olduğunu sözü azərbaycan dilində

olduğunu

Yazılış

  • olduğunu • 99.9975%
  • OLDUĞUNU • 0.0017%
  • Olduğunu • 0.0008%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konservaçan olduğunu fərz et
Konservaçan olduğunu fərz et (ing. assume a can opener) – nəticələrini əsassız və ya həddən artıq sadələşdirilmiş fərziyyələrə əsaslandıran iqtisadçıları və digər nəzəriyyəçiləri ələ salmaq üçün istifadə olunan ifadə. == Tarixi == İfadənin ilk dəfə 1970-ci ildə Britaniya iqtisadçıları tərəfindən işlədildiyi güman olunur. İfadənin işləndiyi ilk kitab Kennet Bouldinq tərəfindən yazılmış "İqtisadiyyat elm kimi" (1970) kitabı olmuşdur: İfadə 1981-ci ildə nəşr olunmuş bir kitabdan sonra populyarlaşmış və iqtisadi mövzularda yazan bir çox şəxs tərəfindən istifadə olunmuşdur. == İstifadəsi == Zarafat və onun tətbiqi 1981-ci ildə Corc Qudman tərəfindən yazılmış "Kağız pul" kitabından sonra məşhurlaşmışdır. O, inflyasiyanın başa çatacağını fərz edən iqtisadçıları ələ salmaq üçün bu zarafatdan bəhs etmiş, "konservaçan olduğunu fərz et" ifadəsinin həmin iqtisadçıların deduktiv məntiqinə qarşı ittiham kimi təqdim etmişdir. ABŞ prezidenti Ronald Reyqan bu zarafatı 9 aprel 1987-ci ildə Perdyu Universitetinin tələbələrinə danışmışdır: "Bir gün bir iqtisadçı, bir kimyaçı və bir mühəndis kimsəsiz adaya düşürlər. Onların ancaq bir lobya konservi olsa da, konservaçan yox idi. Mühəndis palma ağacına çıxmağı, dəqiq məsafədən və dəqiq bucaqdan konservi ataraq onu açmağı təklif edir. Kimyaçı razılaşmır və konservi günəşin altında qoymağı təklif edir.
İnternetdə heç kim sizin it olduğunuzu bilmir
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.

"olduğunu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#olduğunu nədir? #olduğunu sözünün mənası #olduğunu nə deməkdir? #olduğunu sözünün izahı #olduğunu sözünün yazılışı #olduğunu necə yazılır? #olduğunu sözünün düzgün yazılışı #olduğunu leksik mənası #olduğunu sözünün sinonimi #olduğunu sözünün yaxın mənalı sözlər #olduğunu sözünün əks mənası #olduğunu sözünün etimologiyası #olduğunu sözünün orfoqrafiyası #olduğunu rusca #olduğunu inglisça #olduğunu fransızca #olduğunu sözünün istifadəsi #sözlük