Nijni-Novqorod
Nijni Novqorod (rus. Нижний Новгород) — Rusiyada şəhər, Nijeqorod vilayətinin mərkəzi. 1932–1990-cı illərdə yazıçı Maksim Qorki şərəfinə Qorki (rus. Горький) adlanırdı. 1,3-milyonluq əhalisi olan Nijni Novqorod Rusiyanın beşinci ən iri şəhəridir.
Nijni Novqorod 1221-ci ildə böyük knyaz II Yuri Vsevolodoviç tərəfindən salınıb.
Nijni-Novqorod Suzdal Rusunun forpost-qalası kimi onun şərq sərhəddində meydana gəldi və sonra Volqa boyu diyarlara istiqamətlənən müstəmləkəçilik tədbirlərinə dayaq məntəqəsi olaraq xidmət edirdi. Vladimir-Suzdal knyazı Yuri Dolqoroki (Dolqoroki – onun ləqəbidir, yəni "əliuzun", təcavüzkar) Oka çayının Volqaya töküldüyü yerdə yerli Mordva tatarlarınının Çul Kala kəndini tutdu və mordva tatar ölkəsinə qarşı 1221-ci ildə burada Nijni-Novqorod qalasını tikdirdi. O bu kəndi Novqorod Velikidən fərqləndirmək üçün onu Nijni-Novqorod (Aşağı yeni şəhər) adlandırdı. Lev Qumilyev bu şəhərin tarixi barədə yazırdı: XIII əsrdə Volqa hələ rus çayı deyildi.