Təbrizin sehrli nağılları
Təbrizin sehrli nağılları — Təbriz miniatür sənətindən və orta əsr Azərbaycan incəsənəti salnaməsindən bəhs edən kitab.
== Haqqında və məzmunu ==
Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib.
"İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib.
Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir.
Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
"İrs" jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirlb:
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli "Təbrizin sehrli nağılları" yenidən dünyanı dolaşır" adlı məqaləsində yazır:
=== Kitab ətrafında qalmaqal və reaksiyalar ===
20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım edərək,
İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.