tənbəki-tütün sözü azərbaycan dilində

tənbəki-tütün

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tənbəki-tütün • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Tənbəki üsyanı
Tənbəki üsyanı — 9 mart 1891-ci ildə Nasirəddin şah Qacarın hakimiyyətinə qarşı xalq çıxışı. == Tarixi == 1891-ci il Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — tütün cinsinə aid bitki növü.
Aslanidi qardaşlarının tütün fabriki binası
Aslanidi qardaşlarının tütün fabriki binası - Rostov-na-Donu şəhərinin ərazisində XIX əsrin sonlarında inşa edilmişdir. Bina Budyonnovski prospektinin küncündə və Krasnoarmeysk küçəsində yerləşir. İlk əvvəllər bina Aslanidi qardaşlarının tütün fabriki idi. Hazırda bina № 8 xəstəxanasının korpuslardan biridir. Bina Regional əhəmiyyətli mədəni irs obyekləri siyahısına daxildir. == Tarixi == 1874-ci ildə İvan Xristoforoviç və Axilles Xristoforoviç Aslanidi qardaşları tərəfindən tütün fabriki inşa edilmişdir. Onların binası Skobelevski küçəsi və Taqanroq prospektində yerləşirdi. 1913-cü ildə Aslanidi qardaşlarının tütün fabriki «V. İ. Asmolov və K°» səhmdar vəmiyyəti tərəfindən alınmışdır. 1920-ci ildə tütün fabrikinin binası göz xəstəlikləri xəstəxanasına verilir. 1950-ci illərin əvvəllərində bina təmir olunmuş və şəhər xəstəxanasına verilir.
Məzrayə-i Təhqiqəti Tütün (Urmiya)
Məzrayə-i Təhqiqəti Tütün (fars. مزرعه‌تحقیقاتی‌توتون‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (29 ailə).

Oxşar sözlər

#tənbəki-tütün nədir? #tənbəki-tütün sözünün mənası #tənbəki-tütün nə deməkdir? #tənbəki-tütün sözünün izahı #tənbəki-tütün sözünün yazılışı #tənbəki-tütün necə yazılır? #tənbəki-tütün sözünün düzgün yazılışı #tənbəki-tütün leksik mənası #tənbəki-tütün sözünün sinonimi #tənbəki-tütün sözünün yaxın mənalı sözlər #tənbəki-tütün sözünün əks mənası #tənbəki-tütün sözünün etimologiyası #tənbəki-tütün sözünün orfoqrafiyası #tənbəki-tütün rusca #tənbəki-tütün inglisça #tənbəki-tütün fransızca #tənbəki-tütün sözünün istifadəsi #sözlük