Xəzər neftçiləri haqqında dastan (film, 1953)
== Məzmun ==
1949-1953-cü illərdə Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır.
Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir.
Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır.
== Festivallar və mükafatlar ==
1) 1960-cı ildə
Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov, Sergey Medınski filmə görə Lenin Mükafatı almışdır.
== Film haqqında ==
2008-ci ildə filmin ilk rəngli elektron nüsxəsi Rusiya arxivindən Dövlət Film Fonduna hədiyyə olunmuşdur. O vaxta qədər fondda filmin ağ-qara versiyası saxlanılırdı.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Roman Karmen
Ssenari müəllifi: İosif Osipov, İmran Qasımov, Roman Karmen
Operator: Roman Karmen, Cavanşir Məmmədov, Arkadi Zenyavin, Sergey Medınski
Bəstəkar: Qara Qarayev
Səs operatoru: Ağahüseyn Kərimov
İkinci rejissor: Məmməd Əlili
Sualtı çəkilişlərin operatoru: F. Leontoviç
Mahnıları ifa edən: Rəşid Behbudov
=== Filmdə iştirak edən ===
Rəşid Behbudov
== Mənbə ==
Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist. — 1958.- 29 avqust.