Təbəri sözü azərbaycan dilində

Təbəri

Yazılış

  • Təbəri • 68.4211%
  • təbəri • 31.5789%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Tarixi-Təbəri
"Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir. Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur. İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302 ci ilin hadisələri ilə tamamlanır. Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən nəhəng sayda rəvayətlərlə üzləşir.
Təbəri Tarixi

Təbəri dili
Mazandaran dili (مازرونی),Təbəri dili və ya Təbəristan dili — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil. İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən Mazandaran ostanında yayılmış dildir. Gilan və Talış dilinə yaxın dildir.
Təbəri təqvimi
Təbəri təqvimi — Mazandaranlıların yerli günəş təqvimi. Fərdinə Ma Kerçə Ma Hərə Ma Tir Ma Melarə Ma Şervinə Ma Mirə Ma Onə Ma Erkə Ma Deə Ma Vəhmenə Ma Neovrezə Ma Dr. Sadeq Kia; 1937; Tabarian Calendar and Festivals (Gahshomari va Jashnaye Tabari (fars.)). Jahangir Nasr Ashrafi; 2003; Dictionary of Tabari; Vol. 5, Article about Tabarian Calendar.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Təbəristan
Təbəristan (maz. طبرسّون-تپورسّون) — təxminən İranın Əlburz sıra dağlarının şimal və cənub yamaclarında, Xəzər dənizinin cənub sahillərində yerləşən keçmiş tarixi regionun adıdır. Region, təxminən İranın müasir Mazandaran ostanı, Gülüstan ostanı və Simnan ostanının şimal hissəsinə uyğundur. Tapurilər və ya Tapirilər Ptolemey və Arrianın qeyd etdiyi Xəzər dənizinin cənubundakı Midiyada bir tayfa idi . Ctesias iki Kadusilər və Hyrcanilər torpaqları arasındakı Tapuri torpağına aiddir. Tapurilərin adı və ehtimal olunan yaşayış yerləri tarixin müxtəlif dövrlərində Ermənistandan Oksusun şərq tərəfinə qədər ölkənin geniş ərazisi boyunca yayıldığı görünür. Strabon onları Xəzər Qapıları və Raqanın yanında, Parfiyada və ya Derbices və Hyrcani arasında və ya Amardi və digər insanlarla birlikdə Xəzərin cənub sahillərində yerləşdirir; hansı sonuncu baxışda Kurtius, Dionysius və Pliny üst-üstə düşə bilər. Ptolemey bir yerdə onları Midiya qəbilələri hesab edir, , başqa yerdə isə onları Margiana ilə əlaqələndirir. Onların adı müxtəlif müəlliflərdə müəyyən fərqlərlə yazılmışdır; beləliklə, Τάπουροι və Τάπυροι Strabonda baş verir; Pliny və Curtiusda Tapuri; Stephdə Τάπυρροι. B. sub voce Şübhə yoxdur ki, indiki Təbəristan rayonu öz adını onlardan alır.
Təbəriyyə gölü
Təbəriyyə gölü (Qalilə Dənizi, Qalilə Gölü ya da Kinnərat Gölü (İbranicə ים כנרת) — İsraildə olan bir göldür. Livandan gələn Litani çayı tərəfindən bəslənməkdədir. İsrailin su ehtiyacı böyük nisbətdə bu göldən qarşılanmaqdadır. Təxminən 53 km sahilə sahib və qarşılıqlı uzaq nöqtələrindən 21 km / 13 km genişlikdəki İsrailın ən böyük şirin su gölü. Gölün cəmi sahəsi 166 km2-dir və ən dərin yeri təxminən 43 m.dir. Xəritələrdə dəniz səviyyəsindən 209 metr aşağıda göstərilən gölün səthi, Lut gölündən sonra dünyanın ən alçaq 2-ci nöqtəsi və eyni zamanda dünya üzərində ən dərində olan şirin su gölüdür. Təbəriyyə adı, orginal olaraq Ərəbcədə (طبريا بحيرة ) olaraq keçir. Mənası, Tibərya gölüdür. Gölün bu adı, dərhal sahilindəki Tiberiya şəhərindən ötrüdür.
Ələvilər (Təbəristan)
Təbəristan Ələviləri (maz. تبرستون علویون ərəb. علويون طبرستان‎) — həmçinin Zeydilər kimi də tanınan İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Zeydi Şiə əmirliyi idi. Onlar üçüncü Şiə İmamın (İmam Həsən ibn Əli)nəslindən idilər və İslamı Xəzərin cənubi regionuna yaydılar.Həsən ibn Zeyd, Daie Kəbir ləqəbiylə Təbəristan Ələviləri silsiləsinin təsisçisidir.Paytaxtları Amul şəhəri idi.

təbəri sözünün leksik mənası və izahı

"təbəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təbəri nədir? #təbəri sözünün mənası #təbəri nə deməkdir? #təbəri sözünün izahı #təbəri sözünün yazılışı #təbəri necə yazılır? #təbəri sözünün düzgün yazılışı #təbəri leksik mənası #təbəri sözünün sinonimi #təbəri sözünün yaxın mənalı sözlər #təbəri sözünün əks mənası #təbəri sözünün etimologiyası #təbəri sözünün orfoqrafiyası #təbəri rusca #təbəri inglisça #təbəri fransızca #təbəri sözünün istifadəsi #sözlük