Təbrizi sözü azərbaycan dilində

Təbrizi

Yazılış

  • Təbrizi • 98.8196%
  • təbrizi • 0.8432%
  • TƏBRİZİ • 0.3373%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arif Təbrizi
Arif Təbrizi (XVIII əsr, Təbriz – 1805, Təbriz) — Azərbaycanın görkəmli şairlərindən biri. Qəzəllərində iztirab, həsrət motivləri güclüdür. Şeirlərinin bir hissəsi Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı kitabında toplanmışdır.
Behruz Təbrizi
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bədrəddin Təbrizi
Bədrəddin Təbrizi - Mənşəcə Azərbaycan türklərindən olan, memar Təbrizli Bədrəddin 1273-1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir.
Cəfər Təbrizi
Cəfər xan Çubəndi Mirzə Cəfər Əli oğlu Təbrizi – Mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycanın böyük xəttatlarından biri, nəstəliq, təliq və süls xəttləri ilə yanaşı həm də klassik xəttlərdə yazmağı bacaran onlarla məşhur xəttatın müəllimidir. == Həyatı == XV əsrin ən görkəmli xəttatlarından sayılan Cəfər Təbrizi nəstəliq xəttini Xorasan və Türkistanda böyük şöhrət qazanmış "Şəkəri qələm" ləqəbli görkəmli Azərbaycan xəttatı Mir Abdulla Təbrizidən öyrənmişdi. Cəfərin həyatı Orta Asiyanın Teymur tərəfindən istilası dövrünə düşür. Təbrizdə Cəfər Təbrizi Azərbaycan hökmdarı, Teymurun oğlu Miranşahın sarayında fəaliyyət göstərir. Bir müddət sonra isə o da bir sıra digər usta, rəssam və xəttatlarla birlikdə Herata, Teymurun o biri oğlu Şahruxun yanında çalışmağa gəlir. Burada Cəfəri daim Şahruxun oğlu Baysunqurun yanında görmək olardı. Belə ki, sənətə və sənətkara böyük hörmət bəsləyən şahzadə Cəfər Təbrizini öz himayəsi altına götürmüşdü. Bununla əlaqədar Cəfərə Baysunquri təxəllüsü də verilmişdi. Orta əsr mənbələrinin göstərdiyinə görə, Baysunqur Mirzənin yanında işlərkən Cəfər Təbrizi kiçik bir kitabxana-emalatxanaya rəhbərlik edirdi. Burada 40-a yaxın xəttat əlyazmaların üzünü köçürməklə məşğul olurdu.
Cəlaləddin Təbrizi
Cəlaləddin Məhəmməd Təbrizi (Təbriz – 1524) — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri. == Həyatı == Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur. Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edir:Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi.
Cəmali Təbrizi
Cəmali Təbrizi — XV əsr azərbaycan şairi == Həyatı == == Yaradıcılığı == Kitabxananın kataloq tərtibatçısı Q.Ete göstərir ki, burada olan nəzirə nüsxələrindən biri heç bir kitabxanada yoxdur. Bu Cəmalinin “Xəmsə”si kimi qeyd olunur. İndiyə qədər Nizaminin “Xəmsə”sinə ilk tam həcmli nəzirəni Əşrəf Marağayinin yazdığı məlum idi. Lakin tədqiqat göstərir ki, Ə.Marağayinin ilk poeması “Mənhəc əl–əbrar” 1428-ci ildə, Cəmali Təbrizinin II, III, IV poemaları isə bu tarixdən daha əvvəl, 1402-1427-ci illərdə qələmə alınmışdır. Buradakı nəzirələr aşağıdakı kimi qruplaşır: “Sirlər xəzinəsi”nə, “Töhvətül – əbrar”; “Xosrov və Şirin”ə – “Mehr – o Nigar”; “Leyli və Məcnun”a – “Məhzun – o Məhbub”; “Yeddi gözəl”ə – “Həft – o urəng”; “İsgəndərnamə” – yə isə eyni adlı “İsgəndərnamə” uyğun gəlir.
Fədai Təbrizi
Fədai Təbrizi-XVI əsrdə yaşamış Azərbaycan şairi.Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur.Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur.Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır.Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil.Ədəbiyyatımızda "Bəxtiyarnamə" əsərinin müəllifi kimi məşhur olmuşdur.Şairin bizə çatan yeganə əsəri də budur. == Bəxtiyarnamə == "Bəxtiyarnamə" poeması Fədai Təbrizinin tanınmış əsərlərindən biridir.Əsər poema janrındadır və Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqiyə həsr olunmuşdur. Əsərin məzmunu belədir:Azadbəxt adlı hökmdar ordunun əmirinin qızı Gülcamalı qaçırır və ona evlənir.Gülcamal hökmdardan uşaq dünyaya gətirir.Lakin döyüşə gedən hökmdar düşmən qabağından qaçmalı olur və oğlu düşmənlərə əsir düşür.İllər sonra müharibəni udan Azadbəxt düşməni məğlub edir və çoxlu əsir götürür.Əsirlərin içində onun oğlu da var və düşmən oğlana Xudadat adlı vermişdir.Azadbəxt oğlanı və daşmənləri bağışlayır,oğlana Bəxtiyar adı verib,sarayda ona vəzifə verir.Vəzirlərin buna paxıllığı tutur və Bəxtiyarı tələyə salırlar.Bu zaman hökmdarın arvadı Gülcamalın da adı vəzirlərin qurduğu tələdə hallanır və o məcburən gəncə iftira atmalı olur.Şah Bəxtiyarın edamı haqqında fərman verir.Lakin sonda,edama aparılan zaman Bəxtiyar haqqında hər şeyi bilən bir insan əhvalatı hökmdara danışır və Bəxtiyar xilas olur.Şah yerini Bəxtiyara verir və bununla da əsər bitir.Əsərdə Bəxtiyarın dilindən rəvayətlər də verilmişdir ki,bu da əsəri zənginləşdirir.Ümumilikdə "Bəxtiyarnamə" əsəri anadilli ədəbiyyatımızın ən dəyərli nümunələrindən biridir.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
Hümam Təbrizi
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. == Həyatı == Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Hüseyn Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
Həqiri Təbrizi
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. == "Leyli və Məcnun" əsəri == Yeganə əlyazma nüsxəsi İngiltərənin Britaniya muzeyində saxlanılır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əlyazmanın FS-8/3770 şifrəsi ilə saxlanan fotosurəti var. Bu əlyazma haqqında elm aləminə ilk məlumatı 1888-ci ildə görkəmli ingilis Şərqşünası Ç.Riyo vermişdir. Həqiri əsərin yazılma tarixini maddeyi-tarixlə qeyd etmişdir. Şair bunu əbcəd hesabı ilə aşağıdakı misralarda vermişdir. Verilən bənddən məlum olur ki, şair əsərini hicri tarixi ilə 931-ci ildə, rəcəb ayının adna axşamı günü yazmağa başlayıb.
Kamal Təbrizi
Kamal Təbrizi - azərbaycanlı məşhur kinorejissor. == Həyatı == 1959-cu ildə Tehran şəhərində anadan olmuşdur. O, anadan olmamışdan əvvəl valideynləri Təbriz şəhərindən Tehran şəhərinə köçmüşdü. Yeni üzə çıxan şəkillərə əsasən demək olar ki, 1979-cü ildə Tehrandakı ABŞ səfirliyinin işçiləri əsir götürülən zaman Kamal Təbrizi orada fotoqraf və jurnalist kimi fəaliyyət göstərmişdir. == Təhsili == Kamal Təbrizi Tehran İncəsənət Universitetinin Film və Teatr fakültəsini bitirmişdir.
Mircan Təbrizi
Mircan Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Kubrəviyyə şeyxi. == Həyatı == Şafi’i məzhəbinə mənsub fəqih idi. Şah İsmayıl Xətainin Təbrizi ələ keçirməsindən sonra təzyiq və təqibə məruz qaldığı üçün vətəni tərk edib Suriyaya, Hələb şəhərinə getmişdi. Hələbdə yaşamış və burada tədrislə məşğul olmuşdu. H. 934-cü ilin şaban ayında (may 1528) isə Dəməşqə köçmüş və tədris fəaliyyətini burada davam etdirmişdi. Mircan Təbrizi Kubrəviyyə təriqətinə mənsub sufi idi. H. 935-ci ilin məhərrəm ayında (sentyabr 1528) Dəməşqi tərk edərək Azərbaycana getmiş və h. 936-cı ildə (1529) vəfat etmişdi .
Təbrizi
Təbrizi — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi Mirzə Məhəmməd Təbrizi • Əbülfət Təbrizi • Sadəddin Əbulqasim Təbrizi — Sufi Ələddin Həkim Təbrizi Əbu Talib Təbrizi Ağa Seyid Əli Təbrizi Səvvab Təbrizi Fəzl ibn Hatim Neyrizi Təbrizi Əzhər Təbrizi Bədrəddin Təbrizi memar Əssar Təbrizi Təsir Təbrizi - Şair Mühzəbəddin Təbrizi XII əsr həkim Əlişah Təbrizi Memar, vəzir Abdulla Seyrafi Təbrizi — XIV əsr xəttat. Şəms Təbrizi — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi və şairi. Mircan Təbrizi — Sufi Mirzə Saleh Təbrizi — şair, şeyxülislam Fədai Təbrizi Əlirza Təbrizi Mirzə Əli Təbrizi Həqiri Təbrizi — şair Məczub Təbrizi — şair Saib Təbrizi — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan şair. Hümam Təbrizi — şair, xəttat. Əhməd bin Şəmsəddin Məhəmməd Təbrizi — xəttat. Əbu Talib xan Təbrizi — təzrikəçi Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi — təzrikəçi Məhəmməd Bəndduz Təbrizi — xəttat. Mirzə Əli Siqqətülislam Təbrizi — İran Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şair. Cəfər Təbrizi — xəttat. Xətib Təbrizi — XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikoloqiya elminin banilərindən biri.
Mühzəbəddin Təbrizi
Mühzəbəddin Təbrizi - XII əsrdə Təbrizin tanınmış həkimlərindən
Məczub Təbrizi
Məczub Təbrizi — şair. == Həyatı == Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik "Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən artıqdır". Məczubun təvəllüd tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir.
Nəşə Təbrizi
Nəşə Təbrizi (XVII əsr, Təbriz – 1775, Təbriz) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də Nadir şahın saray şairi olub. == Haqqında == Əbdürrəzzaq Nəşə Təbrizi XVII əsrin sonunda Təbriz şəhərində anadan olub. Qaraqoyunlu Cahanşahın nəslindən olub. Nadir şahın yürüşlərində iştirak edib. == Yaradıcılığı == Nəşə Təbrizi Nadir şahın saray şairi olub. Azərbaycan və fars dillərində qəzəllər yazırdı. Saib Təbrizinin davamçısı, "hind üslubu"nun nümayəndəsi olub. Bir çox qəsidələri Nadir şahın göstərişi ilə müəyyən tarixi hadisələrə həsr edilib. 1743-cü ildə Nadir şah İmam Əlinin İraqın Nəcəf şəhərində olan türbəsinin günbəzini bərpa edərək minarəsi ilə birgə qızıllayanda şair Azərbaycan türkcəsində bu hadisəyə şeir həsr edir.
Porqəm Təbrizi
Porqəm Təbrizi Azərbaycanın 13-cü əsr (Hicri Şəmsi) şairlərindandir ki, Təbriz şəhərində dünyaya gəlib və Azərbaycan, və fars dillərində şeirlər yazıb.
Qövsi Təbrizi
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. == Erkən illəri == Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin birinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Əlican Qövsinin atası İsmayıl Qövsi ağacdan müxtəlif növdə əşya, o cümlədən qövs hazırlayan sənətkar, farsca və Azərbaycan türkcəsində yazan şair idi. O, bir müddət İsfahanda Ağahüseyn Hansərinin yanında təhsil aldıqdan sonra Hindistana gedərək moğol imperatoru Əkbər şahın sarayında yaşamış, sonradan Təbrizə qayıtmışdır. Əlican Qövsi sonradan İsfahanda təhsil almışdır. == Yaradıcılığı == Əlican Qövsi İsfahanda olduğu dövrdə Təbriz haqqında şeirlər yazaraq iki şəhəri bir-birləri ilə müqayisə etmişdir. İranı, Hindistanı və Qafqazı gəzən Qövsi Təbrizə qayıtdıqdan sonra din xadimi olmuş, Saib Təbrizinin və xüsusilə Füzulinin təsiri altında olmuşdur.
Qətran Təbrizi
RəvvadilərQətran Təbrizi (1009 və ya 1012, Şadiabad, Şərqi Azərbaycan ostanı – 1072 və ya 1088, Təbriz) — Təbriz yaxınlğında Şadiabad kəndində anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi. XI əsrdə yaşamış Qətran Təbrizinin (1012–1081) ana dili fars dili olmuşdur. Onun bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarətdir. Bizə gəlib çatmamış əsərləri arasına "Təfasir fil-lüğətil-fürs" (Fars dilinin izahlı lüğəti), "Qövsnamə" (və ya Quşnamə) və "Vamiq və Əzra" əsərləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qətran Təbrizi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadi-abadda almış, sonra Təbrizdə oxumuşdur. Qətran Təbrizinin zamanında Şəddadilər dövlətinin paytaxtı olan Gəncə çox inkişaf etmiş bir şəhər idi və Şərqin bir çox ölkələrindən alimlər, şairlər, memarlar, sənətkarlar Gəncəyə axışırdı. Qətran da təhsilini başa vurduqdan sonra buraya gəlir.
Rəcəbəli Təbrizi
Molla Rəcəbəli Təbrizi (1669–1701) — islam alimi, müctəhid, Azərbaycanlı filosof == Həyatı == Molla Rəcəbəli təxminən 1669-cu ildə Təbriz şəhərində dünyaya gəlmişdir. Həyatı haqqında məlumatlar çox azdır. Bağdadda ictihad dərəcəsinə çatdıqdan sonra riyazətlərə və nəfsin təzkiyəsinə başlamışdır. Onun mürşidinin kimliyi barədə məlumat yoxdur. Təhsilini bitirdikdən sonra İsfahana getmiş, ömrünün axırınadək orada yaşamışdır. Buna görə bəzən ona İsfəhani də deyilmişdir. Molla Rəcəbəli dövrünün hökmdarları yanında böyük hörmət və izzətə malik olmuşdur. II Şah Abbas Səfəvi və Şah Süleyman Səfəvi ona xüsusi ehtiram bəsləmişlər. Nəql olunur ki, İkinci Şah Abbas daim onun yanına gəlir, ondan məsləhətlər alırdı. Molla Rəcəbəli Məhəmməd Hüseyn, Qazi Səid Qumi, Əmir Qivaməddin Məhəmməd İsfəhani, Molla Məhəmməd Şəfi İsfəhani, Məhəmməd Rəfi Pirzadə, Mir Məhəmməd Yusif Taliqani kimi alimlər yetişdirmişdir.
Rəhməti Təbrizi
Rəhməti Təbrizi (?-1616) — Azərbaycan şairi. == Həyatı == Təx­mi­nən XVI əs­rin or­ta­la­rın­da Təb­riz­də dün­ya­ya gəl­miş, Hin­dis­ta­na sə­fər edə­rək 1616-cı il­də ora­da və­fat et­miş Rəh­mə­ti Təb­ri­zi­dir. Təz­ki­rə­çi Tə­qi Əv­hə­di "Ərə­fa­tül-aşi­qin və ərə­sa­tül-ari­fin" ad­lı təz­ki­rə­sin­də onun Hin­dis­tan sə­fə­rin­dən əv­vəl (1605-ci il­dən ön­cə) 7-8 min beyt­lik di­va­nı­nı gör­dü­yü­nü qeyd et­sə də, şai­rin AMEA M.Fü­zu­li adı­na Əl­yaz­ma­lar İnsti­tu­tun­da sax­la­nı­lan şeir­lə­ri 2050 beyt həc­min­də­dir. Bu şeir­lə­rin ək­sə­riy­yə­ti fars­ca­dır, cə­mi 25 qə­zəl və 1 rü­bai (129 beyt) Azər­bay­can türk­cə­sin­də­dir. Şa­ir fars­ca yaz­dı­ğı fəx­riy­yə­lə­rin­də döv­rü­nün bir sı­ra sə­nət­kar­la­rı­nın, ərəb şair­lə­rin­dən Bux­to­ri və Bu fə­ra­sın, fars şair­lər­dən Ün­sü­ri, Ən­və­ri, Ru­də­ki, Əs­cə­di, Fü­tu­hi, Də­qi­qi və baş­qa­la­rı­nın adı­nı çə­kir, özü­nü on­lar­dan üs­tün sa­yır. Ad­la­rı­nı çək­mə­sə də, onun türk­cə şeir­lə­rin­də Nə­vai və Fü­zu­li­dən tə­sir­lən­di­yi­ni gör­mə­mək müm­kün de­yil. I Şah Ab­ba­sın döv­rün­də (1587-1629) Hin­dis­ta­na mü­ha­ci­rət edən şa­ir bu öl­kə­nin müx­tə­lif ədə­bi məc­lis­lə­rin­də çox yük­sək də­yər­lən­di­ri­lən Nə­vai şeir­lə­ri ilə da­ha ya­xın­dan ta­nış ol­maq im­ka­nı əl­də et­miş­di. C.Na­ğı­ye­va Rəh­mə­ti­nin Nə­vai ya­ra­dı­cı­lı­ğı­na ya­xın­lı­ğı ba­rə­də ya­zır: "Rəh­mə­ti də Nə­vai ki­mi in­sa­nı hər şey­dən uca tut­muş­dur. Əgər Nə­vai­də "Məs­hə­fi-hüs­nün­də gör­düm bis­mil­la­hi­ni" oxu­yu­ruq­sa, Rəh­mə­ti "Məs­hə­fi-hüs­nün­də ol pey­vəs­tə bis­mil­lah­lər" de­yir. Hər iki şair­də za­hid və vaiz­lə­rin tən­qi­di ey­ni­dir.
Sadıq Təbrizi
Sadıq Təbrizi — rəssam, xəttat və Rəsm-Xətt stilinin banisi 22 fevral 1939-cu ildə Tehranda anadan olmuşdur.
Saib Təbrizi
Saib Təbrizi (1592, Təbriz – 1676, İsfahan) — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi. XVI əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar.
Tahir Təbrizi
Mirzə Tahir Təbrizi-Əbdürrəhman oğlu müasir ​​dövrdə nəsx xəttinin məşhur ustalarından idi.İranda çap olmuş çoxlu Quran,Nəhcül Bəlağə, dua və digər kitabların katibidir. == İstinadlar == == Mənbə == Fəzayili, Həbibulla.Xətt Atlası.İsfahan məşəl nəşrləri.İkinci çap.İsfahan 1983. Həmidrza Qiliçxani. "Qacar dövründən müasir ​​dövrə qədər xəttatlar siyahısı". İran xəttatlıq informasiya saytı. 17 iyun 2010. İstifadə tarixi: 9 fevral 2013. Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər.
Abbas ağa Təbrizi
Abbas ağa Təbrizi (1885, Təbriz – 1907, Tehran) — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. == Həyatı == Abbas ağa Təbrizi 1885-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehran sosial-demokrat təşkilatına daxil olmuşdu. Fədailərin fəal üzvü kimi Məhəmmədəli şahın inqilabı boğmaq tədbirləri əleyhinə mübarizə aparmışdı. 1907-ci ildə Mirzə Ələsgər xan Əminüssultan Atabəyi-əzəmi öldürmüş, sonra da özü intihar etmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Abdulla Seyrafi Təbrizi
Abdulla Seyrafi Təbrizi - XIV əsrin görkəmli xəttatı.
Axını (Təbrizin Məhəlləsi)
Axıını - Təbrizin bir məhəlləsi. Axını (Farsça. آخینی) Təbriz, Cənubi Azərbaycan, məhəllələrindəndir. Axını Təbrizin şimali-qərbindədir. Əslində Təbrizin kəndlərindənmiş və çoxlu bağlar və zəmi yerləri varmış. Geçen otuz ildə Təbriz boyukləşərkən, Axını Təbrizə qarışmış və bağları və əkin yerlərinin hamısında binalar tikilmişdir. Bu məhəllə Hökmavar, Şam Qazan, Cəmşidabad və Qara Agac məhəllələrilə həmsayadır.
Ağa Seyid Əli Təbrizi
Ağa Seyid Əli Təbrizi "Qanun əl-Əlac" ("Müalicənin qanunları"), "Zadül-Müsafirin" ("Səyahətə çıxanlar üçün məsləhətlər"), "Risaleyi-Cizri" ("Dərmanlar haqqında risalə") əsərlərinin müəllifidir.
Ağa Ələkbər Təbrizi
Ağa Ələkbər Ağa Səməd oğlu Təbrizi (1839-1907) — diplomat. == Həyatı == Ağa Ələkbər Ağa Səməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. O, Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində öz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət idi. Mükərrəməssəltənə ləqəbini daşıyırdı. Ağa Ələkbərin ailəsi Azərbaycanın tanınmıs sulalələrindən olub, sonra Mümtaz adlanırdı. Atası Ağa Səməd sərraf olsa da, savadı ilə seçilirdi. Xarici İslər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. İstanbul şəhərində konsul olmuşdu. Ağa Ələkbər Təbrizi sonra Tehran şəhərinə dönmüş, Xarici İslər nazirliyində şöbə müdiri kimi çalışmışdı.
Cəfər xan Təbrizi
Cəfər xan Abbasqulu xan oğlu Çubəndi (1899-?)—İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Cəfərqulu xan Abbasqulu xanın oğludur. Qaradağ vilayətinin Əhər mahalında Çubənd kəndində anadan olmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "ozan", 1998, 192 səh. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hacı Rza Sərraf Təbrizi
Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair. == Həyatı == Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib. Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur. Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.
Hacı Seyid Hüseyn Təbrizi
Hacı Seyid Hüseyn Təbrizi (1841-1917) — XIX-XX əsr Azərbaycan şairi. == Həyatı == Seyid Hüseyn 1841-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şahzadə Müzəffərəddin mirzə Qacara xidmət etmişdi. Əbdülmülk ləqəbini daşıyırdı.Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Ünlü bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət yazır: "Hacı Seyid Hüseyn, Şamqazandan, hicri qəməri XIV (XIX-XX) əsr ədiblərindəndir. O, hicri qəməri 1257 (1841)-ci ildə anadan olmuş və hicri qəməri 1336 (1917)-cı ildə vəfat etmişdir. Aşağıdakı beyti gözü sağaldıqdan sonra amerikalı doktor Homs haqqında demişdir. Hacı Seyid Hüseyn Təbrizi Məşrutə hərəkatında iştirak etmişdi. Hacı Seyid Hüseyn Təbrizi 1917-ci ildə vəfat edib.
Həsən Enami Təbrizi
Enami Oliya Həsən Əli Abbas oğlu — opera müğənnisi, Xalq artisti və Prezident mükafatçısı. == Həyatı == Həsən Enami 1967-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuşdur. Azərbaycan Musiqi Antologiyasına əsasən müasir dövrdə Azərbaycanın ən məşhur opera sənətçilərindən biridir. == Ailəsi == Azərbaycanın məşhur piano ifaçısı Nərminə Əfəndiyeva ilə evlidir. Biri qız, biri oğlan olmala iki övladları vardır. == Təhsili == 1972-ci ildə ibtidai sinifə daxil olmuşdur. 1981–1985-ci illərdə Vəhdət İnturimental məktəbində təhsil almışdır. Məktəbi bitirdikdən sonra isə hərbi xidmətə yollanmış və 1988-ci ildə xidmətini tamamlamışdır. == Musiqiçi olması == Uşaqlığından bəri musiqiyə qarşı heyranlıq hiss olmuş, lakin İran İslam İnqilabının musiqini qadağan etməsinə görə peşəkar musiqi təhsili almaq şansı olmamışdır. 14 yaşında ikən o video yazılardan Azərbaycan musiqisini öyrənməyə başlamışdır.1988-ci ildə hökumət özəl musiqi məktəblərinin açılmasına icazə verdi.
Maqsud Əli Təbrizi
Maqsud Əli Təbrizi (XVI əsr, Təbriz – XVII əsr, Böyük Moğol imperiyası) - Təbrizdə anadan olmuş fizik, tərcüməçi və həkim. == Həyatı == Maqsud Əli Təbrizi, Təbriz şəhərində anadan olmuşdur. Doğulma tarixi və vəfat tarixi dəqiq bilinmir. Hindistanda, Böyük Moğol imperiyasınnı hökmdarı Sultan Cahangirin sarayında çalışmışdır. Hindistana Əkbər şahın hakimiyyəti illərində getmişdir. Bu illərdə Sultan Cahangirin vəliəahd şahzadəsi Səlim tərəfindən himayə olunmuşdur. == Fəaliyyəti == Moğol imperatoru Sultan Cahangirin sarayında 1605-ci ildən 1627-ci ilə qədər fəaliyyət göstərmişdir. O, əsasən ərəb dilində olan elmi əsərlərin fars dilinə tərcüməsi ilə məşğul olmuşdur. ABŞ Milli Tibb Kitabxanasında Maqsud Əli Təbrizinin əsərinin bir nüsxəsi vardır. Bu nüsxədəki məlumata görə o, bu Şəmsəddin Şəhrəzurinin Tarixə-əl Hukama əsərini 1602-ci ildə tərcümə etməyə başlamışdır, lakin digər mənbələrin verdiyi məlumata görə isə o, bu işə 1605-ci ildə Sultan Cahangirin istəyi ilə başlamışdır.
Mir Əli Təbrizi
Xacə Mir Əli ibn İlyas Təbrizi (fars. میرعلی تبریزی‎‎;təq. 1340 – təq. 1420, Təbriz) — mənşəcə azərbaycanlı olan ən görkəmli xəttatlarından biri, Nəstəliq xəttinin yaradıcısı. == Həyatı == Alimlər, bioqraflar və xəttatlıq tarixinə dair risalə müəllifləri Mir Əli Təbrizini "nəstəliq" xəttinin yaradıcısı hesab edirlər. Bu xətt növü çox tezliklə klassik altılığı sıxışdırmış və bütün Şərqdə geniş yayılmışdı. Orta əsr müəlliflərindən biri yazırdı: "Əgər iri və xırda nəsxi-təliq xətti varsa da, bunun yaradıcısı Xacə Mir Əlidir. O, öz kəskin ağlı ilə bu xətti nəsx və təliq xətlərinin qovuşmasından yaratmışdır. Onun qələminin qamışı ona görə bu qədər şirindir ki, təmiz Təbriz torpağından qalxıb-cücərmişdir." == Yaradıcılığı == Rəvayətə görə, yeni bir xətt icad etmək arzusu ilə alışıb yanan xacə Mir Əli Təbrizi bir gecə yuxu görür. Yuxusuna girən birinci şiə imamı Mürtəza Əli ona deyir: "Ey Allahın qulu!
Mirzə Ağa Təbrizi
Mirzə Ağa Təbrizi (? — 1915) — dramaturq == Həyatı == Mirzə Ağa Təbrizinin həyatı barədə məlumat azdır. Rus, fransız, ərəb və fars dillərini kamil öyrənməsi, İstanbul, Hələb və başqa şəhərlərin dövlət idarələrində diplomat olması güman edilir. M. F. Axundovun realist ənənələrinin davamçısı kimi fars dilində "Ərəbistan hakimi Əşrə xanın sərgüzəşti", "Zaman xanın Bürccürddə hakimliyi", "Xabcali", "Ağa Haşımın eşqbazlığı" və "Şahqulu Mirzənin Girmanşahda sərgüzəşti" komediyaların; zəif cəhətlərinə baxmayaraq, feodal həyat tərzi, şahın üsuli-idarəsində olan özbaşınalıq ciddi tənqid olunmuşdur. Bu pyeslər səhvən Mülkim xana aid edilmişdi "Risaleyi-əxlaqiyyə" pedaqoji əsəri geniş yayılmışdır. 1907-ci ildə Azərbaycanın görkəmli publisistlərindən Mirzə Ağanın redaktorluğu ilə "Naleyi-millət" adlı qəzet buraxılmağa başlandı. == Ədəbiyyat == See also H. Algar, Mīrzā Malkum Khān, Berkeley, 1971, pp. 264–77. Y. Arīanpūr, Az Ṣabā tā Nīmā I, 2nd ed., Tehran, 1351 Š./1972, pp. 358–66.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.62 dəfə / 1 mln.
2003 ••• 1.18
2004 •••••••••••• 5.05
2005 •••••••••••••••••••• 8.77
2006 ••••••• 2.93
2007 ••••••••• 3.59
2008 ••• 0.97
2009 •••••• 2.24
2010 ••••• 2.00
2011 ••• 1.03
2012 ••••• 1.98
2013 •••••• 2.33
2014 0.17
2015 0.34
2016 0.17
2018 •• 0.45
2019 •••• 1.67
2020 •••• 1.59

"təbrizi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təbrizi nədir? #təbrizi sözünün mənası #təbrizi nə deməkdir? #təbrizi sözünün izahı #təbrizi sözünün yazılışı #təbrizi necə yazılır? #təbrizi sözünün düzgün yazılışı #təbrizi leksik mənası #təbrizi sözünün sinonimi #təbrizi sözünün yaxın mənalı sözlər #təbrizi sözünün əks mənası #təbrizi sözünün etimologiyası #təbrizi sözünün orfoqrafiyası #təbrizi rusca #təbrizi inglisça #təbrizi fransızca #təbrizi sözünün istifadəsi #sözlük