Yuozas Mikenas
Yuozas Mikenas (lit. Juozas Mikėnas; 12 fevral 1901 — 24 oktyabr 1964) — Litva sovet heykəltaraşı, Litva sovet heykəltaraşlığının banisi. Stalin mükafatı laureatı (1947), SSRİ xalq rəssamı (1961).
Yuozas Mikenas 1901-ci ildə Litvanın Akniste şəhərində anadan olmuşdur.
1922—1926-cı illərdə Kaunas rəssamlıq məktəbində, 1927—1931-ci illərdə Parisdə dekorativ və tətbiqi incəsənət ali məktəbində təhsil almışdır.
1931—1940-cı illərə Kaunas rəssamlıq məktəbində, daha sonra isə Vilnüs Rəssamlıq İnstitutunda dərs demişdir.
1954-cü ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvüdür.
1946-cı ildə professor adı almışdır.
1937-ci ildə Parisdə keçirilmiş Ümumdünya sərgisində Baltikyanı ölkələrin pavilyonunda, Kaunasdakı Böyük Muzeyinin (1938) zəng qülləsində "Döyüşçü" heykəlinin müəllifidir.
"Ana" barelyefi (mərmər, 1935);
"Ağac oyucusu" (gips, 1937—1938);
Nyu-Yorkdakı Ümumdünya sərgisində Litva pavilyonu üçün "Litva" heykəli (gips; 1939);
Tələbələri arasında uğurlu və məşhur olanlar G. Yokubonis, J. Kedaynis, K. Kiselis idi.