tənbəki sözü azərbaycan dilində

tənbəki

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tənbəki • 90.0000%
  • Tənbəki • 8.7500%
  • TƏNBƏKİ • 1.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Tənbəki üsyanı
Tənbəki üsyanı — 9 mart 1891-ci ildə Nasirəddin şah Qacarın hakimiyyətinə qarşı xalq çıxışı. == Tarixi == 1891-ci il Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2006 ••••••••••••• 0.23
2008 ••••••••••••••• 0.24
2009 •••••••••• 0.16
2010 •••••• 0.09
2013 ••••••••••••••••• 0.29
2016 •••••••••••••••••••• 0.35

tənbəki sözünün leksik mənası və izahı

  • 1 is. Çəkilmək üçün papiros, siqaret, çubuq və s.-yə doldurulan xırda doğranmış tütün yarpağı. [Hacı Qara:] …Dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. Qarakişi … iri-iri doğrayıb cibinə yığdığı qəzetdən bir parça çıxarıb arasına ovma tənbəki doldurdu. B.Bayramov. ◊ Başına tənbəki oyunu açmaq – bax baş.

    Azərbaycan dilinin izahlı lüğəti / tənbəki

tənbəki sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 TƏNBƏKİ [Tağı:] İlanın zəhərindən başqaları öldüyü halda, ilan özü tənbəkinin qırından zəhərlənib tələf olur (S.S.Axundov); TÜTÜN Balaca: Qabaqlar tütün, tənbəki iyindən zəhləm gedirdi, indi qəlyan əlimdən düşmür (H.Abbaszadə); MAXORKA Həmid axşamlar ya Volqanın sahilində olur, ya da evlərinin qənşərində yığışıb maxorka fısqırda-fısqırda domino oynayan qonşu kişilərə tamaşa eləyirdi (H. Abbaszadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / tənbəki

tənbəki sözünün rus dilinə tərcüməsi

  • 1 1. трубочный табак, махорка; 2. табачный, махорочный;

    Azərbaycanca-rusca lüğət / tənbəki
  • 2 I сущ. 1. разг. см. tütün 2. махорка: 1) однолетнее травянистое растение сем. паслёновых, из листьев и стеблей которого приготовляется курительный табак 2) курительный табак низшего сорта, приготовленный из измельченных листьев и стеблей этого растения. Tənbəki çəkmək курить махорку (табак) II прил. табачный; махорочный. Tənbəki tüstüsü махорочный (табачный) дым, tənbəki iyi махорочный (табачный) запах; qəlyana tənbəki doldurmaq набить махорку в трубку ◊ başına tənbəki oyunu açmaq kimin зло потешаться над кем (злобно насмехаться, подсмеиваться над кем)

    Azərbaycanca-rusca lüğət / tənbəki

tənbəki sözünün inglis dilinə tərcüməsi

tənbəki sözünün fransız dilinə tərcüməsi

tənbəki sözünün ləzgi dilinə tərcüməsi

tənbəki sözü azərbaycan dilinin lüğətlərində

Terminlər lüğəti

Yarpağı çubuqla çəkilən birillik texniki bitki

Terminlər lüğəti

"tənbəki" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tənbəki nədir? #tənbəki sözünün mənası #tənbəki nə deməkdir? #tənbəki sözünün izahı #tənbəki sözünün yazılışı #tənbəki necə yazılır? #tənbəki sözünün düzgün yazılışı #tənbəki leksik mənası #tənbəki sözünün sinonimi #tənbəki sözünün yaxın mənalı sözlər #tənbəki sözünün əks mənası #tənbəki sözünün etimologiyası #tənbəki sözünün orfoqrafiyası #tənbəki rusca #tənbəki inglisça #tənbəki fransızca #tənbəki sözünün istifadəsi #sözlük