Mikola sözü azərbaycan dilində

Mikola

Yazılış

  • Mikola • 98.7879%
  • mikola • 1.2121%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mikola Bajan
Mikola Platonoviç Bajan (ukr. Микола Платонович Бажан, 9.10.1904—23.11.1983)—Ukrayna şairi, 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946-1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı . == Həyatı == Mikolo Bajan Platonoviç 1904-cü il 9 oktyabr tarixində Ukraynanın Kamenets- Polodski şəhərində anadan olmuşdur. 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946-1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını almışdır. "On yeddinci patrul" adlı ilk şeir kitabı 1923-cü ildə nəşr edilmişdir. Böyük Vətən müharibəsi illərində Mikolo Bajan işğal edilmiş vilayətlərin əhalisi üçün buraxılan "Za Padyansku Ukrainu" (Sovet Ukraynası uğrunda) qəzetinin redaktoru olmuşdur. Müharibə illəri və ondan sonrakı illərdəki yaradıcılığının əsas mövzusu xalqlar dostluğu, sülh uğrunda mübarizədir. Mikolo Bajan Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Ə.Nəvainin "Fərhad və Şirin" poemalarını, A.S.Puşkinin, B.B.Mayakovskinin, A.Mistkeviçin əsərlərini ukrayna dilinə tərcümə etmişdir. 1978-ci ildən Ukrayna Sovet Ensiklopediyasının baş redaktoru, SSRİ Ali Sovetinin deputatı olmuşdur. 23 noyabr 1983-cü ildə vəfat etmişdir.
Mikola Voroxta
Mikola Voroxta (ukr. Микола Ворохта; 18 iyul 1947) – Odessa şəhərində yaşayan və fəaliyyət göstərən Ukrayna rəssamı. 2014-cü ildə Ukraynanın əməkdar artisti adına layiq görülmüşdür. == Həyatı == Mikola Voroxta 1971-ci ildə Odessa Pedaqoji İnstitutunun incəsənət fakültəsini bitirmişdir. 1974–1998-ci illərdə Odessa Dövlət İnşaat Mühəndisliyi və Memarlıq Akademiyasının incəsənət bölməsində mühazirələr vermişdir. 1995-ci ildə Ukrayna Rəssamlarının Milli İttifaqının üzvlüyünə qəbul edilmişdir.Onun rəsm işləri Ukrayna Mədəniyyət Nazirliyi, Slovakiyanın Ukrayna və Rusiya Mədəniyyəti Muzeyi, Palanok Tarix Muzeyi, Odessa Qərb və Şərq İncəsənəti Muzeyi və İlliçivsk İncəsənət Muzeyinin kolleksiyalarına daxil edilmişdir. Bundan əlavə, Ukrayna, Rusiya, Birləşmiş Krallıq, ABŞ, Fransa, Yaponiya, İsveçrə, Norveç, İtaliya, Portuqaliya, Almaniya, Çin və başqa ölkələrdə şəxsi kolleksiyalarda onun əsərlərinə rast gəlmək mümkündür. "Zgurt" adlı rəssam qrupunun yaradıcısı və başçısıdır. Odessa Regional Şurası mədəniyyət və incəsənət sahələrindəki töhfələrinə görə ona fəxri diplom təqdim etmişdir.
Lie to Me (Mikolas Yosef mahnısı)
Lie to Me (azərb. Mənə yalan de‎) — Çexiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mikolas Yosef "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı məhz ifaçının özü tərəfindən bəstələnmişdir.
Mikolan
Mikolan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 438 nəfərdir. == Toponimiyası == Kəndin adı əslində Mikolon olmalıdır. Oykonim Miko (Mikayıl adının talış zonasında əzizləmə, kiçiltmə forması) və ion (talış dilində "yer, məkan", "ərazi") sözlərindən düzəlib, "Mikayılın (Mikonun) kəndi" mənasındadır. Yerli məlumata görə, burada ilk dəfə Mikayıl (Miko) adlı şəxs məskən saldığı üçün belə adlandırılmışdır.
Mikolas Yosef
Mikolas Yosef (çex. Mikolas Josef; d. 4 oktyabr 1995, Praqa, Çexiya) — Çexiya müğənnisi, bəstəkarı və keçmiş modeli. O, ifa etdiyi "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və karyerası == === Erkən illəri və modellik === Mikolas Yosef 4 oktyabr 1995-ci ildə Çexiyanın paytaxtı Praqada musiqiçi ailəsində anadan olmuşdur. Onun hər iki valideyni ingilis dili müəllimi olaraq çalışırlar və Mikolas da ingilis dilli məktəbdə təhsil almışdır. Onun Pyotr adlı gitarist qardaşı da var. Mikolas London Musiqi və Dramatik incəsənət akademiyasında təhsil almışdır. 17 yaşında ikən Mikolas model olaraq fəaliyyət göstərmiş və Diesel və Prada kimi geyim brendləri üçün təşkil edilmiş moda şoularında iştirak etmişdir. Lakin daha sonra o, çalışdığı sahədə dürüstlüyün və düzgünlüyün olmadığını bildirərək, modellik fəaliyyətini dayandırmışdır.
Mikolayev
Mıkolayiv (ukr. Миколаїв; rus. Николаев) və ya Balaban (krımtat. Balaban) — Ukraynanın cənubunda, Nikolayev vilayətinin idarə mərkəzi şəhəri. Qara Dəniz sahilindən 65 km içəridə, Yujnı (Cənub) Buq çayının mənsəbində yerləşir. Rusların Qara dəniz sahillərini ələ keçirmələrindən sonra 1788-ci ildə bir dəniz bazası olaraq quruldu.
Svetiy Mikolay
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.55 dəfə / 1 mln.
2004 •••• 0.34
2006 •••••••••• 0.90
2007 ••••••••••• 1.06
2008 •••••••••• 0.97
2011 ••• 0.26
2012 •••••• 0.52
2013 •••••• 0.58
2014 •••• 0.34
2015 ••••••••••• 1.02
2016 ••••••••• 0.87
2017 •••••••••••••••••••• 1.95
2018 ••••••••••• 1.05
2019 •• 0.14
2020 ••• 0.27

Oxşar sözlər

#mikola nədir? #mikola sözünün mənası #mikola nə deməkdir? #mikola sözünün izahı #mikola sözünün yazılışı #mikola necə yazılır? #mikola sözünün düzgün yazılışı #mikola leksik mənası #mikola sözünün sinonimi #mikola sözünün yaxın mənalı sözlər #mikola sözünün əks mənası #mikola sözünün etimologiyası #mikola sözünün orfoqrafiyası #mikola rusca #mikola inglisça #mikola fransızca #mikola sözünün istifadəsi #sözlük