Neftçilər sözü azərbaycan dilində

Neftçilər

Yazılış

  • Neftçilər • 85.7121%
  • neftçilər • 14.2270%
  • NEFTÇİLƏR • 0.0609%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Neftçilər
"Neftçilər" — Azərbaycan rəssamı Tofiq Cavadovun 1956-cı ildə çəkdiyi rəsm əsəri.
Neftçilər Günü
Neftçilər Günü — neft-qaz sahəsində çalışanların peşə bayramı. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
Neftçilər metrostansiyası
Neftçilər metrostansiyası — Bakı metrosunda stansiya.
Neftçilər prospekti
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Azərbaycanda neftçilər günü
Neftçilər günü — Azərbaycanda, Neft-qaz sənayesində çalışan mütəxəssislər, mühəndislər, fəhlələr, geoloqlar və bu sahənin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin əməyinin qiymətləndirilməsi ilə bağlı peşə bayramı. == Azərbaycanda neftçilər günü — tarixi == Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir. 20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib. Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb.
Neftçilər prospekti (Bakı)
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925)
1925-ci ildə Bakı neftçilərinin istirahəti sənədli filmi 1925-ci ildə çəkilmişdir. Film "Kino-Mədənçi" studiyasında istehsal edilmişdir. Filmdə Bakı neftçilərinin fədakarlıqla işlədikləri kimi, səmərəli istirahət etməyi də bacardıqlarından bəhs olunur. == Məzmun == Filmdə Bakı neftçilərinin fədakarlıqla işlədikləri kimi, səmərəli istirahət etməyi də bacardıqlarından bəhs olunur. == Filmin üzərində işləyən == Operator: İvan Tartakovski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bakı neftçiləri (film, 1944)
Bakı neftçiləri qısametrajlı sənədli filmi 1944-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film müharibənin ən ağır illərində Bakı neftçilərinin Qələbəni yaxınlaşdırmaq üçün göstərdikləri əmək qəhrəmanlıqlarına həsr olunmuşdur. == Məzmun == Film müharibənin ən ağır illərində Bakı neftçilərinin Qələbəni yaxınlaşdırmaq üçün göstərdikləri əmək qəhrəmanlıqlarına həsr olunmuşdur. == Filmin üzərində işləyən == Operator: Seyfulla Bədəlov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
Bakıda neftçilərin tətili (1954)
Bakıda neftçilərin tətili — 16 iyul 1954-cü il tarixində öz həyat şəraitlərindən narazılıq edən və əsasən azərbaycanlılardan ibarət olan Bakı neftçiləri tərəfindən təşkil edilmiş və insan tələfatı ilə nəticələnmiş tətil.Milisin silahlı müdaxiləsi nəticəsində tətil iştirakçılarından təxminən 20 nəfər öldürülmüş, yüzlərlə insan həbs olunmuşdur. Həbs olunanlardan 300-ə yaxını sonradan SSRİ-nin müxtəlif bölgələrinə sürgün olunmuşdur. Sürgün olunanlar arasında tətil iştirakçılarının ailə üzvləri, qadınlar və uşaqlar da olmuşdur. == Reaksiya == Hadisə barədə məlumat 1954-cü ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə ötürülüb və 2007-ci ildə məlumatın üzərindən məxfilik qrifi götürülüb. Hazırda həmin məlumatla MKİ-nin kitabxanasında kağız və elektron variantda tanış olmaq mümkündür.
Dəniz neftçilərinin gündəlik işləri (film, 1965)
Xəzər neftçiləri (film, 1951)
== Məzmun == Film Xəzər neftçilərinin açıq dənizdə neft hasilatı uğrunda apardıqları fədakar işlərindən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ağarza Quliyev Ssenarinin planı: Əsgər İsmayılov Mətnin müəllifi: E.Məryəmov Operator: Əsgər İsmayılov, Leonid Koretski, Vladimir Zbudski Səs operatoru: Ağahüseyn Kərimov, B.Mejibovski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
Xəzər neftçiləri haqqında dastan (film, 1953)
== Məzmun == 1949-1953-cü illərdə Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır. Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir. Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır. == Festivallar və mükafatlar == 1) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov, Sergey Medınski filmə görə Lenin Mükafatı almışdır. == Film haqqında == 2008-ci ildə filmin ilk rəngli elektron nüsxəsi Rusiya arxivindən Dövlət Film Fonduna hədiyyə olunmuşdur. O vaxta qədər fondda filmin ağ-qara versiyası saxlanılırdı. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Roman Karmen Ssenari müəllifi: İosif Osipov, İmran Qasımov, Roman Karmen Operator: Roman Karmen, Cavanşir Məmmədov, Arkadi Zenyavin, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Sualtı çəkilişlərin operatoru: F. Leontoviç Mahnıları ifa edən: Rəşid Behbudov === Filmdə iştirak edən === Rəşid Behbudov == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist. — 1958.- 29 avqust.
Xəzər neftçilərinin himni
== Haqqında == İnsanların əməyə həvəsləndirilməsi üçün şüar və çağırışların səsləndirildiyi, təmtəraqlı tədbirlərin keçirildiyi dövrlərdə müxtəlif məruzələrin dinlənilməsi, alqışlanması və hətta hansısa hadisənin şərəfinə mahnıların oxunması adət halını almışdı. Bu mahnıları istedadlı şairlər və bəstəkarlar bəzən sifarişlə, bəzən də səmimi-qəlbdən yaradırdılar. Ölkədə peşə bayramlarının dövlət səviyyəsində qeyd olunduğu zamanlarda belə mahnılara daha çox ehtiyac duyulurdu. Həmin bəstələr sonralar rəsmi tədbir çərçivəsindən çıxır. Azərbaycan neftçilərinin bəxti xüsusilə gətirmişdi: Xəzərin neft sərvətlərinin mənimsənilməsinə başlanıldığı illərdə insanların böyük ruh yüksəkliyi ilə işləməsi sənətkarlara da ilham verirdi. O dövrdə incəsənət aləminin iki görkəmli korifeyi – Mixail Svetlov və Qara Qarayev Xəzər fatehlərinin şərəfinə bir mahnı yazdı. Bəstəkarın məharətlə istifadə etdiyi janr xüsusiyyətləri, dramatiklik və incə lirizm, milli musiqi çalarları ilə birlikdə yeni əsərə marş xarakteri vermiş, sənətkarların mahnının mövzusuna və qəhrəmanlarına necə böyük “Xəzər neftçilərinin nəğməsi” adlanan bu əsər unudulmaz Rəşid Behbudovun repertuarına həmişəlik daxil olmuş, Müslüm Maqomayevin təntənəli, eyni zamanda lirik ifasında dəfələrlə səslənmişdi. Bu nəğmə hətta təmtəraqlı qurultayların, məruzələrin, pafoslu tədbirlərin həyatımızdan çıxdığı günlərdə də çoxminli auditoriya qarşısında sevilə-sevilə ifa olunan bir musiqi abidəsinə çevrilmişdir. Mahnı o qədər təbiidir ki, Azərbaycanın, onun paytaxtı Bakının hər bir sakininin təsəvvüründə dəniz neft yataqlarının mənimsənilməsi üçün soydaşlarımızın göstərdiyi əzmkarlığın tam mənzərəsini yaradır. Təəssüf ki, bu gün “Xəzər neftçilərinin nəğməsi” efirdə səslənmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 24.17 dəfə / 1 mln.
2002 •••• 6.85
2003 •••••••••••••••• 31.10
2004 ••••••••••••••• 28.97
2005 ••••••• 12.82
2006 •••••••••••• 21.62
2007 ••••••••••••••••• 32.98
2008 ••••••••••• 19.98
2009 ••••••••• 16.16
2010 •••••••••• 18.06
2011 ••••••••••• 20.25
2012 •••••••••••••••••••• 38.89
2013 ••••••••••••• 24.65
2014 •••••••••••• 21.45
2015 ••••••••••••••••• 31.47
2016 •••••••••••••• 25.34
2017 ••••••••••••••• 28.45
2018 ••••••••••••• 24.87
2019 •••••••••••••• 25.73
2020 ••••• 9.55

"neftçilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#neftçilər nədir? #neftçilər sözünün mənası #neftçilər nə deməkdir? #neftçilər sözünün izahı #neftçilər sözünün yazılışı #neftçilər necə yazılır? #neftçilər sözünün düzgün yazılışı #neftçilər leksik mənası #neftçilər sözünün sinonimi #neftçilər sözünün yaxın mənalı sözlər #neftçilər sözünün əks mənası #neftçilər sözünün etimologiyası #neftçilər sözünün orfoqrafiyası #neftçilər rusca #neftçilər inglisça #neftçilər fransızca #neftçilər sözünün istifadəsi #sözlük