Nikolay sözü azərbaycan dilində

Nikolay

Yazılış

  • Nikolay • 99.4788%
  • NİKOLAY • 0.3986%
  • nikolay • 0.0920%
  • Nİkolay • 0.0307%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nikolay
Nikolay — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Nikolay Kurnakov — rus fizika-kimyaçısı (1893), əməkdar professor (1907), kimya elmləri doktoru (1909) Nikolay Luzin — SSRİ və Rusiya riyaziyyatçısı Nikolay Morozov — Rus inqilabçı, alim və ictimai xadimi. Nikolay Olyalin — sovet aktyoru, Ukrayna xalq artisti Nikolay Petruxin — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). Nikolay Popov — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Statsyuk — Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945) Nikolay Suxov — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944) Nikolay Zinin — Rus kimyaçısı, Peterburq Elmlər Akademiyasınin akademiki (1865) Nikolay Çernışevski — Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.
II Nikolay
II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], Sovet Rusiyası[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. == Həyatı == Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar. Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib.
I Nikolay
I Nikolay
Müqəddəs Nikolay
Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır. O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı. Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
Nikolay Abaza
Nikolay Savviç Abaza (rus. Никола́й Са́ввич Абаза́; 7 (19) avqust 1837, Moskva – 21 sentyabr (4 oktyabr) 1901, Moskva) — Rusiya dövlət xadimi. Nikolay Savviç Abaza 1837-ci ildə Moskvada anadan olmuşdur. O, Aleksandr Abazanın əmisioğludur. Abaza 1880–1881-ci illərdə Mətbuat İşləri üzrə Baş İdarəsinin rəisi, Ali İnzibati Komissiyanın üzvü olmuşdur. O, 1880-ci ildən senator, 1890-cı ildən Dövlət Şurasının üzvü kimi xidmət etmişdir. Abaza 1891-ci ildən torpaq mülkiyyətinin zadəganlığını qorumaq tədbirləri məsələsini müzakirə etmək üçün komissiyanın sədri olmuşdur. Альманах современных русских государственных деятелей. — СПб.: Тип. Исидора Гольдберга, 1897.
Nikolay Abramoviç
Nikolay Yakovleviç Abramoviç (rus. Никола́й Я́ковлевич Абрамо́вич; 29 oktyabr (10 noyabr) 1881, Taqanroq, Don Voysko vilayəti[d] – mart 1922, Moskva) — Rusiya ədəbiyyatşünası, nasiri, şairi və publisisti. Təxəllüsləri "Nikolay Muravyov" və "N. Kadmin" olmuşdur. Qısa hekayələrin, "Tozlu yol" novellasının (1911), "Yolda olan qadın" romanının (1917) və qardaşı ilə birgə yazdığı bir neçə "dekadent" romanın müəllifidir. Литературно-критические очерки, кн. I. — СПб., 1909. Жизнь и творчество. — СПб., 1909. В осенних садах. — 1909.
Nikolay Adonts
Nikolay Georgiyeviç Adonts (rus. Никола́й Гео́ргиевич Адо́нц, erm. Նիկողայոս Գեորգիի Ադոնց; əsl adı Nikolayos Ter-Avetikyan; rus. Николайос Тер-Аветикян, rus. Նիկողայոս Տէր-Աւետիքեան; 10 (22) yanvar 1871, Brnakot, Zəngəzur qəzası – 27 yanvar 1942[…], Brüssel) — erməni əsilli Rusiya Bizansşünası və ermənişünası, ictimai xadimi və tarixçisi. 1920-ci ildən xaricdə, 1930-cu ildən Brüssel Universitetinin professoru olmuşdur. Ermənistan tarixi, erməni–Bizans münasibətləri üzərində ixtisaslaşmışdır. 2000-ci ildə Ermənistanda Adontsa həsr olunmuş poçt markası buraxılmışdır. Filologiya elmləri doktoru (1916). Sankt-Peterburq Universitetinin professoru (1916).
Nikolay Amosov
Nikolay Amosov (6 (19) dekabr 1913 – 12 dekabr 2002, Kiyev) — Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü (1961). Nikolay Amosov 1913-cü il dekabrın 6-sı Rusiya Federasiyasının indiki Voloqda vilayətinin Olxov kəndində anadan olmuşdur. O, 1939-cu ildə Arxangelsk Tibb İnstitutunu, 1940-cı ildə isə Ümumittifaq Qiyabi Sənaye İnstitutunu bitirmişdir. Nikolay Amosov 1947–52-ci illərdə Bryansk vilayət xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, 1952–54-cü illərdə Ukrayna Elmi-Tədqiqat Vərəm və Döş Cərrahiyyəsi İnstitutunun döş cərrahiyyəsi klinikasının rəhbəri, 1955–70-ci illərdə Kiyev Həkimləri Təkmilləşdirlmə İnstitutunda döş cərrahiyyəsi və anesteziologiya kafedrasının müdiri, 1983–88-ci illərdə Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyəsi İnstitutunun rəhbəri vəzifəsində çalışmışdır. 1960-cı ildən eyni zamanda Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun biokibernetika şöbəsinin rəhbəri idi. Amosovun elmi əsərləri ürəyin, ağciyərin cərrahiyyəsinə, damar və qarın cərrahiyyəsinə, habelə bioloji və tibbi kibernetika məsələlərinə həsr edilmişdir. 1958-ci il — Ukrayna SSR əməkdar elm xadimi. 1973-cü il — Sosialist Əməyi Qəhrəmanı. 1961-ci il — Lenin mükafatı. 1968-ci il — Ukrayna SSR Dövlət mükafatı laureatı.
Nikolay Andreyev
Nikolay Andreyev (dilçi) — Sovet və Rusiya dilçisi. Nikolay Andreyev (fizik) — rus fiziki, Rusiyada akustikanın banisi.
Nikolay Andrusov
Andrusov Nikolay İvanoviç (rus. Андрусов, Николай Иванович) – rus geoloqu, paleontoloq. Peterburq EA-nın 1914-cü ildən akademiki. Əsas tədqiqatları Pont-Xəzər hövzəsinin Neogen çöküntülərinin stratiqrafiyası və paleon tologiyasına, Avrasiyanın Alp zonasının tektonikasına və paleo coğrafiyasına, həmçinin qazıntı riflərinə və orqanogen əhəng daşılarına həsr olunmuşdur. Andrusov paleoekologiyanın banilərindən biridir. Andrusov 1895-ci ildə Şimali Qafqazda və Azərbaycanda Neogen və Paleogen sistemlərinin çöküntülərini tədqiq etmişdir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Nikolay Anisimov
Nikolay Andreyeviç Anisimov (12 may 1892, Orlov vilayəti (Qroznı) - 25 yanvar 1920, Novoçerkassk) — inqilabçı, bolşevik, Şimali Qafqazda Sovet hakimiyyəti uğrunda mübarizənin iştirakçısı. Nikolay Andreyeviç Anisimov Orlov quberniyasında (digər mənbələrə görə - Qroznıda) anadan olub. 1903-cü ildə atası tətildə iştirak etdiyi üçün həbs edilib və həbsxanada vəfat edib. 1911-ci ildə Anisimov Qroznı real məktəbini bitirib Sankt-Peterburq Politexnik İnstitutuna qəbul oldu. 1913-cü ildə ÜKP (b) sıralarına üzv qəbul edildi, tələbələrin inqilabi fəaliyyətlərində iştirak etməyə başladı. Tətil günlərində Qroznıya gələrkən neftçilərin tətilində fəal iştirak etdi. Bu fəaliyyətinə görə həbs edilərək institutdan xaric edildi. 1914-cü ildə Qroznı Bolşevik təşkilatının liderlərindən biri oldu. Fevral inqilabından sonra Qroznı Fəhlə Deputatları Sovetinə rəhbərlik etməyə başladı. 1917-ci ilin dekabrında Tapa Çermoyevin rəhbərliyi altında Çeçen Şurası fəhlələri və inqilabçı əsgərləri tərksilah etmək tələbi ilə Qroznı Fəhlə Deputatları Sovetinə ultimatum ünvanladı.
Nikolay Anserov
Nikolay İvanoviç Anserov – rus antropoloqu, anatomu və morfoloqu. N. Anserov Moskva Universitetinin tibb fakültəsini bitirmişdir (1916). Perm Universitetində (1923–26), Azərbaycan Dövlət Universitetində (1927–30), Azərbaycan Tibb İnistitutunda (1930–36), eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunda (1931–37), 3-cü Moskva Tibb İnistitutunda (1937–41), Moskva Birləşmiş Tibb İnistitutunda (1941–44) kafedra müdiri işləmişdir. Tədqiqatları insanın həzm orqanlarının ontogenezinin və insan skeletinin qan təchizatının öyrənilməsinə həsr edilmişdir. O, uşaqlarda qarışıq qidalanmaya keçdikdən sonrakı və pubertat dövrlərdə bağırsaqların böyüməsini müəyyən etmişdir (1922). Azərbaycan xalqının antropoloji xüsusiyyətlərinin öyrənilməsində xidmətləri olmuşdur.
Nikolay Arabacı
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva)—Qaqauz şairi. İlk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri İnstitutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRİ-nin İstanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər. İstanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalı­şan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradı­cılığa başlayır. İlk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir. SSRİ-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı.
Nikolay Aristov
Nikolay Yakovleviç Aristov (rus. Никола́й Я́ковлевич А́ристов, 13 dekabr 1834-7 sentyabr 1882)—Rusiya tarixçisi.
Nikolay Aşmarin
Nikolay İvanoviç Aşmarin (rus. Никола́й Ива́нович Ашма́рин; 22 sentyabr (4 oktyabr) 1870, Yadrin[d], Yardin qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 26 avqust 1933, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — Rus türkoloqu. Uşaqlığını Çuvaş türkleri arasında keçirdiyindən Çuvaş dilinə və folkloruna ilgi duydu. Şərq dilləri üzrə oxudu (1892). Türkoloji doktoru. Kazan üniversitetinde dərs verdi. Материалы для исследования чувашского языка. (1897–1898); Болгары и чуваши. (1902) Опыт исследования чувашского синтаксиса. Часть I. (1903); Опыт исследования чувашского синтаксиса.
Nikolay Baboğlu
Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008) — qaqauz şairi. Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır. Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur. “Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür.
Nikolay Baskakov
Nikolay Baskakov (rus. Николай Александрович Баскаков; d. 22 mart 1905, Rusiya imperiyası, Arxangelsk quberniyası, Solvıçeqodsk şəh; ö. 23 mart 1995, Moskva) — Rusiya türkoloqu, folklorşünas, etnoqraf. Filologiya elmlər doktoru (1950), professor (1969). Fin-uqor dilləri cəmiyyətinin (Finlandiya, Helsinki) müxbir üzvü (1966), Ural-Altay dilləri cəmiyyətinin (AFR, Hamburq; 1968), Böyük Britaniya və İrlandiyanın Asiya Kral cəmiyyətinin (London, 1975), Macarıstan və Polşa Şərqşünaslar cəmiyyətlərinin fəxri üzvü, Tür. SSR (1962), Qazax. SSR, RSFSR (1967) və Qaraqalpaq MSSR-in (1960) əməkdar elm xadimi. Baskakov Orta Asiya, Qafqaz, Dağıstan və Sibirdə çox saylı ekspedisiyalarda iştirak etmiş, türk xalqlarının dili, tarixi və etnoqrafiyasına dair topladığı zəngin material əsasında bir neçə monoqrafiya nəşr etdirmişdir. Qaraqalpaq, noqay, Altay, tatar, türkmən, uyğur və s.
Nikolay Baybakov
Nikolay Kostantinovic Baybakov (7 mart 1911, Sabunçu, Bakı qəzası – 31 mart 2008, Moskva) — Sovet dövlət xadimi, "Lenin" mükafatı laureatı (1963), Texnika Elmləri Doktoru (1972), SSRİ Dövlət Mükafatları Laureatı (1969), SSRİ-nin fəxri neftçisi (1970), Azərbaycan Neft Sənayeinin müavini (1958–1959), Azərneft Birliyinin rəisi (1959–1962). Nikolay Konstantinoviç Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində anadan olub. 1932-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Qırmızı bayraqlı Azərbaycan neft institutunun neft-mədən fakültəsini bitirərək, Bakı şəhərinin neft mədənlərində işləmişdir. Baybakov N. K. 1937-ci ildən "Leninneft" trestində mədən müdiri, baş mühəndis və müdir işləyib. 1938-ci ildə o yenidən yaradılmış "Şərqneftçıxarma" (Kuybışev ş.) birliyinin rəisi təyin edilir. 1939-cu ildə Yanacaq Sənayesinin Xalq Komissarlığında ölkənin şərq rayonlarında neft hasilatı üzrə Baş İdarə yaradılmışdı və Baybakov N. K. bu Baş İdarənin müdiri vəzifəsinə irəli çəkilmişdi. 1940-cı ildə Yanacaq sənayesi xalq komissarlığının müavini təsdiq edildi. 1944-cü ildə neft sənayesi üzrə xalq kommisarı seçilir. 1955-ci ildə — SSRİ Dövlət Plan Komitəsinin sədri olub. 1956-cı ildə Rusiya Dövlət Plan Komitəsinin sədri, RSFSR Nazirlər Şurası sədrinin birinci müavini olub.
Nikolay Bayev
Nikolay Georgiyeviç Bayev (rus. Николай Георгиевич Баев) — erməni əsilli memar və mülki mühəndis. Opera və Balet teatrının və Bakı Keçmiş Dəmiryol Vağzalı binalarının ucaldıb. 1875-ci ildə Həştərxanda doğulmuşdur. Atası Georgi tacir idi. 1896-cı ildə gimnaziyadan məzun olub Sankt Peterburqa gedənə qədər Həştərxanda təhsil almışdır. 1901-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutundan məzun olub. Universitetin bir çox məzunu kimi o da Bakıya köçmüş və burada işləmək qərarına gəlmişdir. 1911–1918-ci illərdə Bakı şəhərinin baş mühəndisi idi. Birinci Dünya müharibəsi başlayandan sonra Bayev bir müddət Bakını tərk edir və Yessentukidə qalır.
Nikolay Beketov
Nikolay Nikolayeviç Beketov (13 yanvar 1827, Sankt-Peterburq – 13 dekabr 1911, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) – rus kimyaçısı, fiziki kimyanın qurucularından biri Nikolay Nikolayeviç Beketov Penza əyalətinin Yeni Beketovka kəndində anadan olmuşdur. 1-ci Peterburq Gimnaziyasında təhsil almışdır; 1844-cü ildə Sankt-Peterburq Universitetinə daxil olmuş, lakin üçüncü kürsdan Qazan Universitetinə keçmiş və 1849-cu ildə oranı bitirmişdi. 1849–1853-cü illərdə Beketov Sankt-Peterburqda Tibbi Cərrahiyə Akademiyasında N. N. Zininin kimya laboratoriyasında çalışmışdı. 1854-cü ildə Beketov kimya üzrə magistr dərəcəsi almış, 1855-ci ildə Xarkov Universitetinin kimya kafedrasına köməkçi təyin olunmuş və 1859-cu ildə isə orada kimya professoru olmuşdu. Xarkovda Beketov 1886-cı ildə Sankt-Peterburq Elmlər Akademiyasının akademiki seçilənədək işləmişdi. 1886-cı ildə Beketov Sankt-Peterburq şəhərinə köçmüş, orada kimya laboratoriyasında çalışmış və ali qadın kurslarında dərs demişdi. 1890-cı ildə o, Moskva Universitetində "Termokimyanın əsas prinsipləri" kursu üzrə mühazirə oxumuşdu. Beketov bir neçə dəfə Rusiya Fizika-Kimya Cəmiyyətinin (1889–1890, 1896–1897, 1900, 1902, 1903, 1911) prezidenti seçilmişdi. Elmi fəaliyyətinin əvvəlində Beketov üzvi kimya sahəsində çalışmışdı. Zininlə birlikdə o, üzvi maddələrin yüksək temperaturda davranışını araşdırmışdı.
Nikolay Berdyayev
Berdyayev Nikolay Aleksandroviç (rus. Никола́й Алекса́ндрович Бердя́ев; 6 (18) mart 1874[…], Kiyev[…] – 24 mart 1948[…], Klamart[d]) — rus ilahiyyatçı filosofu. İlk dəfə əsas ideyalarını "Yaradıcılığın mənası" əsərində vermişdir. Daha sonra isə fikirlərini müxtəlif əsərlərində inkişaf etdirmişdir. Azadlıq, şəxsiyyət, yaradıcılıq və obyektivləşmə, tarixin esxatoloji mənası ideyaları onun fəlsəfəsinin əsasında dayanır. Berdyayev realığılı dualist şəkildə təqdim edir: bir tərəfdə ruh (Allah), azadlıq, subyekt (şəxsiyyət, "Mən"), noumen, digər tərəfdə isə empirik dünya, zərurət, fenomen və obyekt qarşı-qarşıya qoyulur. Hər iki dünya bir-birindən təcrid olunmuş şəkildə mövcud deyil, bir-biri ilə qarşılıqlı əlaqədədir: ruh və azadlıq noumenal dünyadan çıxaraq, fenomenal dünyaya təsir edir. Ruhun bu dünyadakı fəaliyyətinin nəticələri subyektdən qoparaq empiriyanın məhdudluqlarına – qanunlara tabe olur. Azadlığın bu cür şəkildə zərurətə düşməsini Berdyayev obyektivləşmə adlandırır və iztirab, köləlik, şərin ontoloji əsasında onun dayandığını iddia edir. Filosofun fikrincə, bu dünyada obyektivləşməyə qarşı duran yaradıcılıqdır.
Nikolay Boqolyubov
Nikolay Boqolyubov (10 (22) oktyabr 1899 – 9 mart 1980, Moskva) — sovet aktyoru. Aktyor Yuri Boqolyubovun atasıdır. Uzaq sahillərdə (film, 1958) ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
Nikolay Bulqanin
Nikolay Aleksandroviç Bulqanin (11 iyun (30 may) 1895-ci il, Nijni Novqorod — 24 fevral 1975, Moskva) — SSRİ dövlət və hərbi xadimi, Sov. İKP Siyasi Bürosu üzvü (1948—1958), Sovet İttifaqı Marşalı (3 noyabr 1947, 26 noyabr 1958-ci ildə rütbədən məhrum edilib).
Nikolay Buqay
Nikolay Buqay (d. 19 dekabr 1941-ci il, Starotitarovskaya stanitsası, Temrük rayonu, Krasnodar diyarı) — Rusiya tarixçisi, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi əməkdaşı, Rusiya Federasiyanının Regional inkişafı Nazirliyinin Millətlərarası münasibətlər Departamentinin məsləhətçisi. Nikolay Fyodoroviç Buqay 19 dekabr 1941-ci ildə SSRİ-də, RSFSR-in Krasnodar diyarının Temrük rayonunda yerləşən Starotitarovskaya stanitsasında anadan olmuşdur. Nikolay Buqayın atası Fyodor Alekseyeviç Buqay mexanik olaraq çalışırdı, anası Varvara Petrovna Buqay isə xidmətçi idi.
Nikolay Burdenko
Nikolay Nilovic Burdenko (Tam adı: rus. Никола́й Ни́лович Бурде́нко; 22 may (3 iyun) 1876, Kamenka, Penza quberniyası[d] – 11 noyabr 1946, Moskva) — Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının akademiki (1939), SSRİ Tibb Elmlər Akademiyasının akademiki (1944) və ilk prezidenti (1944– 46), tibb xidməti general-polkovniki (1944), Sosialist Əməyi Qəhrəmanı (1943), SSRİ Dövlət mükafatı laureatı (1941). Yuryev Universitetini bitirmişdir (1906). 1906–18-ci illərdə həmin universitetdə assistent, privat-dosent, cərrahiyyə klinikasının professoru işləmişdir. Birinci dünya müharibəsi illərində müxtəlif cəbhələrdə cərrah-məsləhətçi, Rusiya ordusunun hərbi-sanitariya müfəttişi olmuşdur. 1918–22-ci illərdə Voronej Universitetinin, 1923-cü ildən 1-ci MDU-nun cərrahiyyə professoru işləmişdir. Eyni zamanda (1929-cu ildən) Rentgen İn-tunun neyrocərrahiyyə klinikasının direktoru olmuşdur. Klinikanın bazasında 1934-cü ildə Mərkəzi Neyrocər rahiyyə institutu (indiki Rusiya Tibb Elmlər Akademiyasının N.N.Burdenko adına Elmi Tədqiqat Neyro cərrahiyyə İnstitutu) yaradılmışdır. Böyük Vətən müharibəsi illərində sovet ordusunun baş cərrahı olmuşdur. Burdenko SSRİ-də neyrocərrahiyyənin banilərindən biridir.
II Nikolay Romanov
II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], Sovet Rusiyası[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. == Həyatı == Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar. Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib.
I Nikolay (Rusiya imperatoru)
I Nikolay Pavloviç (rus. Николай I Павлович; 25 iyun (6 iyul) 1796, Böyük Qatçina sarayı, Sankt-Peterburq quberniyası[d] – 18 fevral (2 mart) 1855, Qış sarayı) — Romanovlar sülaləsindən olan Rusiya çarı. == Krım müharibəsinin başlamasında rolu == Avstriya imperatorunun xahişi ilə I Nikolay rus qoşunlarının Macarıstanda baş verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar. Yaranmış şəraitdə Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III Napoleon bundan istifadə edərək Müqəddəs İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını tələb edir, sultan isə bundan qəti olaraq imtina edirdi. Məhz bu zəmində "Şərq məsələsi"yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı. Şərq məsələsinin qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya. Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs İttifaqın dağıdılmasına çalışırdı. I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi. Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazlarında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına üstünlük verirdi.
Kral Nikolay Sarayı
Kral Nikolay Sarayı — Monteneqronun Çetinye şəhərində tarixi məkan. == Tarixi == Saray Kral Nikolayın dövründə - 1863-cü ildə tikilmişdir. Orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. == Muzey == Saray hazırda muzey kimi fəaliyyət göstərir. Muzeydə Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanmışdır. Burada bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur. == Bərpası == Sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilmişdir.
Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı.
Mariya Nikolayevna Romanova
Mariya Nikolayevna Romanova (rus. Мария Николаевна; 26 iyun 1899, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 17 iyul 1918) — Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın qızı.
Mixail Nikolayev
Mixail Efimoviç Nikolayev (rusca: Михаил Ефимович Николаев, 13 noyabr 1937, Oktyomtsı[d], Yakutiya MSSR – 4 avqust 2023, Moskva) — 1991-ci ildən 2002-ə qədər Saxa Respublikasının (Yakutiya) prezidenti, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini, VI çağırış Federal Məclisi Dövlət Dumasının üzvü. Mixail Nikolayev 13 noyabr 1837-ci ildə Yakutiya SSR-də anadan olmuşdur. O, əmək fəaliyyətinə 1961-ci ildə Omsk Dövlət Baytarlıq İnstitutunu bitirib baytar kimi başladı. Daha sonra isə işini komsomol kimi davam etdirdi:Komsomol rayon komitəsinin birinci katibi, Komsomol Yakutiya Regional Komitəsinin Komsomol orqanlarının şöbə müdiri,Yakutiya Komsomol Şəhər Komitəsinin birinci katibi oldu. 1963-cü ildən 1991-ci ilə qədər(Sov.İKP bağlanana qədər) Sovet İttifaqı Kommunist Partiyasının üzvü oldu. 1969–1971-ci illərdə Sov. İKP-in Ali Partiya Məktəbində təhsil alıb. 1975-ci ildən 1979-cu ilə qədər Yakutiya SSR Nazirlər Şurasının sədr müavini olmuşdur. 1979–1985-ci illərdə Respublika Kənd Təsərrüfatı naziri olmuşdur. 1985-ci ildən 1989-cu ilə qədər Sov.
Mixail Nikolayeviç Romanov
Mixail Nikolayeviç Romanov (13 oktyabr 1832, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 18 dekabr 1909, Kann) — imperator I Nikolayın dördüncü və sonuncu oğlu, general-feldmarşal, Qafqaz canişini. Mixail Nikolayeviç Romanov Qafqaz canişini (6.12.1862-27.07.1881).
Möcüzə göstərən Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Möcüzəkar Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Müqəddəs Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi (Bakı)
Müqəddəs Nikolay kilsəsi (Bakı)
Müqəddəs Nikolay kilsəsi — 1857–1930-cu illərdə fəaliyyət göstərmiş kilsə. Kilsənin tikintisinə 1850-ci il 18 mart tarixində başlanıldı. Bünövrənin əsasına məbədin tikildiyi il, ay və gün göstərilmiş gümüşü zərli lövhəcik qoyulmuşdu. Layihənin müəllifi tiflisli memar Belov idi. Kilsəni iki trabzonlu yunan - Semyon Qiter və Xarlampiy Polistov inşa etmişdi. Tikinti işləri 28 oktyabr 1857-ci ildə başa çatdı. Kilsəyə gürcü ekzarxı arxiyepiskop İsidorun təşəbbüsü və təkidi ilə e.ə. Likiya dövlətinin Mira şəhərində yaşamış arxiyepiskop müqəddəs Nikolaus Mirlikiyskinin (e.ə. 260-243) adı verilmişdir. Türkiyənin Antalya şəhəri yaxınlığındakı qədim Mira adlı q əsəbədə hal-hazırda da arxiyepiskop müqəddəs Nikolausun ev muzeyi və kilsəsi vardır.
Müqəddəs Nikolay kilsəsi (Berlin)
Müqəddəs Nikolay kilsəsi (alm. Nikolaikirche‎) — Almaniyanın paytaxtı Berlindəki ən qədim kilsədir. Kilsə Berlinin mərkəzi inzibati dairəsi olan Mittenin şərq tərəfində yerləşir. Kilsənin ətrafındakı bir tərəfi Şpree çayı ilə həmsərhəd olan yer, "Nikolay məhəlləsi' kimi tanınır. Bu ərazidə əsasən bərpa edilmiş Orta Əsr tikililəri və ya həmin tikililərin sonradan hazırlanmış oxşarları mövcuddur. Kilsə XIII əsrdə inşa edilmiş və "Aleksandrplats"da yerləşən Müqəddəs Məryəm Kilsəsi ilə birlikdə Berlinin ən qədim kilsəsidir. Katolik kilsəsi kimi tikilən Müqəddəs Nikolay kilsəsi 1539-cu ildə Brandenburq knyazlığında baş verən reformasiyadan sonra lüteran kilsəsinə çevrildi. XVII əsrdə dini nəğmələr bəstələyən Paul Gerhard kilsənin keşişi olduğu vaxt bəstəkar İohann Krüger kilsənin musiqi rəhbəri idi. 1691–1705-ci illər arasında kilsəyə lüteran ilahiyyatçı Filip Yakob Şpener başçılıq edib. 1913–1923-cü illər arasında kilsənin rəhbəri olmuş Vilhelm Vessel görkəmli nasistlərdən biri olan Horst Vesselin atası idi.
Müqəddəs Nikolay kilsəsi (Buxarest)
Müqəddəs Nikolay Rus Kilsəsi (rum. Biserica Rusă) – Rumıniyanın paytaxtı olan Buxarest şəhərinin mərkəzində, Universitet Meydanının yanında yerləşən və hazırda fəaliyyət göstərən kilsə. Kilsə, Buxarest Universitetinin məbədidir və bu səbəblə qeyri-rəsmi olaraq "Tələbə Kilsəsi" (rum. Biserica studenţilor) adlandırılır. Rumıniyanın paytaxtında bir kilsənin tikilməsi fikri, Rumıniyanın Rusiya imperiyası səfiri olan Mixail Nikolayeviç Qirs tərəfindən təqdim edildi. Kilsənin tikilməsi 1905-ci ildə başlamışdır. İnşaatın xərci 600 min rubl olmuşdur. Layihə Mixail Timofeyeviç Preyobrazenski tərəfindən yaradıldı. Kilsə 1909-cu ilin Noyabr ayının 25-də təqdis edildi. Kilsə, birinci dünya müharibəsində Buxarestin ittifaq dövlətləri tərəfindən işğalından əvvəl bağlanıldı.
Müqəddəs Nikolay kilsəsi (Kopenhagen)
Nikolay Müasir İncəsənət Mərkəzi (dan. Nikolaj Kunsthal, Kunsthallen Nikolaj, 2006–2010-cu illərdə bina həmçinin Udstillingsbygning (sərgi mərkəzi) olaraq da adlanırdı) — Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində yerləşən və keçmiş Müqəddəs Nikolay kilsəsinin (dan. Sankt Nikolaj Kirke) yerində fəaliyyət göstərən sərgi-ekspozisiya salonu və şəhərin mühüm turistik istiqamətlərindən biridir. Kilsə binası Höybro meydanı (dan. Højbro Plads), onunla parallel şəkildə kəsişən Amagertorv və Avropada ən uzun piyada ticarət küçələrindən biri hesab edilən Strögetin yaxınlığında yerləşir. Kilsə binasını, hündürlüyü 90 metr (300 fut) olan əcaib və təkrarolunmaz görünüşə malik qüllə bəzəyir. Qüllənin yuxarısından şəhər mərkəzinə fantastik dərəcədə gözəl mənzərə açılır. Qısaca olaraq Kunsthallen adlandırılan keçmiş Müqəddəs Nikolay kilsəsi tarix boyu bir neçə dəfə ciddi dəyişikliyə məruz qalmışdır ki, bu da onun zahiri görünüşünün zamanla tamamilə dəyişməsinə gətirib çıxarmışdır. Dövrümüzdə binada danimarkalı və beynəlxalq səviyyədə musiqi, rəsm, memarlıq və digər sahələrdə məşhurlaşan əcnəbilər üçün hər il 5 və ya 6 sərgi düzənlənir. Burada həmçinin mədəni tədbirlər, tamaşalar, sərgilər, ekskursiyalar düzənlənir, daxilində kitab mağazası və bədii kitabxanana fəaliyyət göstərir.
Müqəddəs Nikolay kilsəsi (Mala Strana)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə şəhərin Mala Strana hissəsində yerləşən barokko üslubunda kilsə. Özünün monumental görünüşü, gəliz memarlıq üslubu və nəfis bədii tərtibatına görə, kilsə Praqanın ən mühüm barokko üslubunda inşa olunmuş məbədlərindən sayılır. Mala Stranada yerləşən Nikolay (Mikulaş) kostyolu təxminən XIII əsrdə burada yerləşən qotik kilsənin yerində ucaldılmışdı. Qotik kilsə eyni ilə Marlikiyalı Nikolaya həsr olunmuşdu. XVII əsrdə kilsənin yaxınlığında roman üslublu müqəddəs Vatslav rotondası da yerləşirdi. Keçmişdə kostyolun gülləsində carçılar keşik çəkərək yanğın və ya düşmənin yaxınlaşdığı halda həyəcan təbili vurudular. Hazırkı barokko üslublu kilsə binası XVIII əsrin 1-ci yarısında bir neçə mərhələ ilə inşa olunmuşdu. İlk öncə Kristofer Dintsenhoferin layihəsi üzrə tərtib olunmuş kilsə daha sonra onun oğlu - tanınmış memar Kilian İqnats Dintsenhofer tərəfindən tamamlanmışdı. Məbədin qərb fasadı, xorlu zal, müqəddəs Varvara (Barbora) və Anna kapellası və künc neflər 1703-1711-ci illər arası inşa olunmuşdu.
Müqəddəs Nikolay kilsəsi (Narikala)
Müqəddəs Nikolay kilsəsi (gürc. ნარიყალას წმინდა ნიკოლოზის ეკლესია) – Tbilisinin Qədim şəhər rayonunun ən yüksək hissəsində olan Narikalanın içində yerləşən Gürcü pravoslav kilsəsidir. Müqəddəs Nikolay kilsəsi mənbələrdə ilk dəfə XII əsrdən xatırlanır. 1730-cu ildə kilsə, çareviç Vaxtuşi tərəfindən xatırlanır. Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra Narikala strateji əhəmiyyətini itirir və general Yermolovun əmri ilə qala daxilində barıt anbarları yaradılır. 1827-ci ildə anbarda baş vermiş güclü partlayış qalanın ciddi zədələnməsinə, Müqəddəs Nikolay kilsəsinin isə təməlinə kimi dağılmasına gətirib çıxarır. 1966-cı ildə qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı Müqəddəs Nikolay kilsəsinin qalıqları üzə çıxarılır. 1996-cı ildə memar Tariel Kiparoudzenin layihəsi əsasında qədim kilsə binasının təməlləri üzərində yeni kilsə inşa edilmişdir. 1997-ci ildə Gürcüstan katolikos-patriarxı II İlyanın iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. მ.
Müqəddəs Nikolay kilsəsi (Nin)
Müqəddəs Nikolay Kilsəsi (xorv. Crkva svetog Nikole) ― Xorvatiyada, Zadar şəhərindən 1 mil məsafədə, Zaton və Nin qəsəbələri arasında yeləşən, 11-ci əsrin sonları və ya erkən 12-ci əsrə aid pre-roman stilində inşa edilmiş Roma-Katolik kilsəsi. Kilsə libuniyalıların tərixə qədərki türbəsinin üstündəki torpaq piramida məzarı üzərində inşa edilmişdir. Kilsə, bütün Dalmatiyada erkən roman memarlığının mövcud olan yeganə nümunəsidir. Müqəddəs Nikolaya həsr edilmişdir. Müqəddəs Nikolay kilsəsi qala şəklində inşa edilmişdir. Kilsənin gümbəz şəkilli tağı 16-cı və ya 17-ci əsrlərdə Yüz İllik Xorvatiya-Osmanlı müharibəsi dövründə gözətçi yeri olaraq tikilən 8 kiçik qüllə üzərində yüksəlmiş dairəvi kəsikli tağlarla möhkəmləndirilmişdir.[mənbə göstərin] Kilsə kiçik daşlardan tikilib və hamar fasada malikdir. Tikili çox kiçik ölçülərə malikdir: uzunluğu 5,9 metr, eni 5,7metr, hündürlüyü isə 6 metrdir. Müqəddəs Nikolay kilsəsi 1603-cü ildə, qlaqol əlifbasında yazılmış vəftiz və nikahların səliqəli qalmış qeydlərini aşkar etmiş Priul trəfindən ziyarət edilmişdir. Onun səfəri zamanı kilsə 28 üzvlü Müqəddəs Ruh Qardaşlığı-nın səlahiyyətində idi.
Müqəddəs Nikolay kilsəsi (Stare Mesto)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən barokko üslubunda kilsə. Monumental görünüşü və nəfis bədii tərtibatına görə o Praqanın ən mühüm qusit kilsəsi sayılır. Hər il Milad və Pasxa bayramlarının şərəfinə kilsənin ətrafında xaç yürüyüşü təşkil olunur. Müqəddəs Nikolay (Mikulaş) kilsəsinin yerləşdiyi ərazidə ilk tikililər hələ XIII əsrdən məlumdur. 500 il sonra, Praqa şəhərinin ən tanınmış memarı, alman əsilli Kilian İqnats Dintsenhofer Binanın yenidən qurulmasına başlamışdır. 1735-ci ildə yenidənqurma işləri başa çatdıqdan sonra, Çexiya paytaxtı Barokko üslubunun ən görkəmli abidələrindən birini əldə etmişdir. Lakin 1787-ci ildə, İmperator II Iosifin fərmanı ilə, Çexiyanın bir çox kilsə və monastırları bağladılmışdır, onların içərisinə Müqəddəs Nikolay kilsəsi də daxil edilmişdir. 1792-ci ilin payızında Praqa magistratının (yerli hakimiyyət orqanının) ehtiyaclarını ödəmək məqsədilə kilsə binası alınmışdır. Napoleon müharibələri dövründə kilsədə taxıl anbarı yerləşdirilmişdir, daha sonra burada köhnə qeydiyyat kitabları və mebel saxlanılırdı.
Müqəddəs Nikolay kilsəsi (Tallin)
Müqəddəs Nikolay kilsəsi (est. Niguliste kirik) – Tallinin mərkəzində, Toompea adlanan Köhnə Şəhərdə yerləşən Orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən kilsə. Kilsə balıqçılar və dənizçilərin himayədarı sayılan müqəddəs Nikolaya həsr olunmuşdur. Orijinalı XIII əsrdə tikilmiş kilsə binası, İkinci dünya müharibəsi zamanı Sovet ordusunun Tallin şəhərini bombalaması nəticəsində qismən dağıdılmışdır. O vaxtdan bu yana kilsə bərpa edilmiş və bu gün Orta əsr ruhani incəsənətinə yönəlmiş Estoniya İncəsənət Muzeyinin filialı qismində fəaliyyətə başlamışdı. Keçmiş kilsə həmçinin konsert zalı kimi də istifadə olunur. Kilsə XIII əsrdə Qotland adasından Estoniya ərazisinə gələn Vestfaliya tacirləri tərəfindən 1230–1275-ci illər arasında əsası qoyulmuşdur. O zamanlar şəhər divarları hələ möhkəmləndirilməmişdir və buna görə də kilsə qapılarının möhkəm bağlanması üçün ağır barlar ucaldılmış, lazeyq və qaçqınlar üçün sığınacaq yerləri hazırlanmışdır. Tallin ətrafındakı istehkamların XIV əsrdə tamamlanması nəticəsində (1310-cu ildə şəhər divarlarıdan kilsəyə yol açılaraq, onun ətrafındakı izdihamlı hərəkət nizama salındı), müqəddəs Nikolay kilsəsi özünün müdafiə funksiyasını itirmiş və tipik orta əsr məhəllə kilsəsinə çevrilmişdir. Hazırda əvvəlki, orijinal kilsənin yalnız bir neçə hissəsi qorunub saxlanılmışdı.

"nikolay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nikolay nədir? #nikolay sözünün mənası #nikolay nə deməkdir? #nikolay sözünün izahı #nikolay sözünün yazılışı #nikolay necə yazılır? #nikolay sözünün düzgün yazılışı #nikolay leksik mənası #nikolay sözünün sinonimi #nikolay sözünün yaxın mənalı sözlər #nikolay sözünün əks mənası #nikolay sözünün etimologiyası #nikolay sözünün orfoqrafiyası #nikolay rusca #nikolay inglisça #nikolay fransızca #nikolay sözünün istifadəsi #sözlük