okeanı sözü azərbaycan dilində

okeanı

Yazılış

  • okeanı • 87.8146%
  • Okeanı • 12.1854%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Cənub Okeanı
Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m.Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir. Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir. 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanıOkeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. == Dünya okeanının öyrənilməsi == Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədi ilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsi ilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir.Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur). Körfəzləri Benqal, İran, Ədən, Oman, Böyük Avstraliya, Karpentariya, Spenser, körfəzidir.
Tetis okeanı
Tetis (yun. Θέτις, ing. Thetis) — qədim okean olaraq Mezozoy erası dövründə mövcud olmuş, Qondvana və Lavrasiya kimi materiklərin arasında yerləşmişdir. Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü bu okeanın qalıqlarıdır. == Tarixi == Avropanın hündür nöqtələri Alp, Karpat dağlarında və Asiyanın Himalay dağlarının zirvələrində dəniz canlılarının qalıqları aşkarlanır. Bu isə onu deməyə əsas verir ki, bu ərazilər tarixən suyun altında olmuşdur. Bunu əsas gətirən Zyoss Eduard 1893-ci ildə bu qədim okeanı Tetis adlandırmışdır. Bu ad yunan ilahəsinin adıdır. Bəzən isə bu okeanı Sarmat dənizi və ya Ponti dənizi adlandırılır. == Müasir baxış == Tetis okeanı milyard il önçə Qondvana və Lavraziya qitələrinin arasında meydana gəlmişdir.
Şimal Buzlu Okeanı
Şimal Buzlu okean — Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır — 13 000 000 km². Şimal Buzlu okeanında bir çox adalar vardır: Novaya Zemlya, Severnaya, Qrenlandiya, Vrangel, Novosibirsk, Kanada-Arktika arxipelaqı. Dünyanın ən böyük adası olan Qrenlandiya adası da bu okeanda yerləşir. Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin boğazı, Qırmızı Ordu boğazı, Kara darvazası (boğaz), Stur-ford boğazı, Şərq boğazı (Şərqi Sibir dənizi), Dis boğazı, Şimal boğazı (Şərqi Sibir dənizi), Yaqorski Şar boğazı, Şokalski boğazı, Fram boğazı, Fram (boğaz), Kuroçkin boğazı, Dmitri Laptev boğazı, Kiçik Caun boğazı, Kostin Şar boğazı, Vilkiç boğazı, Pomorski boğazı, Fari və Hekla boğazı, Eterikan boğazı, Hinlopen boğazı, Cons boğazı, Yevqenov boğazı, Uels Şahzadəsi (boğaz), Malıgin boğazı, Sannikov boğazı, Kildinski boğazı, Şimal boğazı (Laptevlər dənizi), Blaqoveşenski boğazı, Pevek boğazı, Radzeevski boğazı, Zaya boğazı, Kolıma boğazı, Yeddiada Reydi boğazı, Dolfin və Yunion boğazı, Hudzon boğazı, Mak-Klinton boğazı, Ağ dənizinin boğazı, Simpson boğazı və s. göstərmək olar. Şimal Buzlu okean ən şirin okean hesab olunur.
Britaniya Hind okeanı əraziləri
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir. Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir. == Coğrafiya == Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir. == Əhali == Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
Dünya okeanı və dənizlərin kirlənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. == Okean və dənizlər == Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.
Hind okeanında Britaniya əraziləri
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir. Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir. == Coğrafiya == Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir. == Əhali == Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
Hind okeanında zəlzələ və sunami (2004)
Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ. 2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu. Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir. Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.27 dəfə / 1 mln.
2003 ••••• 1.18
2004 ••••••••• 2.36
2005 •••••••••••••••••••• 5.40
2006 ••••••••• 2.25
2007 ••••••••• 2.33
2008 •••••• 1.46
2009 ••••••••••• 2.72
2010 ••••••••••• 2.90
2011 ••••••• 1.72
2012 ••••••••••••••• 3.87
2013 •••••• 1.60
2014 ••••••••••• 2.75
2015 •••••• 1.36
2016 •••• 1.04
2017 •••••••••••••••• 4.06
2018 •••••••• 1.95
2019 •••••••• 1.95
2020 •• 0.53

"okeanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#okeanı nədir? #okeanı sözünün mənası #okeanı nə deməkdir? #okeanı sözünün izahı #okeanı sözünün yazılışı #okeanı necə yazılır? #okeanı sözünün düzgün yazılışı #okeanı leksik mənası #okeanı sözünün sinonimi #okeanı sözünün yaxın mənalı sözlər #okeanı sözünün əks mənası #okeanı sözünün etimologiyası #okeanı sözünün orfoqrafiyası #okeanı rusca #okeanı inglisça #okeanı fransızca #okeanı sözünün istifadəsi #sözlük