Təbrizli sözü azərbaycan dilində

Təbrizli

Yazılış

  • Təbrizli • 65.1685%
  • təbrizli • 32.5843%
  • TƏBRİZLİ • 2.2472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təbrizli
Təbrizli — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Sirus Təbrizli — jurnalist, millət vəkili. Bayram Təbrizli-Marağalı — şərqşünas-alim. Yaşayış məntəqələri Təbrizli (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunda kənd. Təbrizli məhəlləsi (Şuşa) — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Təbrizli məhəlləsi (Gəncə) — Gəncənin məhəllələrindən.
Arakel Təbrizli
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməniəsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Məmmədrza Təbrizli
Məmmədrza Təbrizli (1966, Təbriz) — azərbaycanlı mühacir yazıçı və musiqiçi, radio və televiziya jurnalisti, Norveç Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Məmmədrza Həmid oğlu Təbrizli 1966-cı ildə Təbriz şəhərində anadan olub. Atası Həmid 1979-cu ildə İran islam inqilabı dövründə qətlə yetirilib. Atasını itirdikdən sonra 14 yaşında təhsilini yarımçıq saxlayaraq çəkməçiliklə məşğul olur. Sonradan Təbrizdə tarzən Həsən Dəmirçinin və ustad Əli Səliminin muğam dərslərinə qatılır. 1994-1997-ci illərdə TRT radiosunda fəaliyyət göstərir. TRT ilə yanaşı, Türkiyənin müxtəlif televiziya kanallarda mədəniyyət proqramlarında iştirak edib. 1998-ci ildə siyasi səbəblərə görə Avropaya mühacirət edir. 2003-cü ildən etibarən Norveçdə qurulan “Azərbaycan səsi” radiosunun redaktoru kimi çalışır. Jurnalist kimi Güney Azərbaycanla bağlı bir çox yazıları Norveç mətbuatında dərc olunmuşdur.
Sirus Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Siruz Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Təbrizli (Lerik)
Tərbizli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 176 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Toponimiyası == Yaşayış məntəqəsi vaxtı ilə Cənubi Azərbaycanın Təbriz şəhərindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Oykonim Təbriz və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir.
Təbrizli məhəlləsi
Təbrizli məhəlləsi (Şuşa) — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Təbrizli məhəlləsi (Gəncə) — Gəncənin məhəllələrindən.
Əli Təbrizli
Əli Təbrizli — şair, yazıçı, naşir. "Atropat" nəşriyyatının əsasını qoyub. Bu nəşriyyatda "Əliağa Vahidin külliyyatı", "Azərbaycan nəğmələri və bayatıları", "Koroğlu" dastanı, "Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri", "Füzuli divanı", "Salman Mümtazın şeirləri" və bir neçə kitabı hazırlayaraq nəşr etdirib. Fəaliyyətinə görə SAVAK tərəfindən həbs olunub və 6 il məhkumluq həyatı yaşayıb. == Haqqında == Əli Təbrizli 1929-cu ilin iyun ayının 25-də Təbrizin Münəccim məhəlləsində dünyaya gəlib. İlk təhsilini məhəllələrindəki ibtidai məktəbdə sonrasilini isə Rüşdiyyə məktəbində alıb. Azərbaycan Milli Hökuməti dövründə məktəbdə ana dilində təhsil alıb. Daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb. İlk dəfə "Əli Təbrizinin qəzəlləri" adlı kitabı nəşr etdirib. Daha sonra "Atropat" nəşriyyatının əsasını qoyub və bir neçə ədəbi dərnək qurub.
Bayram Təbrizli-Marağalı
Bayramov Söhrab Səfəralı oğlu (Bayram Təbrizli-Marağalı) — şərqşünas-alim. == Həyatı == Bayram Təbrizli-Marağalı 31 oktyabr 1944-cü ildə Ağcabədi rayonunda anadan olub. Ulu babası XVIII əsrin ortalarında Cənubi Azərbaycanın Tufarqan şəhərindən Qarabağa gəlmişdir. Bayram Təbrizli-Marağalının uşaqlığı Ağdam rayonunun Şelli kəndində keçmişdir. 1961-ci ildə Ağdam şəhər 2 saylı orta məktəbini bitirmiş və 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Ərəb filologiyası" bölməsinə daxil olmuşdur. 1963-cü ildən 1965-ci ilə qədər Belorusiyada hərbi xidmətdə olduğuna görə Bakı Dövlət Universitetini 1971-ci ildə bitirmişdir. Universitetdə oxuduğu illərdən Əbülfəz Elçibəy ilə dost olmuş və Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda birlikdə çalışmışlar. Əbülfəz Elçibəyin məsləhəti ilə Nəsrəddin Tusinin "Şərh-əl-işarat" əsərinin "Məntiq" bölməsini tərcümə etmişdir. 1977-ci ildən Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyən şərqşünas alim Bayram Təbrizli-Marağalı hazırda Bakı şəhərində yaşayır və ədəbi fəaliyyətini davam etdirir. == Əsərləri == Oğuzlar.
Təbrizli məhəlləsi (Şuşa)
Təbrizli məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748–1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi. == Məhəllənin tarixi == Təbrizli məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir. Şuşa şəhəri qurulduğu çağdan başlayaraq genişləndi. Yeni-yeni məhəllələr meydana gəldi. Hər məhəllədə məscid, hamam tikildi, meydan quruldu. Ümumiyyətlə, Şuşanın bir şəhər kimiformalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ 1750-ci ildən başlayaraq çox qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdı. Bu dövrdə şəhərin Çuxur adlı şərq hissəsində 9 məhəllə salınmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.07 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 ••••••••••••• 11.02
2004 ••••• 4.04
2005 •• 1.35
2006 0.23
2007 0.85
2008 0.49
2009 0.80
2010 0.82
2011 •• 1.20
2012 •• 1.12
2013 0.44
2014 •• 0.86
2015 0.34
2016 •• 1.04
2017 0.81
2018 0.30
2019 0.42

"təbrizli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təbrizli nədir? #təbrizli sözünün mənası #təbrizli nə deməkdir? #təbrizli sözünün izahı #təbrizli sözünün yazılışı #təbrizli necə yazılır? #təbrizli sözünün düzgün yazılışı #təbrizli leksik mənası #təbrizli sözünün sinonimi #təbrizli sözünün yaxın mənalı sözlər #təbrizli sözünün əks mənası #təbrizli sözünün etimologiyası #təbrizli sözünün orfoqrafiyası #təbrizli rusca #təbrizli inglisça #təbrizli fransızca #təbrizli sözünün istifadəsi #sözlük