neytron-karotaj sözü azərbaycan dilində

neytron-karotaj

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • neytron-karotaj • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karotaj
Karotaj - geoloji kəsilişdə faydalı qazıntıların (neft, qaz, kömür, müxtəlif filiz və b.) müəyyən edilməsi, quyu kəsilişlərinin öyrənilməsi və başqa geoloji məsələlərin həlli üçün aparılan geofiziki quyu tədqiqatları == Haqqında == Kəsilişdə hansı fiziki və ya kimyəvi parametrlərin öyrənilməsindən asılı olaraq elektrik, radioaktiv, akustik, qaz və b. karotaj növlərindən və onların kompleksindən istifadə olunur. Kompleks karotaj isə kəşfiyyatın hansı faydalı qazıntıya aparılmasından, rayonun geoloji quruluşundan, qazımanın texniki şəraitindən və b. asılı olaraq seçilir. Karotaj prosesində alınmış məlumatlar karotaj stansiyası kompleksinə daxil olan aparaturanın köməyi ilə qeydə alınır. Karotaj dioqramı öyrənilən parametrlərin verilmiş miqyasda quyu kəsilişi üzrə fasiləsiz dəyişməsini əks etdirir. Bəzi tədqiqatçılar karotaj termini əvəzinə "üsul", "-metriya" (məsələn: radiometriya, qamma-üsul) və "Quyuların geofiziki tədqiqatları" terminlərindən istifadə olunmasını məqsədəuyğun hesab edirlər. == Elektrik karotajı == Elektrik karotajı (elektrokarotaj) quyu tədqiqatlarının geofiziki üsullarından biridir, süxurların və faydalı qazıntıların xüsusi elektrik müqavimətinə (r), polyarizasion potensiala və ya dielektrik keçiriciliyinə əsaslanır. Müqavimət karotajı (MK) və təbii elektrik sahələrinin karotaj üsulları (xüsusi polyarizasion potensial üsulla, SP, PÜ) daha geniş tətbiq olunurlar. Neft quyularında əsasən süxurların xüsusi elektrik müqavimətini təyin etmək üçün yan karotaj zondlaşdırılmasından, kömür və filiz yataqlarına qazılan quyuların tədqiqində isə süni partlayış potensiallarının (PP) karotajı və cərəyan qeydiyyatı üsullarından (TK, TKÜ) istifadə olunur.
Neytron
thumb|200px|Neytronun kvark quruluşu Neytron yükə malik olmayan elementar hissədir. Neytronlar protonla birlikdə atom nüvəsini əmələ gətirir və bu iki hissə ümumi şəkildə nukleon adlandırılır. Neytron barionlar sinfinə aiddir. Neytronun kəşfi (1932) fizik C.Çedvikə mənsubdur. O bu kəşfi üçün 1935-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Sərbəst neytronun kütləsi 939,6 MeV-dır. Bu protonunkundan 1,3 MeV böyükdür. O, elektrik yükü daşımır, ancaq zəif maqnit momentinə malikdir. Birləşmiş hissəcik kimi neytron genişlənmiş formadadır və onun diametri 1,5 · 10−15 m-dir. Neytronun ömrü təxminən 886 saniyə (15 dəqiqə) çəkir.
Akustik karotaj
Akustik karotaj — duyulan səs və ultrasəs diapazonunda tədqiqi üsulu. Neft-qaz quyuları kəsilişlərində müxtəlif litoloji tərkibli layların ayrılması, perspektivli kollektor layların seçilməsi və onların məsaməliyinin müəyyən edilməsi, boruarxası boşluğun sementlənmə keyfiyyətinə nəzarət məqsədilə aparılır. Akustik karotaj dərin quyularda səs (5-20 kHs) və ultrasəs (25-30 kHs) tezlikli akustik şüalandırıcı cihazlar vasitəsilə süni yaradılmış və mühitdə yayılmış elastiki dalğaların kinematik və dinamik xarakteristikalarının öyrənilməsinə əsaslanır.
Radioaktiv karotaj
Radioaktiv karotaj - süxurların təbii və süni yaradılmış radioaktivliyinin ölçülməsinə əsaslanan quyuların geofiziki tədqiqat üsulları. Radioaktiv karotaj neft-mədən geofizikasında tətbiq olunan əsas növləri bunlardır: süxurların təbii qamma aktivliyinin intensivliyinin ölçülməsinə əsaslanan qamma-karotaj (QK); süxurların qamma-kvant mənbələri ilə şüalanmasından baş verən səpinti qamma-şüalanma intensivliyinin ölçülməsinə əsaslanan qamma-qamma-karotaj (QQK); süxur maddəsi ilə neytroan axınlarının qarşılıqlı effektinin öyrənməsinə əsaslanan neytron karotaj (NK). Radioaktiv karotaj məlumatlarından neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı olan geoloji məsələrin həllində, neft-qaz yataqlarının istismarına nəzarətdə, quyuların qazılma prosesində bəzi texniki məsələlərin həllində və b. sahələrdə geniş istifadə olunur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Neytron bombası
Neytron bombası — İnfrastruktura toxunmadan və radiasiya yaratmadan, ancaq canlı qüvvəni məhv edən silah. Neytron bombasının konsepsiyasını ilk dəfə ABŞ fiziki Samuel Koen 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb.
Neytron ulduz
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Neytron ulduzu
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Neytron əksetdiricisi
Neytron əksetdiricisi - nüvə reaktorunun aktiv zonasını əhatə edən və neytronların zonadan kənara axmasını azaldan maddə təbəqəsi. Nüvə əksetdiricisində neytronların əks etdirilməsi zəncirvari reaksiyanın gedişini təmin edən yanacağa qənaət olunmasına imkan verir. Nüvə əksetdiricisi üçün yavaşıdıcı kimi işlənən maddələrdən istifadə olunur.
Neytron döyüş sursatı
Neytron döyüş sursatı - güclü neytron şüalanması ilə təsir göstərən nüvə silahı növü. Neytron döyüş sursatında partlayış xarakterli bölünmə və sintez nüvə reaksiyalarından istifadə olunur. Hazırlanmasında əsas ilkin maddə kimi deyteriumla tritiumun qarışığı işlədilir. Partlayış enerjisi bütün canlılara, o cümlədən daldalanacaqda və sair yerlərdə gizlənmiş adamlara təsir göstərir. == Təsiri == Neytron döyüş sursatının dağıdıcı və yandırıcı təsiri nüvə bombalarına nisbətən zəif, orqanizmi şüalandırma qabiliyyəti isə çox yüksəkdir. Neytron döyüş sursatı növlərindən biri hədəfdən 30-130 m yüksəkdə partladılarkən 200-400 m radiusdakı obyektlər zərbə dalğası və işıq şüalanmasından məhv olur, [[1000]-1200 m radiusdakı adamlar bir anda, 1500 m radiusdakılar isə iki gün ərzində tələf olur. == İstehsalı == 1981-ci ildən ABŞ-da neytron döyüş sursatının kütləvi istehsalı başlanmışdır. Neytron döyüş sursatının növlərindən biri Lens raketi və 203,2 mm-lik mərmilər həm neytron, həm də nüvə partladıcısı ilə təchiz olunur.

Oxşar sözlər

#neytron-karotaj nədir? #neytron-karotaj sözünün mənası #neytron-karotaj nə deməkdir? #neytron-karotaj sözünün izahı #neytron-karotaj sözünün yazılışı #neytron-karotaj necə yazılır? #neytron-karotaj sözünün düzgün yazılışı #neytron-karotaj leksik mənası #neytron-karotaj sözünün sinonimi #neytron-karotaj sözünün yaxın mənalı sözlər #neytron-karotaj sözünün əks mənası #neytron-karotaj sözünün etimologiyası #neytron-karotaj sözünün orfoqrafiyası #neytron-karotaj rusca #neytron-karotaj inglisça #neytron-karotaj fransızca #neytron-karotaj sözünün istifadəsi #sözlük