissəsi neftdən 50-600C temperaturda 40 %-li sulfat turşusu ilə etil spirtinin qarışığı vasitəsi ilə çıxarılır. == Azotlu birləşmələrin qrupları == Azotlu birləşmələr iki böyük qrupa bölünür: azotlu əsaslar və neytral azotlu birləşmələr. == Azotlu əsaslar == Azotlu əsaslar – bir(bəzən iki) halqada azot atomunun əvəzolunması nəticəsində alınan və üçə qədər halqası olan heterotsiklik əsaslardır.
Neftin oksigenli birləşmələri
Neftin oksigenli birləşmələrinə - turşular, fenollar, ketonlar, efirlər və laktonlar, həmçinin furan və anhidrid birləşmələri aiddir. Neftin fraksiyalarının qaynama temperaturu artdıqca, oksigenli birləşmələrin də miqdarı artır. Neftin oksigenli birləşmələrinin miqdarı onun geoloji yaşı və əlaqədə olduğu süxurun təbiəti ilə sıx surətdə əlaqədardır. neftin oksigenli birləşmələri içərisində turşular və fenollar miqdarca daha çox olur. Bu birləşmələr turşu xassəsinə malik olduqlarına görə istər neftdən və istərsə də neft fraksiyalarından qələvilərin köməyilə ayrıla bilər. Onların ümumi miqdarı adətən turşu ədədi, yəni 1 q neft məhsuluna sərf olunana KOH-ın mq-la miqdarı ilə müəyyən edilir. Bütün oksigenli birləşmələr kimi, turşu xassəli maddələrin miqdarı da neft yatağının dərinliyi və yaşı artdıqca azalır. İndiki dövrə qədər turşu və fenolların analitik ayrılma çətinliyi, neftin tərkibində onların hansı nisbətdə olması haqqında dəqiq məlumat verməyə imkan vermir. Oksigenli birləşmələrdən neft turşuları daha çox öyrənilmişdir. "Neft turşuları" dedikdə, neftin tərkibinə daxil olan bütün alifatik, alitsiklik (naften), aromatik, hibrid quruluşlu turşular nəzərdə tutulur.
Neftin Çıxarılması (1907)
Neftin çıxarılması — 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Film haqqında == Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vasili Amaşukeli Operator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Neftin çıxarılması (film, 1907)
Neftin çıxarılması — 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Film haqqında == Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vasili Amaşukeli Operator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. == Neft emalı == Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. === Neft məhsullarının keyfiyyətinin orqanoleptik metodu === Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 115.02 dəfə / 1 mln.
2002 ••••••••••••••• 119.92
2003 ••••••••••• 89.76
2004 •••••••••••••• 115.89
2005 ••••••••••••• 101.22
2006 •••••••••••• 97.30
2007 ••••••••••• 88.59
2008 •••••••••••••••• 127.41
2009 ••••••••••••••••• 137.43
2010 ••••••••••••••••• 138.25
2011 •••••••••••••••••••• 167.72
2012 •••••••••••••••• 128.64
2013 ••••••• 57.77
2014 •••••••••• 77.57
2015 •••••••••••••••••• 142.90
2016 •••••••••••••••• 133.63
2017 •••••••••••• 93.49
2018 ••••••••• 72.22
2019 •••••••• 59.67
2020 •••••••••••••••••• 144.28

"neftin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#neftin nədir? #neftin sözünün mənası #neftin nə deməkdir? #neftin sözünün izahı #neftin sözünün yazılışı #neftin necə yazılır? #neftin sözünün düzgün yazılışı #neftin leksik mənası #neftin sözünün sinonimi #neftin sözünün yaxın mənalı sözlər #neftin sözünün əks mənası #neftin sözünün etimologiyası #neftin sözünün orfoqrafiyası #neftin rusca #neftin inglisça #neftin fransızca #neftin sözünün istifadəsi #sözlük