Nəlbəki sözü azərbaycan dilində

Nəlbəki

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Nəlbəki • 73.4375%
  • nəlbəki • 25.7813%
  • NƏLBƏKİ • 0.7813%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəlbəki
Nəlbəki — stəkan və ya fincan qoyulan, kənarları azacıq yuxarı doğru əyilmiş kiçik boşqab. Nəlbəki içərisinə maye tökülərkən kənara dağılmaması üçün istifadə edilir. Son dövrlərdə o maye dolu qab altında estetik gözəllik üçün istifadə edilir.
Nəlbəki (rəqs)
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Nəlbəki rəqsi

Nəlbəki-gül xalçaları
Nəlbəki-gül xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça. Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir. O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s.
Nəlbəki-gül xalçası

nəlbəki sözünün leksik mənası və izahı

  • 1 is. Stəkan, fincan altına qoyulan müxtəlif ölçülü çini və ya şüşə qab. Dilşad xanım çayı nəlbəki ilə içər. T.Ş.Simurq. Sona … öz çayını nəlbəkiyə tökəndə Qədirə işarə ilə rişxəndyana dedi… Ə.Əbülhəsən. □ Nəlbəki boyda (böyüklüyündə) – nəlbəkiyə oxşayan, nəlbəki kimi. Nəlbəki boyda gül. Nəlbəki boyda ay-ulduz. – [Kərbəlayı Məmmədəli:] …Oradan, buyur, mənə bir medal gəlsin nəlbəki böyüklüyündə. N.Vəzirov. Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / nəlbəki

nəlbəki sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 NƏLBƏKİ [Prokuror] ..stəkanı götürdü və həvəssiz bir-iki qurtum içib, nəlbəkiyə qoydu (H.Abbaszadə); STƏKANALTI Fatma arvad gümüş stəkanaltılarını.. dalbadal çıxarır (Mir Cəlal); BÖLMƏ (məh.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / nəlbəki

nəlbəki sözünün rus dilinə tərcüməsi

nəlbəki sözünün inglis dilinə tərcüməsi

nəlbəki sözünün fransız dilinə tərcüməsi

nəlbəki sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. налбек; nəlbəki boyda (böyüklüyündə) налбек кьванвай, налбекдиз ухшар, налбек хьтин (мес. цуьк).

    Azərbaycanca-ləzgicə lüğəti / nəlbəki

"nəlbəki" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəlbəki nədir? #nəlbəki sözünün mənası #nəlbəki nə deməkdir? #nəlbəki sözünün izahı #nəlbəki sözünün yazılışı #nəlbəki necə yazılır? #nəlbəki sözünün düzgün yazılışı #nəlbəki leksik mənası #nəlbəki sözünün sinonimi #nəlbəki sözünün yaxın mənalı sözlər #nəlbəki sözünün əks mənası #nəlbəki sözünün etimologiyası #nəlbəki sözünün orfoqrafiyası #nəlbəki rusca #nəlbəki inglisça #nəlbəki fransızca #nəlbəki sözünün istifadəsi #sözlük