Neftlərin təsnifatı
Neftlərin təsnifatı
Müasir anlayışlara görə, neft aşağı və yüksək molekullu karbohidrogen və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət bir komponentdir.
Nefti təşkil edən əsas elementlər: karbon 83–87% və hidrogen 12–14% arasında dəyişir. Neftin tərkibinə digər elementlərdən kükürd, azot və oksigendə daxildir. Neftin tərkibində olan kükürdün miqdarı dəyişkəndir: bir neçə yüzdə və hətta mində birdən 6–8%-ə qədər, bəzi hallarda 10-a və hətta 14%-ə qədər olur. Kükürd birləşmələri neft məhsullarının keyfiyyətinə əhəmiyyətli (ən çox mənfi) təsir göstərir.
Azot və oksigen az miqdarda neftlərin tərkibinə daxildir: azot 0,02–1,7%, oksigen 0,05–3,6%.
Əlavə olaraq neftlərdə əhəmiyyətsiz miqdarda çoxlu elementlərə rast gəlinir.
Əsrin əvvəllərindən etibarən, neftlərin təsnifatını vermək üçün bir çox cəhdlər edildi, bunlardan əsas üç qrupu göstərmək olar:
kimyəvi ;
geokimyəvi (genetik);
texnoloji (sənaye, ticarət).
== Kimyəvi təsnifatlar ==
Neftlərin kimyəvi təsnifatı üçün müxtəlif variantlar təklif edilmişdir: onlardan iki alt təsnifatı ayırmaq olar. Birinci alt təsnifat neftləri fiziki-kimyəvi xüsusiyyətlərinə görə ayırır:
neftin sıxlığı;
360o C -ə qədər distillə edilmiş yüngül fraksiyaların məhsuldarlığı;
qatranlı-asfalten maddələrin tərkibi;
bərk karbohidrogenlərin (parafin) tərkibi.