Xəzər neftçilərinin himni
== Haqqında ==
İnsanların əməyə həvəsləndirilməsi üçün şüar və çağırışların səsləndirildiyi, təmtəraqlı tədbirlərin keçirildiyi dövrlərdə müxtəlif məruzələrin dinlənilməsi, alqışlanması və hətta hansısa hadisənin şərəfinə mahnıların oxunması adət halını almışdı. Bu mahnıları istedadlı şairlər və bəstəkarlar bəzən sifarişlə, bəzən də səmimi-qəlbdən yaradırdılar. Ölkədə peşə bayramlarının dövlət səviyyəsində qeyd olunduğu zamanlarda belə mahnılara daha çox ehtiyac duyulurdu. Həmin bəstələr sonralar rəsmi tədbir çərçivəsindən çıxır.
Azərbaycan neftçilərinin bəxti xüsusilə gətirmişdi: Xəzərin neft sərvətlərinin mənimsənilməsinə başlanıldığı illərdə insanların böyük ruh yüksəkliyi ilə işləməsi sənətkarlara da ilham verirdi. O dövrdə incəsənət aləminin iki görkəmli korifeyi – Mixail Svetlov və Qara Qarayev Xəzər fatehlərinin şərəfinə bir mahnı yazdı. Bəstəkarın məharətlə istifadə etdiyi janr xüsusiyyətləri, dramatiklik və incə lirizm, milli musiqi çalarları ilə birlikdə yeni əsərə marş xarakteri vermiş, sənətkarların mahnının mövzusuna və qəhrəmanlarına necə böyük
"Xəzər neftçilərinin nəğməsi" adlanan bu əsər unudulmaz Rəşid Behbudovun repertuarına həmişəlik daxil olmuş, Müslüm Maqomayevin təntənəli, eyni zamanda lirik ifasında dəfələrlə səslənmişdi. Bu nəğmə hətta təmtəraqlı qurultayların, məruzələrin, pafoslu tədbirlərin həyatımızdan çıxdığı günlərdə də çoxminli auditoriya qarşısında sevilə-sevilə ifa olunan bir musiqi abidəsinə çevrilmişdir. Mahnı o qədər təbiidir ki, Azərbaycanın, onun paytaxtı Bakının hər bir sakininin təsəvvüründə dəniz neft yataqlarının mənimsənilməsi üçün soydaşlarımızın göstərdiyi əzmkarlığın tam mənzərəsini yaradır. Təəssüf ki, bu gün "Xəzər neftçilərinin nəğməsi" efirdə səslənmir.