təbrik sözü azərbaycan dilində

təbrik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təbrik • 98.9384%
  • Təbrik • 1.0514%
  • TƏBRİK • 0.0102%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təbriknamə
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.

təbrik sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi gözaydınlığı. Təbrik məktubu. – [Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılanmışam. Çəmənzəminli. … İranın hər tərəfində yaşayan azərbaycanlılar firqənin müqəddəs məramını alqışlayır, minlərlə məktub və təbrik teleqramları göndərirlər. M.İbrahimov. □ Təbrik etmək – xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi olaraq birinə gözaydınlığı vermək. Komissar əvvəlcə [döyüşçüləri] təbrik etdi. Mir Cəlal. [Mirpaşa Sevincə:] Saray açılanda sizi fəhlələr, bütün rayon təbrik edəcək. Z.Xəlil.

    Azərbaycan dilinin izahlı lüğəti / təbrik
  • 2 xoş xəbər, sevindirici hadisə, bayram; alqış.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / təbrik
  • 3 ə. xoş xəbər, bayram və s. münasibəti ilə gözaydınlığı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təbrik

təbrik sözünün sinonimləri (yaxın mənalı sözlər)

təbrik sözünün rus dilinə tərcüməsi

  • 1 1. приветствие, поздравление; 2. приветственный, поздравительный;

    Azərbaycanca-rusca lüğət / təbrik
  • 2 I сущ. 1. поздравление (письменное или устное приветствие по какому-л. радостному, приятному и т.п. случаю). Təbrikləri qəbul etmək принимать поздравления 2. приветствие (устное или письменное обращение с выражением добрых пожеланий и т.п.). Təbrik göndərmək послать приветствие, təbrikin mətni текст приветствия II прил. 1. поздравительный. Təbrik teleqramı поздравительная телеграмма 2. приветственный. Təbrik məktubu приветственное письмо; təbrik etmək: 1) поздравлять, поздравить. Qəlbdən (ürəkdən) təbrik etmək поздравить от души; səmimi təbrik etmək сердечно поздравить, kimin bayramını təbrik etmək поздравить кого с праздником 2) приветствовать (обращаться к кому-, к чему-л. со словами приветствия). Yubilyarı təbrik etmək приветствовать (поздравить) юбиляра; təntənə ilə təbrik etmək чествовать

    Azərbaycanca-rusca lüğət / təbrik

təbrik sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. congratulation; ~ etmək to congratulate (d. on, upon); bir kəsi ad günü münasibəti ilə ~ etmək to congratulate smb. on his birthday; bir kəsi yeni il münasibəti ilə ~ etmək to wish smb. a happy New Year; Mən sizi ad gününüz münasibəti ilə təbrik edirəm I wish you many happy returns of the day II. s. congratulatory; salutatory; ~ nitqi salutatory address, speech of welcome; ~ teleqramı telegram of greeting, greeting telegram

    Azərbaycanca-ingiliscə lüğət / təbrik

təbrik sözünün fransız dilinə tərcüməsi

  • 1 is. félicitation f ; ~ etmək féliciter vt ; ad günü münasibəti ilə ~ etmək féliciter qn à l’occasion de l’anniversaire ; ~ nitqi discours m de félicitation

    Azərbaycanca-fransızca lüğət / təbrik

təbrik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. тебрик; // тебрикдин (мес. ччар); təbrik etmək тебрик авун, тебрикун (сувариз ва мс. мубарак авун, барка авун).

    Azərbaycanca-ləzgicə lüğəti / təbrik

təbrik sözünün türk dilinə tərcüməsi

"təbrik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təbrik nədir? #təbrik sözünün mənası #təbrik nə deməkdir? #təbrik sözünün izahı #təbrik sözünün yazılışı #təbrik necə yazılır? #təbrik sözünün düzgün yazılışı #təbrik leksik mənası #təbrik sözünün sinonimi #təbrik sözünün yaxın mənalı sözlər #təbrik sözünün əks mənası #təbrik sözünün etimologiyası #təbrik sözünün orfoqrafiyası #təbrik rusca #təbrik inglisça #təbrik fransızca #təbrik sözünün istifadəsi #sözlük