Miko sözü azərbaycan dilində

Miko

Yazılış

  • Miko • 94.4444%
  • miko • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Miko Halyas
Miko Halyas — Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
Anastas Mikoyan
Anastas İvanoviç Mikoyan (erm. Անաստաս Միկոյան, 13 (25) noyabr 1895, Sanahin, Borçalı qəzası – 21 oktyabr 1978[…], Moskva) — SSRİ dövlət xadimi, siyasət adamı, ASSR rəhbəri.
Lie to Me (Mikolas Yosef mahnısı)
Lie to Me (azərb. Mənə yalan de‎) — Çexiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mikolas Yosef "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı məhz ifaçının özü tərəfindən bəstələnmişdir.
Mikofaq
Mikofaq — göbələklə qidalanan orqanizm. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Mikola Bajan
Mikola Platonoviç Bajan (ukr. Микола Платонович Бажан, 26 sentyabr (9 oktyabr) 1904, Kamenets-Podolski – 23 noyabr 1983, Kiyev) —Ukrayna şairi, 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı . Mikolo Bajan Platonoviç 1904-cü il 9 oktyabr tarixində Ukraynanın Kamenets- Polodski şəhərində anadan olmuşdur. 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını almışdır. "On yeddinci patrul" adlı ilk şeir kitabı 1923-cü ildə nəşr edilmişdir. Böyük Vətən müharibəsi illərində Mikolo Bajan işğal edilmiş vilayətlərin əhalisi üçün buraxılan "Za Padyansku Ukrainu" (Sovet Ukraynası uğrunda) qəzetinin redaktoru olmuşdur. Müharibə illəri və ondan sonrakı illərdəki yaradıcılığının əsas mövzusu xalqlar dostluğu, sülh uğrunda mübarizədir. Mikolo Bajan Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Ə. Nəvainin "Fərhad və Şirin" poemalarını, A. S. Puşkinin, B. B. Mayakovskinin, A. Mistkeviçin əsərlərini ukrayna dilinə tərcümə etmişdir. 1978-ci ildən Ukrayna Sovet Ensiklopediyasının baş redaktoru, SSRİ Ali Sovetinin deputatı olmuşdur. 23 noyabr 1983-cü ildə vəfat etmişdir.
Mikolan
Mikolan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 438 nəfərdir. Kəndin adı əslində Mikolon olmalıdır. Oykonim Miko (Mikayıl adının talış zonasında əzizləmə, kiçiltmə forması) və ion (talış dilində "yer, məkan", "ərazi") sözlərindən düzəlib, "Mikayılın (Mikonun) kəndi" mənasındadır. Yerli məlumata görə, burada ilk dəfə Mikayıl (Miko) adlı şəxs məskən saldığı üçün belə adlandırılmışdır.
Mikolas Yosef
Mikolas Yosef (çex. Mikolas Josef; d. 4 oktyabr 1995, Praqa, Çexiya) — Çexiya müğənnisi, bəstəkarı və keçmiş modeli. O, ifa etdiyi "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mikolas Yosef 4 oktyabr 1995-ci ildə Çexiyanın paytaxtı Praqada musiqiçi ailəsində anadan olmuşdur. Onun hər iki valideyni ingilis dili müəllimi olaraq çalışırlar və Mikolas da ingilis dilli məktəbdə təhsil almışdır. Onun Pyotr adlı gitarist qardaşı da var. Mikolas London Musiqi və Dramatik incəsənət akademiyasında təhsil almışdır. 17 yaşında ikən Mikolas model olaraq fəaliyyət göstərmiş və Diesel və Prada kimi geyim brendləri üçün təşkil edilmiş moda şoularında iştirak etmişdir. Lakin daha sonra o, çalışdığı sahədə dürüstlüyün və düzgünlüyün olmadığını bildirərək, modellik fəaliyyətini dayandırmışdır.
Mikolayev
Mıkolayiv (ukr. Миколаїв; rus. Николаев) və ya Balaban (krımtat. Balaban) — Ukraynanın cənubunda, Nikolayev vilayətinin idarə mərkəzi şəhəri. Qara Dəniz sahilindən 65 km içəridə, Yujnı (Cənub) Buq çayının mənsəbində yerləşir. Rusların Qara dəniz sahillərini ələ keçirmələrindən sonra 1788-ci ildə bir dəniz bazası olaraq quruldu.
Mikologiya
Mikologiya göbələkləri ,onların biokimyəvi və genetik xüsusiyyətlərini ,təsnifatını, insanların həyatındakı rolunu ,insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi,qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Bu insanlar ilk növbədə imana gəlməlidirhazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir.Havanı təmizləyir. Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir .Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır.İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər,antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər.Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər.Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiybitgilər 200 ə qədər Novo nəsli kəaulinba adlanır.
Mikoloq
Mikologiya göbələkləri ,onların biokimyəvi və genetik xüsusiyyətlərini ,təsnifatını, insanların həyatındakı rolunu ,insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi,qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Bu insanlar ilk növbədə imana gəlməlidirhazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir.Havanı təmizləyir. Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir .Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır.İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər,antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər.Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər.Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiybitgilər 200 ə qədər Novo nəsli kəaulinba adlanır.
Mikoniya
Mikoniya (lat. Miconia) — melastomakimilər fəsiləsinə aid bitki cinsi. Miconia nubicola Miconia perelegans Miconia poecilantha Miconia pseudorigida Miconia renneri Mikoniya:The Plant List saytında takson barədə məlumat.
Mikonos sui-qəsdi
Mikonos sui-qəsdi zamanı (1992-ci il 17-Sentyabr) İran kürdlərinin liderləri Sadiq Şərəfkəndi, Hümayun Ərdalan, Fəttah Əbduli və tərcüməçiləri Nuri Dehkürdi Berlindəki Mikonos yunan restoranında qətlə yetirilir. Qətlə görə bir iranlı və iki livanlıya iş kəsildi. Sui-qəsddən 1-ay öncə İran Təhlükəsizlik naziri Əli Fallahian tv. müsahibəsində xaricdəki müxaliflərə qarşı da qərarlı hücumlar edə biləcəklərini bildirir. O, müsahibəsində qeyd edir: "Biz onları ölkədən kənarda da izləyir, nəzarət altında saxlayırıq. Keçən il biz onlara əsaslı zərbələr endirməyi bacardıq".
Mikoriza
Mikoriza (yun. mikos – göbələk və rhiza - kök) – göbələk-kök göbələk miselisinin ali bitki kökləri ilə birlikdə simbioz (müştərək) yaşaması. Mikoriza bitkilərin kökündə müxtəlif formalarda olur; kökün ucunu xaricdən əhatə edən ektotrof Mikoriza və miselinin hüceyrənin daxilinə keçməsi ilə xarakterizə olunan endotrof mikoriza ayırd edilir. Ektotrof Mikoriza bir çox ağac (palıd, küknar, şam, tozağacı), kol (söyüd), bəzi kolcuqlar və ot bitkiləri (diridoğan qarabaşaq) üçün xarakterikdir. Endotrof Mikorizanın inkişafı zamanı kökün forması dəyişmir, kök telləri məhv olmur, göbələk hifləri qabıq parenximasının hüceyrə daxilində yerləşir. Köklərində Mikoriza olan bitkilər mikotrof bitkilər adlanır.
Mikotoksinlər
Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər. Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar. Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər.
Mikotorfizm
Mikotorfizm (yun. mikros - kiçik) – ali bitkilərlə göbələklərin simbioz forması. İlk dəfə göbələklərin köməyi ilə qida maddələrini almağa, göbələklərin isə ali bitkilərin üzvi maddələrdən istifadə etməyə imkan yaradır. Qida maddələrini torpaqdan kökündəki göbələklər vasitəsilə alan və mikoriza əmələ gətirən bitkilər. Bitkilərin əksəriyyəti Mikotorf bitkilərə aiddir (qatırquyruğu, plaunlar, bəzi birillik və su bitkilərindən başqa). Mikotorf bitkilər 3 qrupa bölünür: Simbiont göbələk yoluxmadan, toxumdan inkişaf etməyən bitkilər (məs. səhləb çiçəyi): Mikorizasız inkişaf edə bilən, lakin göbələklə yoluxduqda daha yaxşı inkişaf edən bitkilər (bir çox ağaclar, kollar, kolcuqlar): çox vaxt mikorizası olan, lakin əlverişli qida mühitində göbələk yoluxmadan yaxşı inkişaf edən bitkilər (məs. cökə, tozağacı, bir çox kollar).
Mikoyan MiQ-35
MiQ-35 (rus. МиГ-35, NATO kod adı: Fulcrum-F) — MiQ tərəfindən dizayn edilmiş rus çoxməqsədli qırıcı təyyarə. MiQ-29 təyyarələrinin daha da inkişaf etdirilmiş versiyasıdır. Bu təyyarələrin Qərbli rəqibləri Rafale və EF-2000 hesab olunur. Bu təyyarələrin radarlardan qaçmaq imkanı yoxdur. İlk dəfə olaraq 2007-ci ildə Aeo India 2007 sərgisində nümayiş etdirilmişdir. Yeni məlumat sistemi, radar sistemi, nişanalma sistemi və əlavə bir sıra müasir cihazlar ilə təchiz edilmiş olan hərbi təyyarədir. Vahidinin qiyməti təxminən 40 milyon ABŞ dollarıdır. Satış üçün iki versiyası təklif olunur: MiQ-35 (təkoturacaqlı) və MiQ-35D (cütoturacaqlı). Silahları isə aşağıdakılardır: 1.
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.
Mikozlar
Mikozlar (q.yun. μύκης - "göbələk") — parazit göbələklərin insan və heyvanlarda törətdiyi xəstəliklər. Kandidoz — Candida albicans tərəfindən törədilir. Onixomikoz. Alabəzək dəmrov — Malassezia furfur tərəfindən törədilir. Qara dəmrov — Exophiala werneckii tərəfindən törədilir. Qara pedra — Piedraia hortae tərəfindən törədilir. Ağ pedra — Trichosporon beigelii tərəfindən törədilir.
Svetiy Mikolay
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Mikola Voroxta
Mikola Voroxta (ukr. Микола Ворохта; 18 iyul 1947) – Odessa şəhərində yaşayan və fəaliyyət göstərən Ukrayna rəssamı. 2014-cü ildə Ukraynanın əməkdar artisti adına layiq görülmüşdür. Mikola Voroxta 1971-ci ildə Odessa Pedaqoji İnstitutunun incəsənət fakültəsini bitirmişdir. 1974–1998-ci illərdə Odessa Dövlət İnşaat Mühəndisliyi və Memarlıq Akademiyasının incəsənət bölməsində mühazirələr vermişdir. 1995-ci ildə Ukrayna Rəssamlarının Milli İttifaqının üzvlüyünə qəbul edilmişdir. Onun rəsm işləri Ukrayna Mədəniyyət Nazirliyi, Slovakiyanın Ukrayna və Rusiya Mədəniyyəti Muzeyi, Palanok Tarix Muzeyi, Odessa Qərb və Şərq İncəsənəti Muzeyi və İlliçivsk İncəsənət Muzeyinin kolleksiyalarına daxil edilmişdir. Bundan əlavə, Ukrayna, Rusiya, Birləşmiş Krallıq, ABŞ, Fransa, Yaponiya, İsveçrə, Norveç, İtaliya, Portuqaliya, Almaniya, Çin və başqa ölkələrdə şəxsi kolleksiyalarda onun əsərlərinə rast gəlmək mümkündür. "Zgurt" adlı rəssam qrupunun yaradıcısı və başçısıdır. Odessa Regional Şurası mədəniyyət və incəsənət sahələrindəki töhfələrinə görə ona fəxri diplom təqdim etmişdir.

"miko" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#miko nədir? #miko sözünün mənası #miko nə deməkdir? #miko sözünün izahı #miko sözünün yazılışı #miko necə yazılır? #miko sözünün düzgün yazılışı #miko leksik mənası #miko sözünün sinonimi #miko sözünün yaxın mənalı sözlər #miko sözünün əks mənası #miko sözünün etimologiyası #miko sözünün orfoqrafiyası #miko rusca #miko inglisça #miko fransızca #miko sözünün istifadəsi #sözlük